ADMİU-nun "SABAH"çı tələbələri
Rus Dram
Teatrının səhnəsində
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) "SABAH" qruplarının tələbələri
Uilyam Şekspirin
"Otello" pyesinin
motivləri əsasında
hazırladıqları "Otello əfsanəsi" tamaşasını dekabrın
4-də Səməd Vurğun
adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim
ediblər.
Tamaşanı Təhsil naziri Ceyhun Bayramov, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova və müxtəlif ali
təhsil müəssisələrinin
rektorları izləyiblər.
Mistik ballada janrında hazırlanmış
tamaşanın quruluşçu
rejissoru Gümrah Ömərdir. Tamaşada
"SABAH" qruplarında IV kurs aktyor sənəti
ixtisası üzrə
təhsil alan tələbələr Ziya
Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər.
Qeyd edək ki, ADMİU-nun
"SABAH" qrupları Uilyam
Şekspirin "Otello"
pyesinin motivləri əsasında hazırlanmış
"Otello əfsanəsi"
tamaşası ilə
bu yaxınlarda Rusiyada keçirilən Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun
39-cu Beynəlxalq Tələbə
Festivalında iştirak
edib. Bolqarıstan, Polşa, Slovakiya, Rusiya Dövlət Teatr Sənəti İnstitutu, S.Gerasimov adına ÜDKİ, Moskva
Bədaye Teatrının
məktəb-studiyası, Şukin
və Şepkin məktəblərinin tələbələrinin
sırasında ADMİU-nun "SABAH" qrupları da öz yerini alıb. Tələbələr festivalda "Dünya
klassikasının milli
fonda bənzərsiz şərhi" və
"Klassik dünya ədəbiyyatı motivləri
əsasında çevik
səhnə təcəssümü"
diplomları ilə təltif olunublar.
"Otello əfsanəsi"
tamaşası, həmçinin,
2019-cu ilin martında Rusiya Teatr Sənəti
İnstitutunda keçirilən
"QİTİS - ustad dərsi"
festivalında "Ən
orijinal tamaşa" seçilib. Otello rolunun ifaçısı,
"SABAH" qrupunun tələbəsi
Ziya Ağayev isə "Ən yaxşı kişi rolunun ifaçısı"
nominasiyası üzrə
mükafata layiq görülüb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 6 dekabr.- S.8.