Nəsimi və İslam

 

 

AÇAR SÖZLƏR: İslam, Nəsimi, elm, din, haqq.

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi, uzun illər ədəbiyyatşünaslar və tarixçilər tərəfindən cəmiyyətə anadilli fəlsəfi şeirin banisieşq şairi kimi təqdim edilmişdir. Xüsusən, yetmiş illik sövet hakimiyyəti dövründə onun əsərlərinin əsas mahiyyəti yetərincə araşdırılmamış, hakim ideologiyasının təsiri ilə onun yaradıcılığı yanlış təbliğ edilmiş, özü isə cəmiyyətə ateist bir insan kimi təqdim edilmişdir. Rejimin siyasi ideologiyasının diktəsi ilə Nəsimi ideyası və sufizm qəsdən İslama qarşı qoyulmuş, onun yaradıcılığı isə irfana zidd elan edilmişdir.

Halbuki son dövrdə aparılmış araşdırmalar sübut etmişdir ki, onun yaradıcılığı nəinki İslama qarşı olmuş, elmirfanla birləşərək dünya ədəbiyyatına Nəsimi dühasını bəxş etmişdir. 

Ərəb dilindən tərcümədə "böyük və əhatəli bilik" mənasını verən irfan kəlməsi isə həyatın və insanlığın mahiyyəti, Allah-Təalanın varlığının və sifətlərinin təhlili haqqında bilik və düşüncələrin məcmusu anlamlarını ifadə etməkdədir. Çox zaman "irfan" sözü "təsəvvüf" kəlməsi ilə eyni mənada işlədilir. İrfan əməli və nəzəri olmaqla iki hissədən ibarətdir.

Əməli irfan insanın daxili aləmi ilə, onu əhatə edən xarici aləmlə və Allahla əlaqələrini, bunların qarşısında daşıdığı vəzifələri öyrənir. Nəzəri irfan isə Allah, aləm və insanın izahı ilə məşğuldur. Nəzəri irfan fəlsəfə və kəlam elmlərinə yaxındır, amma bunların da arasında bəzi fərqlər vardır. Məsələn, fəlsəfə və kəlam yalnız əqli prinsiplərə və metodlara əsaslanır. İrfanda isə kəşfə dayanan prinsipmetodlar əsas sayılır. Kəlam aliminin nəzərində həm Allah, həm də Allahdan qeyri şeylərin hamısı həqiqidir. Fərq bundadır ki, Allah "vacibül-vücud" (mövcudluğu heç bir səbəbdən asılı olmayan), Ondan savayı hər şey isə "mümkünül-vücud", yəni mövcudluqları ilkin səbəbdən asılıdır. Hər şey yalnız Allahın ad, sifət, iradə və təcəllasıdır, ondan başqa bir şey deyildir.

Anlaşıldığı kimi, İrfan elmin ana xəttini Allahı tanımaq və ona qovuşmaq təşkil edir ki, bu da, öz növbəsində qeyd edəcəyimiz dörd mərhələdən ibarətdir: Şəriət, Təriqət, Mərifət, Həqiqət.

Mərhələ isə öz növbəsində - Tələb, Eşq, Mərifət, İstiğna, Tövhid, Heyrət və Fəna kimi yeddi pillədən ibarətdir. Nəsimi yaradıcılığını isə heç şübhəsiz, bu qeyd etdiyimiz yeddi xüsus təşkil etmişdir.

Sufizm isə irfana əsaslanan İslama bağlı bir təriqət, bir cərəyandır. Sufi təfəkkürü insanı daima Allaha yaxınlaşdırır, onu kamillik mərtəbəsinə qaldıraraq Uca Yaradana qovuşdurur. Onlara görə ruhun məkanı yoxduro, dünyaya da sığmaz. İslamın izah elədiyi kimi, bəşər övladı ələst aləminə qalxaraq, Allaha qovuşmağa can atır. Sufi təsəvvüfündə Tanrıya gedən bulma, qovuşma yolu dörd mərhələdən başlayıb, qırx məqamda məqsədə - ruhla haqqın qovuşmağına, böyük buluşmaya gedən yoldur. Şəriət bu yolun başlanğıcı, həqiqət isə sonudur. Şəriət haqqın vahidliyini qəbul etməklə, İslamı qəbul etmək, həqiqət isə Tanrıya qovuşmaqdır.

