Kamal Abdulla ömrü: yalnız faktlarla
Dekabrın 4-ü görkəmli alim və ədib, Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın doğum günüdür. Çağdaş Azərbaycanın ədəbi, elmi və ictimai mühitində müstəsna yeri və rolu olan Kamal Abdullanı bu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, yeni yaradıcılıq uğurları arzulayırıq.
Kamal Abdullanın indiyə qədərki həyat və yaradıcılıq yolunun, parlaq uğurlarla zəngin bioqrafiyasının yalnız faktlar əsasında əks olunduğu yazını oxucularımızın diqqətinə çatdırırıq.
Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev) - Azərbaycan alimi və ictimai xadimi, Xalq yazıçısı. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri.
Bakı Slavyan Universitetinin ilk rektoru (2000-2014), Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibi (2011-2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri (2014-2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin və Ural Federal Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür. Sofiya Universitetinin ali mükafatı - "HONORARY BLUE RIBBON INSIGNIA" ("MAVİ LENT FƏXRİ NİŞANI") laureatı, AMEA-nın "Türkologiya" ("Sovetskaya Türkologiya") jurnalının baş redaktoru (2016-cı ildən). Elmi maraq dairəsi - dilçilik, ədəbiyyat, türkologiya, mədəniyyətşünaslıq.
4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində
doğulub. Atası
müəllim, anası həkim olub. 1968-ci ildə
Bakıda 190 saylı orta məktəbi bitirib.
1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsində təhsil alıb.
1973-1976-cı illərdə SSRİ Elmlər
Akademiyasının Dilçilik İnstitutunun "Türk dilləri"
şöbəsinin əyani aspirantı olub.
1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik
paralelizm" ("Kitabi-Dədə Qorqud"
dastanlarının dili üzrə) adlı namizədlik
dissertasiyası müdafiə edib.
1977-1984-cü
illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunun
"Türk dillərinin müqayisəli tədqiqi"
şöbəsində kiçik elmi işçi, baş elmi
işçi, şöbə müdiri vəzifələrində
çalışıb.
1983-cü
ildən başlayaraq Azərbaycan televiziyasında "Azərbaycan
dili", "Qoşma", "Dəfinə",
"Sözün sirri" kimi aylıq və həftəlik ədəbi-bədii,
elmi-publisistik verilişlərin müəllifi və
aparıcısı.
1984-cü ildə Bakıda "Azərbaycan dili
sintaksisinin nəzəri problemləri" adlı doktorluq
dissertasiyası müdafiə edib.
1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun
"Ümumi və Azərbaycan dilçiliyi"
kafedrasının müdiri.
1988-1990-cı illərdə Azərbaycan Mədəniyyət
Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin
birinci müavini, 1990-cı ildən Fondun İdarə Heyətinin
sədri.
1990-cı
ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı
İnstitutunun "Ümumi və rus dilçiliyi" kafedrasının
müdiri seçilib. 1993-cü ildən 2000-ci
ilədək yenidən Xarici Dillər İnstitutunun
"Ümumi və Azərbaycan dilçiliyi"
kafedrasının müdiri.
1994-1995-ci illərdə Bursa (Türkiyə
Respublikası) Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı"
bölümündə dəvətli professor olaraq fəaliyyət
göstərib.
2000-ci
ilin may ayında M.F.Axundov adına Rus dili və
ədəbiyyatı İnstitutunun rektoru təyin edilib.
2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər
Əliyevin sərəncamı ilə yeni təşkil
olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin
fevral ayına qədər rektor kimi fəaliyyət göstərib.
Məhz bu dövrdə Bakı Slavyan Universiteti
həm ölkə, həm də beynəlxalq səviyyədə
böyük nüfuz qazanmış və təqdir
edilmişdir.
2011-2014-cü illərdə Azərbaycan Milli Elmlər
Akademiyasının humanitar və ictimai elmlər bölməsinin
akademik-katibi vəzifəsində çalışıb.
