"Kreativ Azərbaycan" portalı təqdim edilib

 

 

Dekabrın 9-da Bakı Konqres Mərkəzində "Kreativ Azərbaycan" portalının (kreativ.az) təqdimatı "Yaradıcı sənayelər: dayanıqlı inkişaf məşğulluq üçün yeni imkanlar" mövzusunda nazirlər panel müzakirəsi keçirilib.

Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq son illər ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlardan danışıb. Nazir mövzu üzrə panel iclasa qatılan həmkarlarına yaradıcı təşkilatların nümayəndələrinə belə bir vacib təqdimatda iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, son 10 ildə dünyada yaradıcı sənaye anlayışı geniş populyarlıq qazanıb. Sənayenin bu sahəsi insanların cəmiyyətin inkişafına dəyərli töhfələr verməyinə şərait yaradır. "Azərbaycan da, təbii ki, bu sahədəki tendensiyalardan kənarda qala bilməz. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı islahatların daha sürətlə davam etdirilməsinin zəruriliyini, eləcə yaradıcı iqtisadiyyat kontekstində yaradıcı sənayelərin milli iqtisadiyyatda vacib rola malik olduğunu perspektiv imkanlar açdığını nəzərə alaraq, bu sənaye sahələrinin inkişafı yaradıcılıq proseslərinin iqtisadi sosial təsirlərinin artırılması istiqamətində Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir. Bu prosesin arxasında xalqın yaradıcı potensialı, xalqın Vətənə məhəbbəti xalqla dövlətin vəhdəti dayanır. Bütün bu amillər artıq Azərbaycanda da yaradıcı sənayenin formalaşdırılmasına, onun təkmilləşdirilməsinə ehtiyac olduğunu sübut edir", - deyə nazir vurğulayıb.

Qeyd olunub ki, hazırda Azərbaycanda yaradıcı sənaye vahid idarəetmə təchizat kimi hələ cəmiyyət tərəfindən tam qəbul olunmayıb: "Bu sahəyə yeni təfəkkür gətirmək, təkan vermək vacibdir. Bugünkü tədbirin əsas məqsədlərindən biri bundan ibarətdir. 2021-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Yaradıcı sənayelər davamlı inkişaf naminə ili" kimi qəbul olunub. Eyni zamanda, bu il Bakı şəhəri UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilib. Paytaxtımız dizayn sahəsi üzrə yaradıcı şəhər adını uzun müddət daşıyaraq öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalı, daha mütərəqqi ideyalarla çıxış etməliyik. Bu işdə həm dövlət orqanları, həm sənaye nümayəndələri, həm vətəndaşlar fəal iştirak etməlidirlər. Hesab edirəm ki, bugünkü görüş böyük bir tapşırığın yerinə yetirilməsinin ilk addımıdır. Bu günlərdə Mədəniyyət Nazirliyində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Katibliyinin nümayəndələri ilə görüş keçirilib, müzakirələr aparılıb. Düşünürəm ki, artıq yaradıcı sənaye sahəsində sistemli işlərə bu gündən start verilir".

Daha sonra yaradıcı sənaye ilə bağlı videotəqdimat diqqətə çatdırılıb.

Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə "Yaradıcı sənayelər: qlobal trendlər yerli imkanlar" mövzusunda çıxış edib. Qeyd olunub ki, Azərbaycan xalqının tarixi mədəniyyətinin dünya miqyasında tanıdılması uğurla həyata keçirilir. Aparılan düşünülmüş sistemli siyasət nəticəsində Azərbaycanın üç tarixi abidəsi-məkanı UNESKO tərəfindən dünya irsi elan edilib. 13 qeyri-maddi mədəni irs nümunəmiz isə UNESKO-nun müxtəlif siyahılarında yer alıb. Bakı Şəki şəhərlərinin yaradıcı şəhər elan edilməsi bu qəbildəndir.

Şöbə müdiri bildirib ki, 2008-ci ildə Prezident İlham Əliyevin irəli sürdüyü mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi" təşəbbüsü BMT tərəfindən dünyanın ən vacib qlobal platforması elan edilib: "Bakı Prosesi" təkcə mədəniyyətlər dinlərarası dialoq deyil, eyni zamanda, dünyada inkişaf təcrübələrin mübadiləsi üçün bir qlobal platformadır. Bu gün biz yaradıcı sənayenin bir çox parametrlərinə toxunacağıq. Məlumdur ki, hazırda dünyada zəka, intellekt yarışı gedir. Bu əsr IV sənaye inqilabı kimi qiymətləndirilir. Bu inqilabın ən vacib elementlərindən biri ondan ibarətdir ki, insanların biri-birinə olan münasibəti, daha doğrusu, əməyə olan münasibəti tamamilə dəyişib. Bu kontekstdə yaradıcılıq ən üstün qabiliyyət kimi bu inqilabın vacib elementi kimi önə çıxıb".

