Kitabxanalarda informasiya mədəniyyətinin formalaşmasına dair ilk monoqrafik əsər

 

 

Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevanın "Mədəni-tarixi dəyərlər sistemində informasiya mədəniyyəti kitabxanalar" adlı kitabı işıq üzü görüb.

İlk dəfə olaraq cəmiyyətdə informasiya mədəniyyətinin formalaşdırılmasında, cəmiyyətin maariflənməsində xüsusi əhəmiyyət kəsb edən kitabxanaların iştirakı əvəzsiz xidmətləri araşdırılan, "Müasir elmi ədəbiyyat" seriyası ilə nəşr edilmiş monoqrafiyanın elmi məsləhətçiləri tarix üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin fəxri professoru Abuzər Xələfov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi redaktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, rəyçi Rusiya EA Dövlət Kütləvi Elmi-Texniki Kitabxanasının aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru, professor İrina Lizunovadır.

Qeyd etmək lazımdır ki, informasiya mədəniyyətinin formalaşdırılması problemi bugünkü Azərbaycan cəmiyyətində çox aktual məsələ olduğu üçün bu problem müxtəlif sahələrin mütəxəssisləri tərəfindən tədqiq edilib. Lakin cəmiyyətdə informasiya mədəniyyətinin formalaşdırılmasında kitabxanaların iştirakı ilk dəfə bu monoqrafiyada araşdırılmış, cəmiyyətin maariflənməsində böyük əhəmiyyət kəsb edən kitabxanaların bu prosesdə əvəzsiz xidmətləri tarixi aspektdə tədqiq olunub. Müəllif qarşısına qoyduğu əsas məqsədə nail olub, Azərbaycanda informasiya mədəniyyəti anlayışının yaranması formalaşmasından başlayaraq onun müasir informasiyalaşdırılmış cəmiyyətdə yeni inkişaf mərhələlərinə qədər keçdiyi tarixi inkişaf yolunu müəyyənləşdirib, cəmiyyət üzvlərinin informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların rolunu əhəmiyyətini, bu istiqamətdə kitabxanaların fəaliyyətində baş verən inkişaf meyllərini, yeni üsullarını ümumiləşdirib, bu sahədə qazanılmış uğurları mövcud problemləri aşkara çıxarmış, problemlərin həlli yollarını araşdırıb.

Monoqrafiya ilə ilkin tanışlıq onu deməyə əsas verir ki, müəllif bir çox mənbələrə müraciət edib, araşdırılan məsələləri müfəssəl tədqiq etmək məqsədilə Azərbaycan, rus ingilis dillərində 127 adda zəngin elmi ədəbiyyatlardan bəhrələnmiş, əldə etdiyi elmi nəticələri bir neçə bölmə yarımbölmələrdə təqdim edib.

"İnformasiya mədəniyyəti onun formalaşdırılması" adlı bölmədə mədəni-tarixi dəyərlər sistemində informasiya azadlığı informasiya təhlükəsizliyi məsələlərindən bəhs edilmiş, informasiya mədəniyyəti anlayışının məzmunu mahiyyəti, beynəlxalq müstəvidə şərhi tarixi aspektdə təhlil edilib ümumiləşdirilmiş, informasiya mədəniyyətinin əsas komponentləri şəxsiyyətin informasiya mədəniyyətinin yüksəlməsinə təsir edən başlıca amillər tədqiq edilmişdir. İnformasiya mədəniyyətinin tarixən cəmiyyətdə mövcud olmuş primitiv formadan informasiya inqilabları nəticəsində bu günə kimi keçdiyi müəyyən tarixi mərhələlər araşdırılmışdır. Kitabda diqqəti cəlb edən məsələlərdən biri ilk dəfə olaraq informasiya mədəniyyəti ilə yanaşı, bu gün aktuallıq kəsb edən "Rəqəmsal savadlılıq", "İnternet savadlılığı", "Media savadlılıq", "Şəbəkə savadlılığı" kimi bir sıra anlayışların da dünya alimlərinin yanaşmalarına əsaslanaraq şərh edilməsidir. Burada bir sıra ölkələrdə cəmiyyət üzvlərinin maariflənməsinə, informasiyanı düzgün qiymətləndirərək ondan etik şəkildə istifadə etməsinə xidmət edən müxtəlif informasiya mədəniyyəti modelləri barədə ətraflı məlumatlar ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilmişdir. Haqlı olaraq tədqiqatçı informasiya mədəniyyətinin formalaşması inkişafının orta ali məktəblərdə xüsusilə faydalı zəruri olduğunu düşünərək "Böyük 6-lar", "SCONUL-İnformasiya savadlılığının 7 sütunu", "Güclü 8-lik" kimi beynəlxalq modelləri müfəssəl şərh edib.

