Bir sədanın ardınca yaşananlar...

 

YAZIÇI NOVRUZ NƏCƏFOĞLUNUN YENİ KİTABINDA MÜƏLLİFİN İKİ MARAQLI POVESTİ YER ALIB

 

 

Tanınmış yazıçı Novruz Nəcəfoğlunun povestlərdən ibarət yeni kitabı - "Yuxuya gedib gecə" işıq üzü görüb. Nəşrdə kitaba adı verilən əsərlə birgə " qayadan atılan güllə" kinopovesti dərc edilib.

"Çarəsiz yolçu", "Bir qış gününün xatirəsi", "Keçən cavan çağım ola", "Nağıl Adam" kimi nəsr kitablarının, bir neçə poetik toplunun, həmçinin, çağdaş səfərnamələr sayıla biləcək sanballı nəşrlərin müəllifi olan N.Nəcəfoğlunun bu yeni kitabı "Çağdaş nəsrin ustaları" seriyasından işıq üzü görüb. AYB Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzində nəşrə hazırlanan kitab "XAN" nəşriyyatında çap olunub.

Kitabın ön sözü yazıçı, dramaturq ədəbiyyatşünas Pərvinin qələmindən çıxıb. "Gecənin yuxusu" adını verdiyi məqalədə Pərvin yazır: "Yazıçı-publisist Novruz Nəcəfoğlunun "Yuxuya gedib gecə" povestini oxuyanda ədəbiyyatın ümumiyyətlə sənətin əbədi-əzəli mövzusu, problemləri haqqında düşünməli olursan. Qəribə adam var - Həbib, onun tənhalığı var bu yalqızlığı bölüşdüyü gecə var, bir keçmişin səsləri var. Vəssalam! Həbibin gecədən gecənin söylədiklərindən savayı nəyəsə ümidi yoxdur. Tənhalığını bölüşmək üçün kimsəyə üz tutmur, bircə dostunu, yaxınını, qohumunu, əzizini belə axtarmır. Əlac o qırıq-kəsik, xaotik xatirələrin, yada düşən səslərin arasından həqiqəti tapmaq ona tapınmaqdır. Görünür, maraqlı qeyri-adi olan da elə budur. Oxucu suallar qarşısında çaşıb qalır: Niyə, üçün təkdir Həbib? istəyir, axtarır, niyə kimsəsizdir o?

Sualların cavabı ayrı-ayrı bölümlərdə gizlidir, onları açmaq, anlamaq öz qənaətini çıxarmaq oxucuya qalır...

Mənimsə qənaətim budur ki, "Yuxuya gedib gecə" Həbibin timsalında ən qədim insandan üzübəri, statusundan, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hər bir adamın əndişələrini, narahatlıqlarını ifadə edir. Dünyaya tək gələn insanın tənhalıq qorxusu bununla mübarizəsi həm qəribədi, həm gözlənilən. Bu əsərdə isə müəllifin uğuru iki zamanı birləşdirə bilməsidir - KEÇMİŞ zamanı GECƏ zamanını".

Ön söz müəllifinin fikrincə, Novruz Nəcəfoğlunun yaradıcılığında ictimai problemlərin əksi vacib məqamlardan biridir. "Yuxuya gedib gecə"də itirilmiş torpaqların acısı qrafik şəkildə, simvolik olaraq verilirsə, kitaba daxil edilmiş digər əsərdə - " qayadan atılan güllə" hekayəsində bu, əsas mövzudur: "...Mənə görə ən vacib olan böyük bəlanın, ağrının, itkinin bir ailənin, bir insanın taleyi vasitəsiylə çatdırılmasıdır. Yazıçının "Yollar uzanan gün" " qayadan atılan güllə" əsərləri əsasında rejissor Ceyhun Şüküroğlunun çəkdiyi film bu mənada təsirlidir. Müəllif bayağılaşan zəmanə, insanların yadlaşması, bir-birini duymaması bütün bu dəyişən dünyanın içində köhnənin adamı olan Rəhmanın yalqızlığını  göstərir. Bəlkə elə bu yalqızlıq da onu Həbiblə doğmalaşdırır, yaxınlaşdırır, eyni ərazinin, yaxud elə birbaşa desək, Novruz Nəcəfoğlu kitablarının qəhrəmanına çevirir. " qayadan atılan güllə"nin ötürdüyü mesaj odur ki, müharibə bitsə , o ağrılar keçməyib. Qarabağ qayıtmasa, keçməyəcək də".

Novruz Nəcəfoğlunun yazıçı şəxsiyyəti və yaradıcılığı haqqında bir sıra tanınmış elm və ədəbiyyat xadimləri yaddaqalan fikirlər bildiriblər. Akademik İsa Həbibbəylinin onunla bağlı düşüncələri dəqiqliyi və sərrastlığı ilə xüsusən diqqət çəkir: "Novruz Nəcəfoğlu müstəqillik dövrü Azərbaycan bədii nəsrinin və bədii publisistikasının tanınmış, qəbul olunan nümayəndələrindəndir. Yaradıcılığındakı həyata və insana yaxınlıq, əsərlərindəki həyat nəfəsi və torpağa bağlılıq, təbiilik və sadəlik onun fərdi ədəbi simasını səciyyələndirir".

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 11 dekabr.- S.22.