2014-cü ilin fevral ayında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri təyin edilib.
Ölkə
Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2014-cü il tarixli Sərəncamı ilə yeni
yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının üzvü təyin
edilmişdir. 28 noyabr 2014-cü il tarixində
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik
Şurasının ilk iclasında bu qurumun Himayəçilik
Şurasının sədri seçilib.
17 fevral 2016-sı ildə AMEA-nın Rəyasət Heyətinin
qərarı ilə AMEA-nın "Türkologiya"
jurnalının baş redaktoru təyin edilib.
2017-ci ildən Azərbaycan Prezidenti cənab İlham
Əliyevin Sərəncamı ilə Azərbaycan Dillər
Universitetinə rektor vəzifəsinə təyin edilib.
ABŞ
(Kolumbiya Universiteti, Harriman institutu), Fransa (İnalko və
Strasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Moskva
Dövlət Linqvistik Universiteti, Pedaqoji Universitet, Ural Federal
Universiteti, REA Dilçilik İnstitutu), Türkiyə
(Uludağ Universiteti), Polşa (Varşava Universiteti),
Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya
(Salesian Vatikan Universiteti) və başqa ölkə universitetlərində
mühazirələrlə çıxış etmiş, bir
sıra beynəlxalq simpozium, konfrans və kollokviumların
(Gürcüstan, Rusiya, Fransa, Almaniya, İngiltərə,
İsveç, Yunanıstan, İtaliya və başqa ölkələrdə)
təşkilatçısı və
iştirakçısı olub.
Dilçiliyə
dair "Problemı sintaksisa prostoqo predlojeniə v azerbaydjanskom
əzıke" (Baku, Glm, 1983), "Azərbaycan dili
sintaksisinin nəzəri problemləri" (Bakı, Maarif, 1999
və təkrar nəşri - Bakı, "Maarif", 2016),
"Azərbaycanda rus dili" (İlyas Həmidovla birgə)
(Bakı, 2005), "Dilçiliyə səyahət və yaxud
dilçi olmayanlar üçün dilçilik" (Bakı,
2010), "Azərbaycan dilində mürəkkəb sintaktik
bütövlər" (dilçi alimlər ilə birlikdə)
(Bakı, 2012), "Azərbaycanca danışaq" (Paris 2008;
Buxarest 2010; Budapeşt 2011; Abu-Dabi 2012) kimi kitabları var.
Ədəbiyyatşünaslıq, tənqid və
esseistikaya dair "Müəllif - əsər - oxucu"
(Bakı, Yazıçı, 1985), "Əvvəl-axır
yazılanlar" (Bakı, Yazıçı, 1990), "Yolun əvvəli
və axırı" (Bakı, Azərbaycan Dövlət nəşriyyatı,
1993), "300 azərbaycanlı" (Bakı, Mütərcim,
2007), "Düma ilə Coys arasında" (Bakı, Mütərcim,
2016) kitablarında dünya və Azərbaycan ədəbiyyatının
və mədəniyyətinin problematik aspektlərindən bəhs
edilir, qədim və müasir ədəbi prosesin
görünməyən tərəfləri
işıqlandırılır.
Qorqudşünaslığa
dair "Gizli Dədə Qorqud" (Bakı,
Yazıçı, 1991), "Sirriçində dastan və
yaxud Gizli Dədə Qorqud-2" (Bakı, Elm, 1999),
"Taynıy Dede Korkut" (Bakı, Mütərcim, 2006),
"Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud"
(Bakı, Mütərcim, 2009),"Kitabi-dədə Qorqud"
dastanının poetikasına giriş" (Bakı, 2017),
"Vvedenie v pogtiku "Kitabi-Dede Korkud" (Moskva, Xudojestvennaə
literatura, 2018) adlı kitablar yazıb nəşr
etdirmişdir.
