Qələmsiz yazılanlar

 

status-esseləri

 

 

İstanbulda azan səsinə oyanmaq xatırlamaq...

***

... Ötən əsrin 90-cı illərində İstanbulun Fateh səmtində səhər pəncərəni açarkən daş kömürün tini vurardı adamı. Bu qoxu həm qədimlik təbiilik oyadır, keçmişə nostalji yaradırdı. Çoxdandır yoxa çıxıb o qoxu. İndi rus qazının həniri daha çox duyulur ətrafda.

***

"Qaz"ı "qız" oxuyanlar... :)

***

Yaxşı ki, bu nəhəng hava limanında bir-iki dənə Terras da quraşdırıblar. Azca hava, azca tüstü arzulayanlar üçün...

***

Hər şeyi həzm etmək olmur.

***

Pul həm unutdurur - məğlubluğu, qüsurları, zəiflikləri, səhvləri...

***

"A" hərfi başlanğıcda da ola bilər, sonda da. Baxır sən hardan gəlirsən.

***

İnformasiyasız qalmaq əzabı...

İnformasiyasız yaşamaq xoşbəxtliyi...

***

Bəzən hamını hər şeyi unutmaq, daldaya gizlinə çəkilmək istəyirsən...

***

Hər şeydə dərin səbəb axtarmazlar ki. Sadə izahı varmış hamısının.

***

Şuşaya Nazim Sabiroğlu kimi Şuşanı bilən, sevən, Şuşa dərdindən əriyən jurnalistlərin getməsinə pis baxmıram (Amma Nazim, deyəsən, səfərə getməmiş, xəyalən yazıb).

Yenə, heç olmasa, ağrılı yazılarla yaralarımızı tərpədirlər. 30 il sonraya yara qalacaq, belə yazılar yazanlar... :(

...Nazimin yazısı üsyandı, etirazdı. Şuşasızlığa, turist kimi, layihə kimi Şuşaya səfərə gedənlərə etiraz! Adam təxəyyül gücünə belə dəhşətli yazı yazıb, hamını çaşdırıb bütün cəmiyyəti sarsıdıb...

8 il əvvəl, 40 yaşında "525"ə müsahibəsində belə demişdi: "Allah mənə Şuşaya jurnalist kimi getməyi nəsib eləməsin".

İndi xəyali Şuşa səfərindən təsirli reportaj yazdı Şuşaya gedən jurnalistlərə, həm cəmiyyətə sərt mesaj ötürdü.

***

Hərə öz tərəfinə çəkir.

***

Sən artıq mifsən! Haqqında o qədər əfsanə var ki...

***

Qadınların küsməyinə yenə bəraət tapmaq olur. Kişilər küsəndə naəlac qalırsan :)

***

Mən münsif deyiləm.

***

Hərdən ömürdə qısa fasilələr olur.

***

Ombudsmanın son təbriki...

***

Adam kimi getmək olardı...

***

İtirdiklərimiz o qədərdi ki... Xiffət yetməz hamısına...

***

Nüfuzuna xələl dəyməyənlər, çəkisi azalmayanlar, sanbalını itirməyənlər var.

***

"Qanun" nəşriyyatına hər gediş Şahbaz Xuduoğlunun kitablar hədiyyə etməsiylə yekunlaşır. Bu dəfə yeni işıq üzü görmüş kitablarla geri döndüm. Oxumalı kitablardır. Siz yolunuzu "Qanun"dan "Əli & Nino"dan salın. Məmnun qalacaqsınız!..

***

Kamil Həmzəoğlu, ekstrasenslərin qəzəbinə gələcəksən...Az öncəgörməlik et... :)

***

Etinasızlıq yaxşı keyfiyyətdirmi?! Müdriklikdir, ya naqislik?!.

***

Duza gedənlər...

***

Sadəlövh olmaq, yoxsa özünü sadəlövh yerinə qoymaq?..

