Müəllimlə
şagird arasındakı qırılmaz
tellər
Bu günlərdə yazıçı-publisist
Rövşən Ağayevin
"Uroki fransuzskoqo"
("Fransız dili dərsləri") kitabı
işıq üzü
görüb.
Həm texniki, həm də humanitar ixtisaslar üzrə ali təhsil
almış və uzun illər dövlət qulluğunda çalışmış R.Ağayev
respublikanın mətbu
orqanlarında müxtəlif
mövzularda müəllif
yazıları ilə
çıxış edir.
O, Təhsil Nazirliyində
məsləhətçi kimi
fəaliyyət göstərdiyi
üçün mövzuya
dair xeyli məlumata və faktlara malikdir. O, həm də bir müddət ali məktəbdə
pedaqoji fəaliyyətlə
məşğul olub.
Üç kitabın, 40-dan artıq
elmi və 200-ə yaxın publisistik məqalənin müəllifi
olan yazıçının
kitablarından biri -
"Yaxın və uzaq Polşa" ("Blizkaya i dalnyaya
Polşa") kitabı
polyak dilinə də tərcümə edilib. Respublikanın müxtəlif mətbu
orqanlarında çap
olunmuş məqalələrinin
bir hissəsi toplu şəklinə salınaraq çap olunub və oxuculara çatdırılıb.
Müəllifin Azərbaycanla Fransanın dostluq münasibətlərinə
dəyərli töhfə
olan "Fransız dili dərsləri" kitabında iki ölkə arasındakı
iqtisadi-siyasi və mədəni əlaqələrinin
inkişaf tarixinə kifayət qədər geniş yer ayrılıb. Müəllif Azərbaycanla Fransa
arasında əlaqələrin
tarixən mövcud olduğunu xüsusilə qeyd edərək haqlı olaraq belə qənaətə gəlir ki, siyasi münasibətlər
humanitar sahələrdə
də öz izini qoyur və
siyasətlə mədəniyyətin
möhkəm sintezi yaranır. Bu fikri təsdiq edən xeyli sayda ədəbiyyat nümunələri mövcuddur.
Mühacirətdə olan azərbaycanlılar,
İkinci dünya savaşında Fransa torpaqlarının müdafiəsində
iştirak etmiş vətəndaşlarımız haqqında kifayət qədər məqalə,
kitab yazılmış,
filmlər çəkilmişdir.
Bütün bunlar, əlbəttə,
mədəni əlaqələrə
ciddi təkan vermişdir. Sənədli-bədii povest janrında yazılmış kitab dünyada ən vacib və nəcib
peşələrdən biri
olan müəllim əməyinə həsr olunmuşdur. Povestin qəhrəmanı
hazırda təqaüddə
olan fransız dili müəllimi Adilə Qurbanovadır.
Onun keçdiyi həyat yolu bu gün
müəllim peşəsinə
yiyələnən gənclərimiz
üçün əsl
məktəbdir. Əsərdə ötən əsrin 70-ci illərində yuxarı siniflərdən birinin timsalında onun pedaqoji fəaliyyəti təsvir olunur. O, yalnız fransız dili müəllimi deyil, həm də şagirdlərini məzun olduqdan sonrakı həyata hazırlayan, onlara ortaya çıxa biləcək problemlərin
həlli yollarını
izah edən bir şəxsiyyətdir. Adilə xanım üçün müəllimlik peşə
deyil, onun həyat amalı, yaşam tərzi, müqəddəs missiyadır.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə
təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük
ehtiram və hörmətlə xatırlayırıq.
Öyrəndiklərimizə görə həmişə
onlara minnətdarıq.
Müəllimlər cəmiyyətin memarlarıdır
desək, yəqin ki, yanılmarıq. Bu danılmaz bir
həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz
xidmətləri vardır.
Müəllimə nahaq yerə
ziyalı demirlər.
Müəllim öz ziyası,
nuru ilə təkcə şagirdlərinin
yoluna deyil, bütün cəmiyyətin
yolunu aydınladır.
Müəllim ən yüksək
mənəvi keyfiyyətləri
özündə ehtiva
etməli, bütün
şagirdlərinə bir
gözlə baxmalı,
sevgisi hər bir şagirdinə yetəcək qədər
böyük ürəyə
malik olmalıdır.
Onun vəzifəsi təkcə
hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Müəllim həm də
geniş dünyagörüşünə,
milli-mənəvi dəyərlərə,
yüksək mədəniyyətə,
intellektə, mənəviyyata
malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf
etmiş şəxsiyyət
yetişdirməlidir. Hər şeydən
əvvəl hər bir müəllim özü bu keyfiyyətlərə malik
olmalı, davranışı,
rəftarı, ətrafa
münasibəti, yüksək
mədəniyyəti, ən
əsası, dərin
biliyi, savadı ilə şagirdlərinə
nümunə olmalıdır.