"Gizli Dede Korkut" kitabı Bursada (Bursa, Ekin
Basınevi, 1995), İstanbulda (İstanbul, Ötükən
Basınevi, 1995) və "Mitten yazıya ve ya Gizli Dede
Korkut" kitabı İstanbulda (İstanbul, Ötüken
Basınevi, 2013) türk dilinə çevrilərək
çap olunub.
"Kitabi-Dədə Qorqud" və "Nibelunqlar nəğməsi"
adlı müqayisəli elmi araşdırmalar proyektinin əsas
müəlliflərindən (prof. Z.Hartman və prof.
H.Buşhotenlə bir yerdə) və 10 il ərzində bu
istiqamətdə alman alimləri ilə biryerdə həyata
keçirilən konfrans, dəyirmi masa və nəşrlərin
təşkilatçılarından biridir.
Ədəbiyyat və poetika məsələlərinə
həsr edilmiş "Leküii v Bakinskom slavənskom
universitete" (Baku, Mutardjim, 2003) ("Bakı Slavyan
Universitetində mühazirələr") adlı kitabı
(akad. A.Mirzəcanzadə ilə birlikdə) ədəbiyyat
və poetika məsələlərinə həsr edilib.
2015-ci ildə "ADA" Universitetdə "Azərbaycanşünaslıq"
fənnini tədris etmişdir.
2015-ci ildə (prof. E.Nəcəfov ilə həmmüəlliflikdə)
"Multikulturalizm" fənni üzrə "Multikulturalizmə
giriş" (Bakalavr səviyyəsi üçün) və
"Azərbaycan multikulturalizmi" (Magistr səviyyəsi
üçün) tədris proqramları hazırlamışdır. "Azərbaycan
multikulturalizmi" adlı ali məktəblər
üçün dərsliyin elmi redaktoru (prof. E.Ə.Nəcəfovla
birlikdə) və əsas müəlliflərindən biridir.
Bakı Slavyan Universitetində işıq üzü
görən "Filoloqun kitabxanası - 100" (2005);
"Dünya nəsri" (2008) proyektlərinin ideya müəllifi
və təşkilatçısı olub.
Azərbaycanda
ilk dəfə hazırlanmış Azərbaycan Tərcümə
Ensiklopediyasının (Bakı, 2018-ci il)
ideya müəllifi və baş redaktoru.
300-ə yaxın elmi və publisistik məqalə, 20-dən
çox dərs vəsaiti və monoqrafiya müəllifidir.
Kamal Abdullanın bədii əsərləri - pyesləri,
hekayələri, romanları, esseləri və şeirləri
Azərbaycanda və xarici ölkələrdə çap
olunur. Əsərləri
türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak,
portuqal, italyan, Ukrayna, fin, ərəb, yapon, Monteneqro, Litva,
bolqar, qazax, qırğız və başqa dillərə tərcümə
olunub. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya
teatrlarında səhnəyə qoyulub.
Kamal
Abdulla "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi",
"Unutmağa kimsə yox...", "Sirlərin sərgüzəşti",
"Tarixsiz gündəlik" romanlarının, şeirlər,
esselər və hekayələr toplularının müəllifidir.
Onun dram əsərlərindən ibarət Azərbaycan,
rus, türk dillərində bir neçə kitabı -
"Unutmağa kimsə yox" (Bakı, Azərnəşr,
1995), "Ruh" (Bakı, Azərnəşr, 1997), "Bir,
iki, bizimki!" (Bakı, Mütərcim,
2003), "Casus" (Bakı, Mütərcim, 2004), "Ruh"
(Ankara, 2006), "Vse moi peçali (Vaku-Mutardjim-2009) nəşr
olunmuşdur:
Rus poeziyasının gümüş dövrü
şairlərindən etdiyi tərcümələr
"Gümüş dövrün sirləri" adlı tərcümə
kitabçasında yer alıb (Bakı, Mütərcim, 2001). "Qəribədi,
deyilmi?!" (Bakı, BDU-nun mətbəəsi,
1998), "Nar çiçəkləri" (Bakı, Mütərcim,
2014) kitablarında müəllifin orijinal şeirləri cəmlənib.
