Xarkovda Nəsiminin qəzəllər toplusu təqdim edilib

 

 

Xarkov şəhərində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin İnformasiya Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şairin Ukraynada işıq üzü görmüşşləxom İstini postav ə sam…" ("Haqq yolu mən özüm oldum") kitabı (Dövlət Tərcümə Mərkəzi) ictimaiyyətə təqdim edilib.

Ukraynanın elm sənət adamlarının, media ictimaiyyət nümayəndələrinin qatıldığı toplantıda AESAL-ın ədəbiyyat məsələləri üzrə katibi Dmitri Çistyak, V.Karazin adına Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Aleksandr Xijnyak, tanınmış elm xadimi, professor Lyubov Kalaşnik, tanınmış Ukrayna şairi, tərcüməçi Sergey Borşevski, Xarkov şəhəri icra başçısının müavini Svetlana Qorbunova-Ruban, Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn İncəsənət Akademiyasının professoru Seyfəddin Qurbanov digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ukrayna "Dostluq" cəmiyyətinin rəhbəri Murad Ömərov böyük şairin yaradıcılığı barədə fikirlərini bölüşüb, Nəsimi poeziyasının dünya söz xəzinəsinə bəxş etdiyi əsərlərinin əhəmiyyətindən danışıb.

Tədbirdə Q.Skovoroda adına Xarkov Pedaqoji Universitetinin "Dünya ədəbiyyatı" kafedrasının dosenti Antonina Yakovlevanın Nəsiminin həyatı yaradıcılığı haqqında məruzəsi dinlənilib.

Məşhur heykəltəraş Seyfəddin Qurbanov səfirliyin dəstəyi ilə Nəsiminin Kiyev şəhərində ucaldılan büstünün açılış mərasimindən Ukraynada "Nəsimi ili"ndə baş tutan digər tədbirlərdən bəhs edib.

Tanınmış artist, Xarkov filarmoniyasının əməkdaşı Roman Bayraqdar tədbirdə aparıcı qismində çıxış edib.

Ukraynanın əməkdar incəsənət xadimi Nina Suprunenko, "Memorial" ictimai təşkilatının fəxri üzvü Viktor Zubov, tanınmış qiraət ustası Lyusina Xvorostun ifasında Nəsiminin Ukrayna dilində qəzəlləri səsləndirilib.

Tədbirin sonunda "Dostluq" cəmiyyətinin yetirmələri Nəsiminin qəzəlləri əsasında hazırlanmış musiqili kompozisiyaları iştirakçılara təqdim ediblər.

 

525-ci qəzet.- 2019.- 4 dekabr.- S.12.