Rövşən Ağayevin canlandırdığı
Adilə xanım obrazı məhz belə müəllimlərdəndir. O, şagirdlərə
sadəcə fransız
dilində yazıb oxumağı öyrətmir,
eyni zamanda, Fransanın görkəmli
yaradıcı ziyalıları,
bu ölkənin tarixi, mədəniyyəti,
iqtisadi-siyasi həyatı
ilə bağlı maraqlı məlumatlar verir. Adilə müəllimə qırx
beş dəqiqəlik
dərsi elə aparır ki, hər bir şagird
bu müddət ərzində özünü
Fransada, Parisdə hiss
edə bilir. Azərbaycan ədəbiyyatının
klassiklərinin fransız
dilinə tərcümə
olunan əsərlərindən
tutmuş Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə, Fransanın dövlət xadimlərinin
Bakıya səfərlərinə
kimi bir-birindən maraqlı hadisələri
şagirdlərin diqqətinə
çatdırır.
Povestin birinci fəslində oxucu əsas personajın keçmiş
tələbəsi olmuş
hazırda investisiya və tikinti şirkətinin baş direktoru, millət vəkili Rauf Əhədovla tanış
olur. Bu qəhrəmanın
səsi, gözəl nitqi, aydın fikirləri, qabiliyyəti,
savadı ilə Adilə müəllimənin
çəkdiyi əziyyətin
hədər getmədiyini
sübut edir. Baş direktorun Fransaya rəsmi səfəri ilə bağlı hissədə müəllim
iki ölkə arasındakı işgüzar
əlaqələr barədə
ətraflı məlumat
verir.
İkinci fəsil baş direktorun paytaxtda gəzintisinə həsr olunub. Onun Bakının keçmişi
və bu günü ilə bağlı xatirələri
sayəsində oxucu şəhərin tarixi haqqında müfəssəl
məlumat əldə
etmiş olur. Rauf Əhədovun şəhər
gəzintisi zamanı təsadüfən müəlliməsi
Adilə xanımı
görməsi ilə əsərin maraqlı hissəsi başlayır.
Burada qəhrəmanın məktəb
illəri, sinif yoldaşları haqqında
xatirələri, təhsillərini
başa vurduqdan sonrakı həyatlarından
bəhs etdikləri söhbətləri qələmə
alınır.
Povestin üçüncü
hissəsində Adilə
Qurbanovanın mənzilində
şagirdləri ilə
görüşü təsvir
olunur. Xəyalən
40-45 il əvvələ
qayıdan şagirdlərin
hər biri Adilə müəllimənin
ən çox yaddaqalan dərslərinin mövzusu barədə söhbət açırlar.
Oxucu əsərin bu hissəsində Azərbaycan klassiklərinin
fransız dilinə tərcümə olunmuş
əsərləri, Fransa
ədəbiyyatından maraqlı
nümunələr, o zaman
gəzintiyə çıxdıqları
şəhərin maraqlı
tarixi yerləri barədə maraqlı məlumatlar, hətta Şarl de Qollun Bakıya gəlişi, Müslüm Maqomayevin Fransaya möhtəşəm
qastrol səfəri barədə bir-birindən
maraqlı faktlarla tanış ola bilər.
Üçüncü hissədəki söhbətlərin
davamı olan dördüncü fəsil
vaxtilə Azərbaycanda
yaşamış, işləmiş
fransızlara və Fransada fəaliyyət göstərmiş azərbaycanlılara
həsr olunub. Burada əsas
diqqət Fransa Müqavimət Hərəkatının
görkəmli nümayəndəsi
Əhmədiyyə Cəbrayılovun
və İkinci Dünya müharibəsi başa çatdıqdan sonra əri ilə birlikdə Azərbayacana gələn
fransız qadın
Joanna Botto Jan - Əminənin
mürəkkəb taleyinə
yetirilib. Oxucu, həmçinin,
Adilə Qurbanovunun dilindən XIX-XX əsrlərdə
neft sənayesinin inkişafında iştirak
etmiş Fransa şirkətlərinin faəliyyəti
ilə bağlı da maraqlı məlumatlar əldə edə bilər.
Kitabın beşinci fəsli günümüzün ən aktual mövzusu olan təhsil sahəsindəki problemlərə həsr olunub. Müəllifin fikrincə, tədris materiallarının prinsiplərində, müəllim və valideynlərin tədris prosesindəki rolunda yenilənməyə, tədris prosesində innnovativ texnologiyaların tətbiqinə ehtiyac var. Məhz burada əsərin əsas motivi üzü çıxır - Rövşən Ağayev təhsil sahəsindəki problemlərin həllində müəllimin mənəvi keyfiyyətlərinin, işə münasibətinin, cəmiyyətin onun əməyinə verdiyi qiymətin mühüm rol oynadığı qənaətinə gəlir. Povestin personajları bu sahədəki diqqətlə öyrənilməsi tələb edilən bir sıra həssas mövzuları göstərməyə çalışırlar.
Səlis dili, zəngin tarixi bilikləri və pedaqoji təcrübəsi sayəsində Rövşən Ağayev olduqca maraqlı povest ərsəyə gətirmişdir. Kitabda tarixi yerlərə, tanınmış insanlara, bir sıra fransız tədqiqatçıların araşdırmalarına çoxsaylı istinadlar verilir. Bütün bunlar "Fransız dili dəsrləri" povestinin qısa müddət ərzində geniş oxucu kütləsi qazanacağını deməyə əsas verir.
Rafiq
ƏLİYEV
525-ci qəzet.- 2019.- 6 dekabr.- S.13.