Monoqrafiyanın ikinci bölməsi "Azərbaycan kitabxanalarında informasiya mədəniyyətinin formalaşdırılmasının müasir vəziyyəti perspektivlər" adlanır burada Azərbaycan kitabxanalarında informasiya mədəniyyətinin formalaşdırılmasının müasir vəziyyəti perspektivləri istiqamətində qiymətli elmi təhlillər aparılıb, kitabxanalar informasiya mədəniyyətinin formalaşmasının tarixi mərhələlərində əsas vasitə kimi araşdırılıb.

Zənnimcə, monoqrafiyanın ən mühüm məziyyətlərindən biri Azərbaycan kitabxanalarında informasiya mədəniyyətinin formalaşdırılması vəziyyətini hərtərəfli araşdırmaq məqsədilə respublikanın mühüm kitabxanalarından olan Azərbaycan Milli Kitabxanası, AMEA-nın Mərkəzi Elmi kitabxanası, BDU-nun Elmi kitabxanası, "ADA" Universiteti kitabxanası eləcə bir çox region: Gəncə, Şirvan, Mingəçevir, Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Ağdaş, Göyçay, Ağsu, Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əsas tədqiqat obyekti kimi seçilməsi əldə edilmiş elmi nəticələrin regionlardan mərkəzə doğru prinsipi ilə əhali arasında informasiya rəqəmsal bərabərsizliyin aradan qaldırılmasına xidmət etməsidir.

Tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva Azərbaycan cəmiyyətində oxucuların informasiya mədəniyyətinin səviyyəsini öyrənmək, onların bugünkü informasiya tələbatının ödənilməsində gələcək elmi fəaliyyətində kitabxanaların bir elm, informasiya mədəniyyət müəssisəsi kimi necə vasitəçilik etdiyini müəyyənləşdirmək araşdırdığı sahə üzrə real nəticələr əldə etmək üçün sosioloji tədqiqat metodundan istifadə etmişdir. Monoqrafiyada Azərbaycan Milli Kitabxanasının müxtəlif tərkibli oxucuları arasında keçirilmiş anket sorğusunun nəticələri hərtərəfli təhlil edilərək 3 illik zaman çərçivəsində diaqramlarla əks etdirilmişdir. Diaqramlardan da aydın müşahidə etmək olur ki, hər növbəti il əhalinin informasiya mədəniyyəti üzrə maariflənmə səviyyəsi nisbətən yüksəlmiş kitabxana etikası, sənədlərlə informasiya axtarış sistemləri ilə, elektron verilənlər bazası elektron resurslarla işləmək bacarıqları qismən inkişaf etmişdir.

Müəllif oxucuların informasiya mədəniyyəti vərdişlərini daha da inkişaf etdirmək üçün bu istiqamətdə kitabxanaların qarşısında duran əsas vəzifələrə diqqəti yönəltmişdir. Təqdirəlayiq haldır ki, bu vəzifələrin həlli istiqamətində irəli sürülmüş təkliflər dünya kitabxanalarının fəaliyyətinə əsaslanmaqla Malayziya, Rusiya, Türkiyə, Özbəkistan Milli Kitabxanalarının qabaqcıl təcrübəsinə uyğun şəkildə müəyyən edilmişdir.

Sonda tədqiqatın yekunu olaraq əldə edilən əsas elmi-nəzəri təcrübi nəticələr göstərilmiş, informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların daha fəal iştirakına roluna dair tövsiyələr verilmişdir. Burada vahid informasiya mədəniyyəti konsepsiyasının yaradılması, kitabxanaçıların informasiya mədəniyyətinin formalaşdırılması, reklam fəaliyyəti, PR üzrə ayrıca şöbənin ya struktur bölmənin təşkili, kitabxanalarda informasiya mədəniyyəti məsələlərinə dair milli resursların hazırlanması s. üzrə təkliflər təqdim edilmişdir. Eyni zamanda, xaricidilli oxucular üçün kitabın rus ingilis dillərində xülasəsi sonda təqdim edilmişdir.

Belə dəyərli elmi tədqiqat əsərini AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun Azərbaycan elminə, kitabxana işinin inkişafına, eləcə milli kitabxana-informasiya resurs bazasına növbəti çox mühüm dəyərli töhfəsi hesab etmək olar. Ümidvarıq ki, "Mədəni-tarixi dəyərlər sistemində informasiya mədəniyyəti kitabxanalar" adlı monoqrafiya kitabxanaların informasiya mədəniyyəti probleminin öyrənilməsi istiqamətində ilk elmi tədqiqat işi kimi bu sahədə yeni-yeni elmi tədqiqatlara da yol açacaqdır.

 

Nadir İsmayılov

BDU-nun kafedra müdiri

 

525-ci qəzet.- 2019.- 13 dekabr.- S.8.