"Kədərli seçmələr" (Bakı,
Mütərcim, 2002) adlı kitabında esseləri, şeirləri,
hekayələri, tərcümələri, pyesləri
toplanıb.
Dədə Qorqud və Şah İsmayıl dövrlərindən
bəhs edən "Yarımçıq əlyazma"
romanı Bakıda ilk dəfə 2004-cü ildə çap
edilib. Roman Azərbaycanda 2013-cü ildə təkrar nəşr
edilib. Bundan sonra "Le Manuscrıt inachev?" adı ilə
Fransada (Paris, L'Harmattan, 2005, təkrar nəşr: 2013),
"Eksik El Yazması" adı ilə Türkiyədə
(İstanbul, Ötüken, 2006, təkrar nəşr: 2014),
Rusiyada "Nepolnaə rukopisğ" adı ilə (Moskva,
Xroniker, 2006, təkrar nəşr: "Romanı"
kitabında, Moskva, Xudojestvennaya literatura, 2013, "Pod
senğö Karaqaça", Moskva, Xudojestvennaya literatura,
2016), Braziliyada "O Manuscrito İnacabado" adı ilə
(Joao Pessoa, İdeia, 2009), Polşada "Zagadkowy Rekopis"
adı ilə (Torun, 2009), Misirdə (Qahirə, 2012), Amerikada
"The Incomplete Manuscript" adı ilə (Huyston, 2013),
Qazaxıstanda "Tolık emes koljazba" adı ilə
(Astana, 2013), Avstriyada "Das unvollstandige manuscript" adı
ilə (Vyana, 2013), Qırğızıstanda "Toluk emes
koljazma" adı ilə (Bişkek, 2014), İtaliyada
"İl Manoscritto İncompleto" adı ilə (Roma, 2014;
Roma, 2015), Monteneqroda "Nepotpuni rukopis" adı ilə
(Podqoritsa, 2015) çap edilib.
Sufi dərvişlərin
həyatından bəhs edən "Sehrbazlar dərəsi"
romanı Bakıda 2006-cı ildə (ikinci nəşr:
Bakı, "Qanun", 2018), "Büyücüler
deresi" adı ilə Türkiyədə 2007-ci ildə (təkrar
nəşr: İstanbul, 2010), "Dolina Kudesnikov" adı ilə
Rusiyada 2010-cu ildə (təkrar nəşr: "Romanı"
kitabında, Moskva, Xudojestvennaya literatura, 2013, "Pod
senğö Karaqaça", Moskva, Xudojestvennaya literatura,
2016), "Stebukladarie slenis" adı ilə Litvada 2013-cü
ildə, "Sikırşılar anqarı" adı ilə
Qazaxstanda 2013-cü ildə, "La vallee des magiciens"
adı ilə Fransada 2013-cü ildə, Yaponiyada 2013-cü ildə,
İranda 2014-cü ildə, "Valley of the sorcerers"
adı ilə Amerika Birləşmiş Ştatlarında
2015-ci ildə, "La valle dei maghi" adı ilə
İtaliyada "Sandro Teti Editore" nəşriyyatında
2016-cı ildə, "Campia Vrajitorilor" adı ilə
Rumıniyada "Princeps Multimedia" nəşriyyatında
2019-cu ildə çap olunub.
Kamal
Abdullanın "Unutmağa kimsə yox..." romanı 2011-ci
ildə Bakıda (ikinci nəşr: Bakı, "Qanun",
2018) çap edilmişdir. Roman
"İ nekoqo zabıtğ..." adı ilə 2015-ci ildə
Bakıda, "Qanun"nəşriyyatında rus dilində, 2016-cı ildə "Pod
senğö Karaqaça" kitabında, Moskvada,
"Xudojestvennaya literatura" nəşriyyatında çap
edilmişdir.
