Bakı Slavyan Universitetində Xalq yazıçısı Anarla görüş

 

 

Dünən Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın yaradıcılığına həsr olunmuş "Qələmin əfsunu" adlı tədbir keçirilib.

Tədbirdə təhsil ocağının rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, tanınmış söz-sənət ustaları, ziyalılar, incəsənət xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva görkəmli yazıçının həyat yaradıcılığından danışıb. Qeyd edib ki, Anar xalqımızın qüdrətli söz ustaları Rəsul Rzanın Nigar Rəfibəylinin layiqli yetirməsidir. Böyük həyat məktəbi, zəngin yaradıcılıq yolu keçən Anar Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin inkişafında təbliğində əvəzsiz xidmətlər göstərib. Onun yüksək səviyyəli əsərləri xalqımızın mənəviyyatının zənginləşməsində mədəni inkişafında mühüm rol oynayıb.

Vurğulanıb ki, Anar həm istedadlı rejissor ssenarist kimi tanınır. O, vətənpərvər ziyalı olaraq daim xalqımızın milli maraq mənafelərini müdafiə edib, mürəkkəb çətin vəziyyətlərdə əsl ziyalı vətəndaş mövqeyi ortaya qoyub. Anarın xalqımızın taleyüklü problemlərinə həssas, obyektiv prinsipial münasibət göstərməsi hamımızda böyük razılıq hissi doğurur. O, cəmiyyətimiz üçün əsl ziyalılıq, vətəndaşlıq nümunəsidir.

Qeyd olunub ki, görkəmli yazıçının əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib böyük maraqla qarşılanıb. Anarın əsərləri bu gün böyük maraq həvəslə mütaliə edilir. Universitetimizin kollektivi görkəmli ziyalının çoxşaxəli bədii yaradıcılığını ictimai fəaliyyətini yüksək qiymətləndirir.

Sonra BDU-nun Azərbaycan filologiyası fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tahirə Məmmədin Anarın yaradıcılığı haqqında məruzəsi dinlənilib. O, yazıçının yaradıcılığını hərtərəfli təhlil edib, onun əsərlərində qaldırılan əxlaqi-mənəvi məsələlərin müasir dövrümüzlə səsləşdiyini aktual olduğunu vurğulayıb.

Tədbirdə Anara həsr olunmuş videoçarx nümayiş etdirilib, universitetin tələbələrinin hazırladığı bədii kompozisiya təqdim olunub.

Xalq yazıçısı Anar görüşün təşkilinə görə Bakı Slavyan Universitetinin rəhbərliyinə təşəkkür edib, səslənən xoş fikirlərə görə minnətdarlığını bildirib. O, müasir Azərbaycan dünya ədəbiyyatının problemlərindən söz açaraq maraqlı mövzulara toxunub, tələbə-gənclərə bədii ədəbiyyat oxumağı tövsiyə edib.

Maraqlı müzakirələrlə yadda qalan görüşdə Xalq yazıçısı iştirakçıların suallarını cavablandırıb.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2019.- 7 dekabr.- S.7.