Neapolda "Nəsimi poeziyası"
kitabının təqdimat mərasimi keçirilib
Dahi mütəfəkkir şair
İmadəddin Nəsimin
anadan olmasının
650 illiyi münasibətilə
Prezident İlham Əliyev tərəfindən
2019-cu ilin "Nəsimi
ili" elan olunması ilə əlaqədar İtaliyada
təşkil edilmiş
"Nəsimi günləri"
çərçivəsində Neapol Şərqşünaslıq
Universitetində italyan
dilinə tərcümə
edilmiş "Nəsimi
poeziyası" kitabının
təqdimat mərasimi
keçirilib.
Tədbir Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun, Azərbaycanın İtaliyadakı
səfirliyinin, Neapol Şərqşünaslıq Universitetinin
və İtaliyanın
"Sandro Teti" nəşriyyat evinin birgə təşkilatçılığı
ilə reallaşıb. Tədbirdə Neapol Şərqşünaslıq
Universitetinin müəllim-tələbə
heyəti, şəhərin
elm və mədəniyyət
dairələrinin nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan universitetin prorektoru,
professor Rita Librandi dahi
Nəsimi yaradıcılığı
haqqında danışaraq,
onun Azərbaycanın
hüdudlarından kənarda,
ümumilikdə Şərq
xalqlarının ictimai-bədii
fikrinin inkişafında
əvəzsiz xidmətləri
olduğunu vurğulayıb.
Azərbaycanın İtaliyadakı səfiri
Məmməd Əhmədzadə
dünya poeziyasının
kamil nümunələri
sırasında xüsusi
yer tutan dahi mütəfəkkir Nəsiminin yaradıcılığına
həsr olunmuş bu təqdimatın təşkilinə görə
universitet rəhbərliyinə
təşəkkürünü bildirib, bu kimi
tədbirlərin keçirilməsinin
akademik sahədə münasibətlərin genişləndirilməsinə
xidmət göstərdiyini
vurğulayıb. O, kitabın ərsəyə gəlməsində
mühüm rolu olan Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun dəstəyi və "Sandro Teti" nəşriyyat evinin töhfəsi ilə son illərdə İtaliyada həyata keçirilən layihələrdən
bəhs edərək onların Azərbaycan mədəniyyəti irsinin
öyrənilməsi və
beynəlxalq səviyyədə
təşviq edilməsi
nöqteyi-nəzərindən əhəmiyyət kəsb
etdiyini qeyd edib. Diplomat Nəsiminin Azərbaycan ədəbi dilinin inkişafı və ədəbiyyatımızdakı
önəmli rolu, eləcə də bu il dahi şairin anadan olmasının 650 illiyi çərçivəsində
İtaliyada keçirilən
Nəsimi günləri
barədə danışıb.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə çıxışında
Türk dünyasının
ayrılmaz hissəsi olan Azərbaycanın dünya mədəniyyətinə,
incəsənətinə bəxş
etdiyi dahi şəxsiyyətlər arasında
xüsusi yer tutan Nəsimi yaradıcılığının əvəzsiz rolundan bəhs edib. Rəhbərlik
etdiyi Fondun əsas məqsədinin türk mədəniyyəti
irsinin qorunması, öyrənilməsi və
beynəlxalq səviyyədə
tanıdılmasından ibarət
olduğunu bildirən
G.Əfəndiyeva "Nəsimi
ili" çərçivəsində
Fondun gördüyü
işlərdən və
gələcək layihələrdən
danışıb. Çıxışında
"Nəsimi poeziyası"
kitabının əhəmiyyətindən
bəhs edən G.Əfəndiyeva sözügedən
əsərlər toplusunun
Türk dünyasının
zəngin mədəni
irsinin təbliği ilə yanaşı, italyan oxuculara dahi şairin yaradıcılığı ilə
daha yaxından tanış olmaq imkanı yaratdığını bildirib.
Tədbirdə çıxış edən Neapol Şərqşünaslıq Universitetinin
Asiya, Afrika və Aralıq Dənizi kafedrasının
direktoru, professor Mikele
Bernardini mövzu-ideya
dolğunluğu, bədii
mükəmməlliyi ilə
seçilən şairin
zəngin irsi barədə tədbir iştirakçılarına ətraflı
məlumat verib.
"Sandro Teti"
nəşriyyat evinin rəhbəri Sandro Teti Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun dəstəyi ilə rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən dərc olunmuş 100-dən
çox qəzəl və rübaidən ibarət əsərlər
toplusunun Nəsimi yaradıcılığının İtaliyada tanıdılmasında
mühüm rolu olacağını diqqətə
çatdırıb. O, çıxışında
Azərbaycan haqqında
nəşr olunmuş
çoxsaylı kitablar,
o cümlədən, azərbaycanlı
müəlliflər tərəfindən
italyan dilinə tərcümə edilmiş
əsərlərin İtaliyada
Azərbaycanın tanıdılması
işinə böyük
töhfə verdiyini söyləyib.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu tərəfindən hazırlanmış
və Nəsiminin həyat və yaradıcılığından bəhs edən "Əbədi eşq günəsi" adlı sənədli film nümayiş
olunub.
Tədbir Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra əsərlərin
bədii-musiqili kompozisiya
formasında təqdimatı
ilə davam etdirilib.
Qeyd edək ki,
Neapoldan başlayan
"Nəsimi günləri" növbəti günlərdə
Roma və Venesiya
şəhərlərində davam etdiriləcək.
525-ci qəzet.- 2019.- 11 dekabr.- S.11.