Müəllifin öz məktəb həyatından bəhs
edən "Tarixsiz gündəlik" povesti 2005-ci ildə
Bakıda çap edilmişdir. 2007-ci ildə povest
"Otkrıvaə druq druqa" adlı topluda "Dnevnik s
zametkami na poləx" adı ilə rus dilində çap
edilmişdir. "Tarixsiz gündəlik" povesti 2007-ci
ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə "Əsərlər toplusu" adlı kitabda dərc
edilib. Həmçinin, 2007-ci ildə povest "Edin kcm
druq" adlı topluda "Dnevnik s belejki v poletata" adı
ilə bolqar dilində çap edilmişdir.
Moskvada "Qospodin doroqi" adlı şeirlər və
pyeslər toplusu nəşr edilmişdir (Moskva, Rif Roy, 2004).
2009-cu ildə "Hekayələr" (Bakı, Mütərcim)
kitabı çapdan çıxmışdır. 2012-ci ildə
"Labirint" adlı hekayələr kitabı çap
olunmuşdur. 2014-cü ildə "Sirri-zəmanə"
adlı hekayələr toplusu çap olunmuşdur.
2014-cü ildə Moskvada son illər qələmə
aldığı hekayələri toplanmış "Platon,
kajetsə, zabolel...", 2017-ci ildə "Edam vaxtını
dəyişmək olmaz" hekayələr kitabı,
"Platon se izgleda razboleo..." hekayələr toplusu Serbiyada
Belqrad, Verzal. D.o.o nəşriyyatında 2018-ci
ildə çap olunmuşdur.
Azərbaycanda
onun haqqında "Kədərin sirri" (müəllifi
Elçin Səlcuq), "Kamal Abdulla: seçimin
morfologiyası" (müəllifi prof. Asif Hacılı),
"Kamal Abdulla: Yazıdan mifə" (müəllifi Rüstəm
Kamal), Türkiyədə "Kamal Abdullanın əsərləri
Türkiyə türkcəsində" (müəllifi Mehman
Musaoğlu), Rumıniyada "Kamal Abdulla: Filosofiə
polnotı" (müəllifi Lyudmila Bejenaru), İranda
"Sehrbazlar dərəsi. İç-içə
sirlər dünyası" (müəllifi Araz Abbasəli
Əhmədoğlu) və "Yarımçıq əlyazma.
Şahəsərin Şahəsəri"
(müəllifi Araz Abbasəli Əhmədoğlu) adlı
kitablar çap olunub. Rusiya, Türkiyə, ABŞ, Fransa,
İtaliya, Braziliya, Polşa, Litva, Rumıniya, Qazaxıstan,
Qırğızıstanda və başqa ölkələrdə
onun elmi və bədii yaradıcılığına həsr
edilmiş məqalələr çap edilib.
1999-cu
ilin dekabr ayında Azərbaycan xalqının mühüm
tarix və mədəniyyət abidələrindən olan
"Kitabi-Dədə Qorqud" dastanının tədqiqindəki
xidmətlərinə görə ona ölkə Prezidenti Heydər
Əliyev tərəfindən "Azərbaycan
Respublikasının əməkdar elm xadimi" adı
verilmişdir.
