"3 dekabr - Beynəlxalq
Əlillər günü" adlı kitab sərgisi açılıb
Dekabrın 3-də M.F. Axundzadə adına Milli
Kitabxanada "3 dekabr
- Beynəlxalq Əlillər
günü" adlı
geniş kitab sərgisi açılıb.
Sərgidə fiziki qüsurlu insanların həyat şəraitinin yaxşılaşdırılması
üçün görülən
işlərdən, dövlət
tərəfindən onlara
göstərilən qayğıdan,
əlillərin cəmiyyətə
inteqrasiya olunmasından
bəhs edən Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətmuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.12.