Milli Kitabxanada yeni sərgilər
Avqustun 26-da Azərbaycan Milli Kitabxanasında Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Hacı Allahşükür Paşazadənin 70 illiyi münasibətilə geniş kitab sərgisi açılb.
Sərgidə Şeyxülislamın Azərbaycan və xarici dillərdə çıxmış, onun ön söz yazdığı, tərtib etdiyi, redaktoru olduğu və haqqında yazıldığı kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Milli Kitabxanada
açılan digər sərgi “26 avqust –
Beynəlxalq Azərbaycan Muğamı günü”
ilə əlaqədardır. Sərgidə Azərbaycan və xarici dillərdə kitab və
dövri mətbuat materialları sərgilənir.
525-ci qəzet.- 2019.- 28 avqust.- S.5.