Multikulturalizm - Azərbaycan Respublikasının irsi
"Azərbaycan multikulturalizm
dəyərlərini təbliğ
edən ölkələrdən
biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir"
(İlham Əliyev)
Şərqdə ilk demokratik respublikanı qurmuş Azərbaycan hər zaman müxtəlif xalqların,
fərqli sivilizasiyaların
qovuşduğu məkan
olub. Əsrlərdən bəri fərqli
dinə, fərqli düşüncəyə və
fərqli həyat tərzinə sahib xalqlar burada rahat, dinc
şəraitdə ömür
sürüb, öz mədəniyyətlərini əmin-amanlıqla
yaşatmaq şəraitinə
sahib olublar. Onlar yalnız
bununla kifayətlənməyib,
öz canları, qanları bahasına "Azərbaycan" adlı məmləkətin yaranmasında
sıx yumruq kimi birləşiblər.
Çoxmillətli Azərbaycan xalqının
bu əzmini tarix kitabları, şifahi və yazılı ədəbiyyat
nümunələri də
təsdiqləyir. Demək ki,
Azərbaycan xalqının
multikultural irsi özünü yalnız həyat tərzində, yaşantısında deyil,
elmi-ədəbi, siyasi-hüquqi
sənədlərdə də
göstərir.
"Çoxlu mədəniyyətlər"
mənasını daşıyan
multikulturalizm ayrıca
götürülmüş ölkədə və bütövlükdə dünyada
müxtəlif millətlərə
və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin
qorunması, inkişafı
və harmonizasiyasına,
azsaylı xalqların
dövlətlərin milli
mədəniyyətinə inteqrasiyasına
yönəldilib.
Bu aspektdən çıxış
edərək, Azərbaycanın
hələ əsrlər
öncədən multikultural
dəyərlərə sahib ölkə olduğunu deyə bilərik. Məhz bu
səbəbdən bu gün dünyada artıq Azərbaycan multikulturalizmi modelinin formalaşması heç
də təsadüfi deyil.
Azərbaycanda multikulturalizm, tolerantlıq
və dini dözümlülüyün dövlət
siyasəti səviyyəsində
inkişaf etdirilməsinin
əsaslarını ölkənin
qədim dövlətçilik
tarixi və bu ənənələrin
inkişafı təşkil
edir. Tarixi ənənələrə
nəzər salsaq görərik ki, istər Səfəvilər
dövləti, istər
XIX-XX əsrlər maarifçilik
dalğası, istərsə
də Xalq Cümhuriyyəti dövründə
Azərbaycan ərazisində
yaşayan digər etnik xalqlar və
dini qrupların nümayəndələrinin təmsilçiliyini
özündə cəmləyən
bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən
dövlətçilik ideologiyası
formasına çevrilmış,
tolerantlıq və multikulturalizm ənənələri
bərpa edilib.
Bunu xüsusi
qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycana I rəhbərliyi
(1969-1982) zamanı etnik-milli
və mədəni məsələlərə xüsusi
diqqət yetirilmiş,
dövrün multimədəni
dəyərlərinin inkişafında
ciddi sıçrayış
baş vermişdi.
Heydər Əliyev milliyyətlərin
hər birinin bu müqəddəs yurdda, torpaqda haqqı və hüququ olmasını
"azərbaycançılıq" ideyasında tərənnüm
etmək kimi bir missiyanı öz üzərinə götürmüşdü.
Heydər
Əliyevin həyata keçirdiyi etnik-milli siyasət "üçlü
kimlik" prinsipinə
əsaslanırdı:
1. Sovet kimliyi (Sovet ittifaqının tərkibində bu vacib və məcburi
faktor idi).
2. "Azərbaycan" milli-siyasi
kimliyi.
3. Etnik-mədəni kimlik.
Məhz
bu siyasətin nəticəsi idi ki, sovet dövründə,
XX əsrin 60-cı illərinin
sonu, 80-ci illərinin əvvəllərində Azərbaycanda
yaşayan heç bir milli azlıq,
etnik qrup və sosial birlik assimilyasiyaya məruz qalmamış və öz adekvat kimliyini qoruyub saxlamışdı.
1993-cü ildə Ümummilli
lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdanda,
həyata keçirdiyi
ilk tədbirlərdən birincisi
ölkənin etnik-siyasi
birliyini təmin etmək üçün davamlı və təsirli tədbirlərin
görülməsi oldu. O, azərbaycançılıq
ideyasını ən
ali milli
dəyər elan etdi. O, tolerantlığı
və multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla,
son dərəcə gərgin
olan etnik-siyasi və geosiyasi şəraitdə, nəinki
multikultural təhlükəsizliyi
təmin etdi, hətta etnik siyasətdə yeni bir etalon - "Azərbaycan
multikulturalizmi" etalonu
formalaşdırdı.
1995-ci ildə qəbul
edilmiş Azərbaycan
Respublikasının Konstitusiyasında,
ölkə ərazisində
yaşayan bütün
xalqların, etnik qrupların hüquq və azadlıqları bütöv şəkildə
təsbit olundu. "Bərabərlik hüququ",
"Milli mənsubiyyət
hüququ", "Ana dilindən
istifadə hüququ".
Ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında
həyata keçirilən
siyasi istiqamət yeni mərhələdə
onun layiqli davamçısı Prezident
İlham Əliyev tərəfindən uğurla
davam və inkişaf etdirilir.
Multikulturalizmi Azərbaycan Respublikasının
dövlət siyasəti,
xalqımızın təbii
həyat tərzi kimi dəyərləndirən
Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq
Təşkilatı və
digər nüfuzlu təşkilatlarla əməkdaşlığa
xüsusi önəm verir. Məhz bu özəl siyasi xəttin davamı kimi Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 26 noyabr 2009-cu il tarixində imzaladığı xüsusi
Qanunla ölkəmizin
"Mədəni özünüifadə
formalarının müxtəlifliyinin
qorunması və təşviqi haqqında"
UNESCO Konvensiyasına qoşulmasını
göstərmək olar.
Prezident İlham Əliyev multikulturalizmi "alternativi
olmayan mədəni siyasət, gələcək
inkişaf üçün
ən məqbul variant
kimi" dəyərləndirməklə,
təkcə Azərbaycanda
deyil, bütün dünyada multikulturalizm meyllərinin gücləndirilməsinin
vacibliyini xüsusi olaraq qeyd edib.
Prezident
İlham Əliyevin etnik tolerantlığa, yeni multikulturalizm ideyalarına verdiyi mədəni-siyasi dəyərlərin
dünya miqyasında
real elmi, mədəni
və sosial müstəvilərə çıxarılması
işində Heydər
Əliyev Fondunun və fondun prezidenti, ölkənin birinci xanımı, Azərbaycan Respublikasının
I vitse-prezidenti Mehriban
Əliyevanın müstəsna
xidmətləri var. Multikulturalizm
ideyalarının təbliği
və təşviqi ilə bağlı baş tutan bütün yerli, regional və beynəlxalq miqyaslı və xarakterli tədbirlər Mehriban Əliyevanın və onun rəhbərlik
etdiyi strukturların təşkilatçılığı və iştirakı ilə reallaşdırılır.
Azərbaycançılıq məfkurəsinə
uyğun olaraq tolerantlığın və
mədəni, dini, linqvistik müxtəlifliyin
qorunmasını təmin
etmək, habelə Azərbaycanı dünyada
multikulturalizm mərkəzi
kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan
Respublikasının Prezidentinin
28 fevral 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşavirliyi təsis
edilmiş, 15 may 2014-cü il
tarixli sərəncamı
ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin
11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə
2016-cı il "Multikulturalizm
ili" elan edilib.
Hazırda dünyanın 13, Azərbaycanın
28 nüfuzlu ali
təhsil ocağında
Azərbaycan multikulturalizmi
tədris edilir.
Azərbaycanın dünyanın multikultural
mərkəzi kimi qərarlaşmasında onun
Şərqlə Qərbin
qovuşağında yerləşməsinin
və neçə-neçə
dövlətləri birləşdirən
böyük İpək
yolunun Azərbaycan ərazisindən keçməsinin
də müstəsna rolu var. Dini dözümlülük, dini
tolerantlıq, millətlərarası
sivil münasibət onu dünyada multikulturalizmin modelinə çevirməklə qalmayıb,
eyni zamanda, siyasi güc kimi formalaşmasına təkan verib.
Ölkə Prezidenti və Birinci vitse-prezident bu sahəyə xüsusi önəm verməklə dünyaya Azərbaycanın sülhpərvər,
humanist ideyaların daşıyıcısı
və bunu həm həyat tərzində, həm də isyasi müstəvidə layiqli şəkildə sərgiləyən
bir dövlət olduğu mesajını ötürürlər. 26 noyabr 2015-ci ildə Bakıda keçirilən
İslam Təhsil, Elm
və Mədəniyyət
Təşkilatının (ISESCO) Baş Konfransının
XII sessiyasında çıxış
edən Prezident İlham Əliyev deyib: "Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi
var. Sadəcə olaraq
bəzi siyasətçilər,
ictimai xadimlər öz çıxışlarında
daha da diqqətli
olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır,
ksenofobiyadır. Bu, gələcəyə aparan
yol sayıla bilməz. Ona görə, biz bu
bölgədə öz
siyasətimizlə və
təşəbbüslərimizlə dinlərarası münasibətlərin
gücləndirilməsi üçün
çalışırıq və çalışacağıq".
Artıq uzun illərdir ki, multikulturalizm çoxmillətli Azərbaycan
xalqının həyat
tərzini təşkil
edir. Dövlətin yaxından dəstəklədiyi
multikulturalizm siyasəti
Azərbaycanın tolerantlıq
prinsipləri və humanizm ideyalarına sadiqliyinin dünya qarşısındakı daha
bir təsdiqidir.
Emin ŞAHKƏRİMOV
Prezident Yanında Dövlət
İdarəçilik Akademiyası 2-ci kurs
tələbəsi
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.23.