XI əsrin sonu XII əsrin əvvəllərində yaşamış İslam dünyasının görkəmli mütəfəkkiri, teoloqu, filosofusufi alimlərindən olan Əbu Hamid əl-Qəzali Şəriətlə bağlı fikirlərini belə dilə gətirmişdir: "Şəriətə hamı əməl edə bilər, əsl çətin yol təriqətdir".

Lakin Nəsimi yaradıcılığı fərqli fikirlərinə görə zamanında təqiblərə məruz qalmışdır. Şairin qəzəlləri onu sadə insanlara sevdirib rəğbətini qazandırsa da, hakim təbəqə, o cümlədən, dini təbəqəyə düşmən kəsdirmişdir. Hüseyin Bayqaranın vəziri Kəmaləddin Hüseyin "Aşiqlər məclisi" əsərində Nəsimi yaradıcılığına diqqət çəkərək qeyd etmişdir ki, Nəsiminin sözlərini başa düşmədilər, halbuki onun kəlmə və hərfləri incilər kimi kənara dağılırdı.

Anlaşıldığı kimi, Nəsiminin dünya görüşü və yaradıcılığı, həm zamanında, həm də çağımızda bilərəkdən düzgün araşdırılmamışdır. Bu səbəbdən Nəsiminın nəhəng yaradıcılığına qısa bir nəzər salacaq, poeziyasından gətirdiyimiz sitatlarla şairin İslam sevgisini, irfana bağlılığını göstərməyə çalışacağıq.

Ey könül, Mənsur ənəlhəqq söylədi,

Həqq idi, həqqi dedi, həqq söylədi.

Mərifət sirrini mütləq söylədi

Arif amənna-vəcəddəd söylədi.

Sözügedən beytə görə, Nəsimini Mənsur Hallacın özünə Allah deməsinə haqq qazandırmaqda qınayıb, kafirlikdə ittiham etmişlər. Ancaq sözün dərin mənalarından anlaşılır ki, burda fikir tamamilə başqadır. Nəsimi Mənsura "həqq idi" dedikdə ona heçAllah demir, onun - düzgün, haqlı, dürüst olduğunu, həmişə həqiqəti dediyini göstərməyə çalışır.

İslamda haqqa, Allaha qovuşmağın pillələrindən biri də mərifətdir. Şair beytində: "Mərifət sirrini mütləq söylədi", -  deməklə, Mənsurun Uca Yaradana qovuşmağın sirlərinə bələd olduğunu, İslamı bildiyinionu sevdiyini göstərməyə çalışmışdır.

Şol meyi cəmi kim cəmidir anın günəş,

Şol ki, buyurmuş: "Və Səkahüm", nida.

Kim ki, bu meyxanəyə basdı qədəm

Bisərü pa oldu, nə sər, yapa?

Şairin bu beytində isə şərab ilahi eşq mənasındadır, yəni mənim qəlbim Allah eşqi ilə doludur. Başsız, ayaqsız sözləri isə sufizmdə əlaqələrin kəsilməsidir. Meyxanə sözü isə, Tanrının hüzurudur. Nəsimi demək istəyir ki, ilahi eşqi içən hər kəs öz iradəsini Allaha təslim etməli, "başsız", "ayaqsız" olmalıdır. Özünü Allaha təslim etmək isə İslamın əsas şərtidir.

Cami-səfayı bizə sun, saqiya,

Kim susamış ol mehə əhli-səfa.

Ey saqi, saf ürəkli adamlar o şəraba susadıqları üçün, saf şərabı bizə ver. Yəni ilahi eşq saf ürəklərdə, mənəvi təmizliyi olan qəlblərdə ola bilər. Bu fikrinin , İslami dəyərlərlə üst-üstə düşdüyü aydındır.

Tovhid içində nöqteyi-əşrarı bulmuşam,

Sahibi-nəzər gərək ki, bu halə xəbir ola.