***

Təkmilləşmə elə sürətlə gedir ki, adamlar baxa-baxa qalır...

***

İnsan beyni bu sürətə tap gətirməyəcək...

***

Tut qurusu, ət qaxacı, kəklikotu arağı...

***

Hələ ki Ezop dilində danışırıq...

***

"Müsəlman alimlərinin elm texnologiyanın inkişafına töhfələri" mövzusunda beynəlxalq konfransda Akademiyanın müxbir üzvü, dəyərli filosof-alim, Könül xanım Bünyadzadə ilə yanaşı oturduq. Könül xanımın fəlsəfi yazıları "525"də tez-tez çap olunur, həmişə maraqla qarşılanır. Mənə hədiyyə etdiyi, Şərqin yaradıcı filosof qadınlarından bəhs edən "Eşqin hikməti" kitabını da şövqlə oxuyuram.

***

"Qadına şiddətə son". Belə bir lazımlı tədbirə gəldim.

***

Qadının uzun çıxışı kişiyə şiddətdir, yoxsa yox?! :)

***

Naxçıvan qonaqpərvərliyi...

***

Naxçıvan Dövlət Universitetinin tələbələri üçün kitab imzaladım...

Maraqlı fəal gənclər idi. Xoş oldu.

***

Şahbuzda, qarın bir addımlığında Batabatda, qarın tən ortasında :)

***

"Buna da şükür" "inşallah". Mentalitet xarakterimizin ən qabarıq təcəssümləri...

***

Baxırsan hər şey yerindədir, amma soyuqdur. Ruh yoxdur, sevgi yoxdur!..

***

Xarici TV-lərdə ən çox maaşı canlı efir aparacıları alır. Ta qədər alırlar, onu deməzlər...

***

Utanıb yerə girəcəklər ki?!.

***

Şəkilləri çevirib vərəqləməklə sona yaxınlaşır ömür...

***

Gecənin yarısı ayılıb "Badamlı" başına çəkmək Ənvər Məmmədxanlının sözlərini xatırlamaq...

***

Birinci, telefon nömrəsini dəyişməli...

***

Markın xasiyyəti kriteriyaları sərtdir; bir profili "blok" etdinsə, yenidən onunla dostlaşmaq imkanına maneələr yaradır. Deyir, bir düşün.

***

33, 45...  - heç biri 40 dərəcənin yerini verməz! Yaşasın kəşf edən Mendeleyev!..

***

Palanı döyəcləmək...

***

Rəhman Badalov İçərişəhərlə bağlı kədərli status yazmışdı... Vaqif Səmədoğlunun şeirini xatırladım...

Əyrin-üyrün,

dar küçələrin,

gündüzlər

otaqlarındakı bəyaz gecələrin,

damlarının yastısı,

içinin astası

küçələrini

dolanan addımların

həmişə tənha səsi.

Gecələrinin

dünyada itən tarix tikəsi.

İçindən

Bayır şəhərə,

Böyür şəhərə,

Böyük şəhərə çıxan təəccübüm,

oğrularından qorxan cibim,

ölüm ayağındadır indi

Biçarə şəhər,

İçəri şəhər...

***

Məşədi İbad - 50-55 yaşlarında qoca bir kişi :)

***

Dilxoşluq eləmək nədir?!

***

Sidneyi tüstü bürüyüb.

***

Dilqəm Əhməd, təbrik edirəm. Sənə çoxlu pul, kolleksiyana yeni-yeni eksponatlar, Binəqədiyə metro, ev lənmək arzulayıram!.. :)

***

Biz deyib yorulmuşuq. İndi siz deyin.

***

Hərə bir səbəbdən izləyir.

***

Göyərçinlər çoxalıb.