2007-ci ildə
Rusiya Federasiyasının Puşkin medalı;
2007-ci ildə
Azərbaycanda Humay mükafatı;
2007-ci ildə
"525-ci qəzet"in "İlin romanı" adlı
mükafatı;
2007-ci ildə
Monitorinq qrupunun "İlin ədəbiyyat adamı";
2009-cu ildə
Azərbaycanla Çexiya arasında münasibətlərin
inkişafında mühüm roluna görə "Karl
Kramej" medalı;
2009-cu ildə
Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən
təqdim edilən "Böyük Xaç" kavaler ordeni;
2009-cu ildə
Polşanın müsbət simasının
formalaşmasındakı mühüm xidmətlərinə
görə Polşa Respublikasının Xarici İşlər
Nazirliyinin Xüsusi Diplomu;
2010-cu ildə
Dədə Qorqud Milli Fondunun "Dədə Qorqud Milli
Mükafatı"; "Azərbaycan dünyası" beynəlxalq
jurnalının "Vətən övladı"
qızıl medalı;
2010-cu ildə
III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində
"Yarımçıq əlyazma" romanına görə
"Son 10 ilin ədəbi əsəri" mükafatı;
21 may
2015-ci ildə İranın Təbriz şəhərində
Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresində
"Elmi fəaliyyətə görə" ən yüksək
mükafat;
21 sentyabr
2015-ci ildə "Yarımçıq əlyazma"
romanı İtaliyanın ən böyük fondlarından biri
Rikardo Tanaturri Fondunun təsis etdiyi "Scanno"
mükafatının ("Skanoprize") ədəbiyyat
üzrə xüsusi prizi;
3 dekabr
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli
fəaliyyətinə görə "Şöhrət"
ordeni;
23 mart
2016-cı ildə Rusiyanın məşhur "Xudojestvennaya
literatura" nəşriyyatı tərəfindən çap
edilən "Platon, deyəsən, xəstələnib..."
("Platon, kajetsya, zabolel...") hekayələr kitabı
Rusiyada ədəbiyyat üzrə təqdim olunan yüksək
mükafata - "Qızıl Delviq"ə layiq
görülüb;
2017-ci ildə
Şərqi Avropada ilin ən bacarıqlı şəxslərini
seçən Regional Agentlik və onun nəşr etdiyi
"Euromanager" jurnalı tərəfindən
"Müasir dünyanın dini, irqi və etnik
ayrı-seçkilik kimi problemlərindən əziyyət
çəkən Avropa regionunda multikulturalizm ənənələrinin
inkişaf etdirilməsi sahəsində xidmətlərinə
görə" mükafatı.
2019-cu ildə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə
görə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.
Kamal Abdulla "2018-2019-cu tədris ilinin ən
yaxşı rektoru" sosial tələbə sorğusunda
qalib olub.
15 mart
2019-cu ildə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
və Xarici Kəşfiyyat orqanlarının 100 illiyi
(1919-2019) ilə bağlı yubiley medalı;
10 iyul
2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
(1918-2018)" yubiley medalı ilə təltif edilib.
19 iyul 2019-cu ildə Azərbaycan Respublikası Xarici
işlər Nazirliyinin Sərəncamı ilə "Azərbaycan
diplomatik xidmət orqanları - 100 illiyi (1919-2019)" yubiley
medalı ilə təltif edilib.
13 sentyabr
2019-cu ildə Macarıstan Prezidentini Yanoş Aderin tərəfindən
Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin
dərinləşməsindəki roluna görə "Zabit
Xaçı" ali xidmət ordeni ilə
təltif olunub.
Kamal Abdulla həmçinin, Azərbaycan dilinin, mədəniyyətinin və multikulturalizminin Avropa və Amerika, Yaxın və Uzaq Şərq ölkə universitetlərində təbliği ilə bağlı geniş fəaliyyət göstərmiş, Azərbaycan həqiqətlərinin bu yolla da beynəlxalq içtimaiyyətin diqqətinə çatdırılmasında real işlər görmüşdür. Onun bilavasitə təşkilatçılığı və iştirakı ilə Azərbaycan dili və mədəniyyəti, multikulturalizm fənləri bu gün də Rusiya, Gürcüstan, Almaniya, İtaliya, Braziliya, Argentina, Uruqvay, İndoneziya və başqa ölkələrin universitetlərində uğurla tədris edilir.
Sonda demək istərdik ki, oxucunun diqqətinə təqdim edilən bu faktları daha çox "Seçilmiş faktlar" adlandıra bilərdik.
Tərtib etdilər:
Cavid ZEYNALLI
Elçin İBRAHİMOV
Sərraf BALAXAN
Kəramət BÖYÜKÇÖL
525-ci qəzet.- 2019.- 4 dekabr.- S.10-11.