Şair burda bütün sirlərin mənasını tövhiddə tapdığını, hər düşüncə sahibinin dərk etməyin mümkünsüz olduğunu bəyan etmişdir. Məlum olduğu kimi, Tövhid dini bir termin olub, Allahın bir, tək vahidliyini ifadə etməkdədir.

Surətin lövhində endirdi Kəlamı Cəbrayıl

Ey Camalın həq kitabı, innəvü-şeyün-əçib.

Dinimizə görə, Allahın əmr buyruqları Həzrət Məhəmmədə (s) vəhy mələyi olan Cəbrayıl tərəfindən çatdırılmışdır. Yuxarıda keçən misralarda isə Nəsiminin İslamı necə yaxşı bilməsi bir daha özünü sübut etmişdir. O, Kainatdakı bütün gözəlliklər kimi, sevgilisinin gözəlliyinin , Uca Yaradan tərəfindən yaradıldığını bəyan etmiş, həmin gözəlliyi xəlq etmiş Xaliqin böyüklüyünə mat-məəttəl qalaraq, "doğurdan da qəribə işdir" deyərək, Allahın ucalığını vəsf etmişdir.

Gün hüsnünə, xətm oldu bu gün dövrü-məlahət

Ey fitnələrin xatəmi, şəqqül-qəmər eylə.

Yuxarıda qeyd etdiyimiz bu beytində isə Nəsimi özünü saxtakarlıqla xatəm - yəni peyğəmbər elan edənlərə qarşı üsyan qaldıraraq onların da, Həzrət Məhəmməd (s) kimi möcüzə göstərmələrini, ayı ikiyə bölməsini tələb etmişdir.

(Dini mənbələrdə qeyd edildiyinə görə, "şəqqül-qəmər" hadisəsi (onun ayı ikiyə bölməsi) Allah Elçisinin (s) göstərdiyi yüzlərlə möcüzəsindən biri olmuşdur).

Hər kişi kim, əzəldə binəsib oldu mənidən

Ayəti təfsirü kəlam, ana xəbər faidə?

Kim ki, əzəldən, mənadan, dərkdən, irfandan uzaqlaşırsa, yəni onun Allahı dərki yoxdursa, ona Quran ayətlərindən, təfsirdən, ümumiyyətlə, Allahın kəlamlarından xəbər verməyin mənası var?

Nəsiminin poeziya sahəsindəki misilsiz istedadı Hurufi cərəyanındakı üstün mövqeyi ona bir çox ad təxəllüslər qazandırmışdır. Ona bu təxəllüslərinin yanında Quran şairi adının ehtiva edilməsi heç mübaliğə olmazdı. Belə ki, o, sözün əsl mənasında güclü bir Qurani-Kərim şairi olmuşdur. Çünki ona görə öncəki Səmavi kitablar təhrif olunmuş, hökmləri aradan qaldırılmışdır.

Haqq kitab kimi ancaq "Fürqan", yəni Quran qalmışdır:

Həqdürür, batil degil kim gökdən endi Dörd Kitab;

Üçü mənsux oldu, şimdi həq degil Fürqanə sən.

Yaradıcılığının sonuncu səmavi kitabın təfsiri olduğunu iddia edən Nəsimiyə görə, nəzmlə yazılmış qeyd edəcəyimiz bu şeiri Quran-Kərimin Nur surəsinin 35-ci ayəsini - "Allah göylərin yerin nurudur..." şərh etməkdədir:

Nəzmi Nəsiminin yəqin Allahi nurun şərhidür,

Ol nuru hər kim bilmədi, həqdən nəsibi nar imiş.

Anlaşıldığı kimi, şair yuxarıda qeyd etdiyimiz bu beytində O nuru bilməyənin nəsibinin Cəhənnəm alovu olmasına diqqət çəkmişdir.

Göstərilən beytlərdən bir daha belə anlaşılır ki, Nəsimidə Sonuncu səmavi kitaba, onun təfsirinə qədər böyük qiymət verilmişdir.

