Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun
növbəti kitabı İtaliyada işıq üzü görüb
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi və təbliği istiqamətində müxtəlif
layihələr həyata
keçirir. Bu çərçivədə
Fondun dəstəyi ilə növbəti kitab İtaliyada işıq üzü görüb.
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında sərəncamlarına uyğun
olaraq dünyanın bir çox ölkəsində silsilə
tədbirlər keçirilir.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun İtaliyanın
"Sandro Teti" Nəşriyyat Evi ilə əməkdaşlığı
çərçivəsində "Nəsimi Poeziyası" kitabı italyan dilində çap olunub. Kitaba şairin 100-dən çox qəzəli və rübaisi daxil edilib. Türk xalqlarının bir-birinə
yaxınlaşması və
onların ortaq mədəniyyətinin təbliği
missiyasını üzərinə
götürən Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun yeni nəşrini
də yubileyə töhfə adlandırmaq olar.
Nəşr, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın "Nəsimi
- əbədiyyət üfüqündə
sevgi günəşi"
ön sözü ilə açılır. Şeirləri italyan dilinə tərcümə edən türkoloq alim Marilena Reanın "Nəsimi işığı"
adlı məqaləsi
də nəşrdə
yer alır.
Azərbaycan poeziyasının ən
önəmli şəxsiyyətlərindən
biri olan İmadəddin Nəsiminin
əsərlər toplusu,
Türk Dünyasının
zəngin mədəni
irsinin təbliği ilə yanaşı, italyan oxucusunun dahi şairin yaradıcılığı ilə
daha yaxından tanış olmasına imkan yaradır. Kitabın təqdimatı bu ay ərzində İtaliyanın
müxtəlif şəhərlərində
nəzərdə tutulub.
Qeyd edilməlidir
ki, bu nəşr
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun İtaliyada çapdan çıxan ikinci kitabdır. Belə ki, keçən il Fondun,
"Sandro Teti" Nəşriyyat Evi ilə birgə "Azərbaycan qadın şairlərinin poeziya antologiyası" kitabı
buraxılıb.
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.13.