Vasif Eyvazzadə daha sonra dünya miqyasında yaradıcı sənayenin artım dinamikası ilə bağlı rəqəmləri təqdim edib. Dünya üzrə 7,3 faiz göstəricisi olan yaradıcı sənaye ÜDM-in 6,1 faizini əhatə edir 4,3 trilyon ABŞ dolları məbləğindədir. Bu rəqəmin 2,5 trilyon dolları tam olaraq gəliri təşkil edir.

"Kreativ Azərbaycan" portalı haqqında məlumat verən Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov bildirib ki, portal Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat maarifləndirmə işlərinin aparılması üçün yaradılıb. Portal üzərində iki il aparılıb 15 ölkənin təcrübəsi öyrənilib. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər s. haqqında məlumatlar əks olunub. Həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək verəcək nüanslar nəzər alınıb.

Bildirilib ki, portalın yaradılmasında məqsəd həm Azərbaycanın yaradıcılıq məhsullarının "Kreativ Azərbaycan" brendi altında təşviqidir. Sektor müdiri portalın bölmələri haqqında ətraflı məlumat verib, burada hər bir sahənin, yaradıcı sənayenin müxtəlif şəbəkələrinin, özəl dövlət qurumları ilə birbaşa əlaqələrinin əhatə olunduğunu deyib.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanın bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlanmış inkişaf üçün bütün imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçdiyini, cəmiyyət həyatının bütün sahələrini əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, islahatçı ölkələrin avanqardına daxil olan Azərbaycan "Doing Business - 2020" hesabatında islahatçı 20 ölkə sırasına daxil edilib. Sədr əqli mülkiyyətin rolu, kreativ sənaye ilə əqli mülkiyyətin fərqi, bu sahələrin idarə edilməsi haqqında söz açıb.

Yaradıcı sənayenin fəlsəfi kateqoriyasının səlis anlayışa malik olmadığını diqqətə çatdıran Kamran İmanov müəlliflik hüququnun yaradıcı əməyin nəticəsi kimi anlamının hüquqi tərəflərinin kateqoriyaları haqqında məlumat verib.

Təqdimat mərasiminin ardından "Yaradıcı sənayelər: dayanıqlı inkişaf məşğulluq üçün yeni imkanlar" mövzusunda panel sessiyası keçirilib. Sessiyada Azərbaycanda yaradıcı sənayenin inkişafı məsələləri ilə bağlı fikirlər səsləndirilib.

Təhsil naziri Ceyhun Bayramov diqqətə çatdırıb ki, ali peşə təhsili müəssisələri yaradıcı sənaye sahəsində daha fəal olmalıdır.

Əmək Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda bu sahədə imkanların genişliyindən söz açıb, yaradıcı sənayenin inkişafına dəstək verməyə hazır olduqlarını bildirib: "Biz yaradıcı sənaye ilə məşğul olan insanların hüquqlarının qorunmasına dəstək verəcəyik. Yaradıcı sənayenin əlilliyi olan şəxslər üçün potensialı böyükdür".

Sahil Babayev əlillərdən ibarət olan teatr truppasının yaradılmasını alqışlayaraq yaradıcı sənayenin inkişafı ilə bağlı atılan bu təşəbbüsü yüksək dəyərləndirib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova yaradıcı sənaye sahəsində yeni modelə keçid iqtisadiyyatın bu sahə üzrə təkmilləşməsinin vacibliyini diqqətə çatdırıb.

Dövlət Şəhərsalma Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev yaradıcı şəhərlər statusunun dünya təcrübəsində mövzusunda fikirlərini bölüşüb. O, Azərbaycanda bu sahədə aparılan işlər, Mədəniyyət Nazirliyinin komitəyə təklifləri görüləcək işlərlə bağlı məlumat verib.

Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev yaradıcı sənayenin inkişafının müasir texnoloji yeniliklərsiz ötüşmədiyini nazirliyin bu sahədə həyata keçirdiyi layihələrdən danışıb.

"British Council" təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Samr Şah vurğulayıb ki, təşkilatın məqsədi incəsənət vasitəsilə beynəlxalq anlaşma yaratmaqdır. Buna görə yaradıcı sənaye "British Council" üçün əsas fəaliyyət sahəsi hesab olunur: "Bizim missiyamız incəsənət vasitəsilə bir araya gəlməyin bir-birimizi başa düşməyin yeni yollarını axtarmaqdır.

Panel sessiya iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 11 dekabr.- S.13.