***

YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbirə gedirdik. Zeynal Məmmədli ilə rastlaşdıq. Çoxdan görüşmürdük. Vaxtilə Zeynal müəllim Mətbuat Şurası İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakültəsinin müəllimi idi. Tez-tez görüşərdik. Belə bir tədbirdən öncə bu görüşü təsadüf saymaq olmazdı, məncə, burada mistik bir qanunayğunluq var idi.

Tədbirin başlamasına hələ vardı deyə, oturub çay içdik, Vaqif İbrahimoğlunu yada saldıq. Zeynal müəllim Vaqif İbrahimoğlunun "Press-fakt", "Üç nöqtə" qəzetlərindəki yazılarından danışdı, xatirələrini bölüşdü, iti zarafatlarını xatırladı.

Mətbuatla bağlı tədbirlərdə, indi nostalji ilə xatırlanan "Media açarı" mərasimlərində Vaqif müəllim başda olardı. Tədbirləri o ssenariləşdirirdi, fərqli ovqat yaradırdı.

Vaqif İbrahimoğlu çox istedadlı, özü olan, koloritli insan idi. Dərin yumoru, incə ironiyası, sərt sarkazmı vardı. "YUĞ" isə fərqli estetikası olan qeyri-adi bir teatr idi. Yazıçı Kamal Abdullanın pyeslərini tez-tez səhnələşdirərdi. Bir dəfə Kamal müəllim deyir ki, Vaqif, axı, tamaşadan heç başa düşmədim. Yəqin bu sözü sinirə bilmədiyinə görə, Vaqif İbrahimoğlu növbəti dəfə həmin pyesi sözsüz səhnələşdirir. Tamaşaçılar mat qalır. Aktyorlar səhnədə oynayırlar, amma söz, danışıq yoxdur. Pantomim deyil. Bu, Vaqif İbrahimoğlunun qeyri-adiliyi, hoqqası, indi dəbdə olan ifadə ilə desək, kreativliyi idi. Vaqif İbrahimoğlunun qısa həyatı yüzlərlə belə qeyri-adiliklərlə, kreativliklərlə doluydu.

Bir hadisəni isə Anar müəllimdən eşitmişəm - hərdən Vaqif İbrahimoğlunun çoxqatlı yumoruna nümunə kimi danışır.

Ötən əsrin 80-ci illərində Vaqif İbrahimoğlu Musiqili Teatrda baş rejissor işləyirmiş. Aktyorlardan biri dünyasını dəyişib, vida mərasimidir. Mədəniyyət naziri gəlir, baxır, tapşırıqların verir. Mərhumun şəkilinə baxanda irad tutur:

- Böyük şəkil yox idimi?! - soruşur.

- Böyük şəkil var, amma başqa adamın şəkilidir - deyə Vaqif İbrahimoğlu cavab verir.

Nazir donub qalır, heç başa düşmür. Başqa adamın böyük şəkili deməkdir?! Bu cavabdır?! Nazir labirintə düşür, cavab tapa bilmir.

Bəli, Vaqif İbrahimoğlunun dərin ironiya sarkazmını başa düşmək bəzən bir anın, bir günün işi deyildi. Tam qavraya bilmək üçün mütləq gərək müəyyən zaman keçəydi.

Beləcə zaman keçirbiz Vaqif İbrahimoğlunu daha çox dərk etməyə, daha çox anlamağa çalışırıq.

Ruhu şad olsun!..

***

Qafqaz Müsəlmanları İdarəsi "Nəsimi-650: Haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirir. Din xadimlərinin Nəsimiyə yeni gözlə baxması təqdirəlayiqdir, mənalı və düşündürücüdür.

***

Millət vəkilləri tədbirdən yarımçıq getmək istəyirlər. Deyirəm, darıxmayın, hara tələsirsiz, bekar adamlarsız. :)

***

Deyir, seçki barədə düşüncələr ilk dəfə ələyin kəşfindən sonra yaranmağa başladı...

 

Rəşad MƏCİD

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru

 

525-ci qəzet.- 2019.- 7 dekabr.- S.11.