Sən ömürlük qismətimsən...
Nə baş verdi
canım-gözüm?
Qəzəbləndin yenə mənə.
Anlamadım qəzəbini,
Neylədim ki, axı sənə?
Aramızdan əsdi külək,
Hava döndü, duman gəldi.
Fikirləşdim, nədən belə?
Ağlıma yüz güman gəldi.
Çəmənliklər olan yerdə,
Nə çəkirsən dağa məni?
"Dağa" dözmək asan deyil,
Bükmə vaxtsız ağa məni.
Əcəb heçdən qəmə düşdüm,
Bir az qayğın,
rəhmin olsun.
Qəm gətirmək sənlik deyil,
Nəyə lazım zəhmin olsun?!
Sən ömürlük qismətimsən,
Tanrı səni mənə verib.
Taleyimiz
gül bağından
Butamızı qoşa dərib.
Qov qüssəni, üzün
gülsün,
Məni niyə incidirsən?
Zakir səni hədsiz sevir,
Sənsə ona zülm edirsən.
Çıxmamısan yadımdan...
Belə
küskün, qəmli
ötmə yanımdan,
Kim salıbdır səni
məndən narazı?
Qəlbimdəsən, çıxmamısan
yadımdan,
Gündə yüz yol xatırlaram
ən azı.
Çox
gözlədim, bəlkə
döndün yanıma...
Can gətirdin sənsiz qalan canıma.
Könlüm səni hopdurubdur
qanıma,
Alnımıza qoşa düşüb bu yazı.
Yadındamı gəzdiyimiz oylaqlar,
Sərin
sulu, durna
gözlü bulaqlar?!
Necə
oldu viran qaldı yaylaqlar,
Duman örtdü, çən bürüdü "Qur yaz"ı?!
Ayrı
düşdük qurduğumuz
saraydan,
Sinəm yandı dilimdəki haraydan.
Məlul-məlul boylanırıq "bu taydan"
Axıdırlar aramızdan "Araz"ı.
Bu ayrılıq günümüzü
qaraltdı,
Xəzan oldu, bağçamızı
saraltdı.
Otlaqlarda
qanqal bitdi, kol artdı,
Fələk aldı əlimizdən dəryazı.
Tale bizə qara günlər gətirdi,
Çox sevənlər bir-birini itirdi.
Yurd həsrəti ömrümüzü
bitirdi,
Heç olmadı ömrümüzün
bəyazı.
Nə salıbdır səni məndən narazı?..
Rübailər
Deyirlər, bu dünya düzələn deyil,
Durmadan fırlanır,
düz gələn deyil.
Üzmə ürəyini, narahat
olma,
Qopub məhvərindən
üzülən deyil.
***
Ağ bulud aylanır başımın üstə,
Alnım qırış salır qaşımın üstə.
Soruşdum, bu halın nədir
yozumu?
Dedilər, yaş gəlir yaşımın üstə.
***
Boylandım həsrətlə göy
yaylaqlara,
Qayıtmaq istədim ötən çağlara.
Qaldım
yamaclarda əsdi dizlərim,
Yaş məni
qoymadı qalxım dağlara.
***
Çalışma dolanı boşaltmaq
üçün,
Öyrətmə əlini daş atmaq üçün.
Çalış izin qalan bir dünya yarat -
Özünü əbədi yaşatmaq üçün.
***
Saz çalıb söz qoşmaq ozanlarda var,
Sözü nəzmə çəkib
yazanlar da var.
Yol getsən görərsən,
aralarında,
Yolunu dəyişib
azanlar da var.
***
Yenə
axşam oldu, hava qaraldı,
Yarı gözləməkdən səbrim
daraldı.
Əcəba, görüşmək istəmirdisə,
Mənim ürəyimdə niyə
yer aldı?
Vətən Bayatıları
Ən gözəl yar vətəndir,
Vətən ruhdur, bədəndir.
Üzmə ruhu bədəndən,
O, səni var edəndir.
***
Getdi qora bağımdan,
Çıxdım "Qarabağ"ımdan.
Bilsən
nə qara qanlar
Axdı qara bağrımdan.
***
Dünya
mülkü genişdir,
Hər yan yoxuş, enişdir.
Vətənsiz, yurdsuz olmaq
Ən çətin,
müşkül işdir.
***
Tərifləmə yad eli,
Doğma olmaz yadelli.
Öz elini sevməyən
Ya nadandır,
ya dəli.
***
Hamı
sevir Londonu,
Gedib geyir o "don"u.
Ayrılmaram Bakıdan,
Olsa Londondan
10-u.
***
Mən aşiqəm "Şabran"a,
Mən vurğunam
"Nabran"a.
Hər ikisi gözəldir,
Yaraşıqdır Arrana.
***
Şabran
qədim bir şəhər,
Bağlarında bar-bəhər.
Boylan "Çıraqqala"dan,
Gör Şabranı hər səhər.
***
Ey mənim dağlı kəndim,
Üzü duvaqlı kəndim.
Sən Şabrana bəzəksən,
Xalça-sumaqlı kəndim.
Zakir BAYRAMLI
525-ci qəzet.- 2019.- 6 dekabr.- S.15.