Ümumiyyətlə, onun fikrinə görə ayələri, Allahın kəlamlarını anlamayan insan mənadan uzaqdır. O, bu fikirlərini qeyd edəcəyimiz aşağıdakı beytlərdə belə ifadə etmişdir:

 

Münkirin iqrarı yoxdur həqqə, ey sahibnəzər.

Həqqə iqrar eylə sən, münkirdən iqrar istəmə.

Qeyd edəcəyimiz beytlərdən bir daha bəlli olur ki, Nəsimi yaradıcılığında Uca Yaradandan, ona imandan kənarlaşma yoxdur. Əksinə, onun dünya görüşünün, poeziyasının əsasını İslam Allah sevgisi təşkil etmişdir. Qeyd edəcəyimiz bu beytlərdə isə Nəsiminin İslam dininə sadiqliyi tam açıqlığı ilə özünü büruzə vermişdir:

Qaziyə nəsnə verməriz rüşvət üçün bu dəvidə

Qaziyi həqq qatında çün adil imiş şühudumuz.

Mau məindən ey fəqih, əsrəyübən iki denə

Çünki yeganədəndür farid ilə vürudumuz.

Su gətirənimiz , gələn suyumuz da, o yeganədəndir.

İslam inancına görə, Qiyamət günündə mələklər, o cümlədən, insanın bütün əzaları - gözləri, qulaqları, əlləri ayaqları onun əleyhinə şahidlik edəcəklər. Nəsimi bu inancdan yola çıxaraq belə dürüst şahidlərin olacağı təqdirdə, qazıya rüşvət verməyin mənasız olmasına diqqət çəkmiş, "Haqq qazi" sözü ilə isə, Allahın ədalətindən yüksək ədalət olmadığını vurğulamışdır.

Şairin axırıncı beytində isə, su bədən, su gətirən isə, ruh anlamındadır. Belə ki, insan vücudunun təqribən 70 faizi sudan ibarətdir. Dahi şair bu beyti ilə hələ zaman bəşər övladının yaradılış formasına nəzər salmış, onun sudan ibarət olmasına diqqət çəkmişdir. Uca Yaradanın vahidliyini bəyan edərək yaradılışımızın məhz onun əsəri olduğunu bəyan etmişdir.

Zülfi rüxsarini görməklik üçün, Leyli nahar,

Oxuram səbül məsaini ilə Quran, bəri gəl.

Bu beyti oxuyanda isə bəzi ədəbiyyatşünasların görkəmli şairə qarşı qədər haqsız olduğu aşkar görünməkdədir. Yarının telini çöhrəsini görmək üçün, gecə-gündüz fatihə - Quran oxuyan bir şəxsi necə allahsızlıqda günahlandırmaq olar?

Misrada bəhs olunan "Səbül - məsaini" Quranın ilk surəsi olan yeddi ayəli fatihə surəsidir. Öz arzusuna çatmaq üçün, ümidini müqəddəs kitabımıza bağlayan, onun sahibindən nicat uman şəxsi necə küfürdə ittiham etmək, onu müsəlman adlandırmamaq olar?!

Uzun illər Nəsimini dərk etmədən, yaradıcılığının əsas mahiyyətini bilərəkdən və ya bilməyərəkdən anlamadan onun özünü "Tanrı" hesab etdiyini iddia etmişlər. Əsərlərində Allahın vahidliyini bu cür bəyan edərək varlığımızın məhz onun əsəri olduğunu vurğulayan belə bir şəxs heç özünü iddia edildiyi kimi "Tanrı" adlandırarmı?!

Ümumiyyətlə, Nəsimi yaradıcılığına nəzər saldıqda görərik ki, o, Qurani-Kərimi çox yaxşı tanıyan və onun elmlərinə bələd olan büyük bir mütəfəkkir olmuşdur. Belə ki o, əsərlərində Sonuncu səmavi kitabın 222 ayəsinə iqtibas etmiş, 449 ayəyə işarə vurmuş, 25 surənin adını xatırlatmış, Quranda barəsində bəhs edilən 7 məsələyə toxunmuşdur.

 

 

Səyyad ARAN

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

 

525-ci qəzet.- 2019.- 7 dekabr.- S.17.