"Gözqamaşdırıcı
zülmət"dəki suallar
1956-cı ildə İngiltərədə
bir yazarlar konfransı təşkil edilmişdi. Konfransda ingilis şair
Stefen Spender, filosof
Jan-Pol Sartrdan kommunist rejim tərəfindən haqsız
yerə mühakimə
edilib həbs olunsa necə davranacağını soruşur;
dostlarının azad edilməsi üçün
kommunizmin mövcud etibarını zədələyərək
gələcəyini təhlükəyə
atacaq kampaniyaya başlayacaq, yoxsa siyasi rejimin rifahı üçün
başına gələnləri
və gələcəkləri
qəbul edəcək?
Sartr düşünüb
kampaniyanı rədd edəcəyini, yaşadıqlarıyla
barışacağını demişdi, amma bu cavab Spenderi
razı salmamışdı. O, cavabı
bu cür gördüyünü demişdi:
"Məncə, bu zaman atılacaq ən doğru addım günahsız yerə həbs edilən insanın tərəfini saxlamaqdır".
Bu cavab isə Sartrı qane etməmişdi: "Amma məncə, müasir dünyada tək bir insana qarşı
edilən haqsızlıq
o qədər də əhəmiyyətli deyil".
Spenderin və Sartrın ətrafında müzakirə
apardığı bu düşüncə macarıstanlı
yazar və jurnalist Artur Kostlerin "Gözqamaşdırıcı
zülmət" kitabındakı
hadisələri xatırladır. Bu roman ilk dəfə 1940-cı ildə
ingiliscə, 1946-cı ildə
də fransızca çap edilib. Lakin çap olunana qədər romanın alman dilində olan ilk əlyazması
"Rubaşov" itir.
Yaxşı ki, "Günorta
çağı zülmət"
adlı ingiliscəyə
tərcümə edilmiş
variant hazır idi və elə bu nüsxə də dərc edilir.
Romandakı hadisələr SSRİ-də başlanmış repressiyalar zamanı 1938-ci
ildə edam edilən SSRİ Elmlər
Akademiyasının üzvü
Nikolay Buxarinin faciəsindən yola çıxır. Kostler, Buxarin
hadisəsinə istinad
edərək, partiyaya
son nəfəsinə qədər
sadiq qalan, dövlətin rifahı üçün saxta izahatlara imza atmaqdan belə çəkinməyərək könüllü
şəkildə ölümə
gedən insanın obrazını yaradır.
Lakin reallıqda Buxarin öz iradəsi ilə deyil, məcburi sürətdə
izahatları imzalamışdı.
Buna baxmayaraq, Artur Kostler intellektuallara üzərində mübahisə
apara biləcəkləri
mövzu verir: “Bir insan ideologiyasını
müdafiə etmək
üçün nələr
edə və nələrindən keçə
bilər?" Kostler "Yoqi
və komisar" adlı əsərində
də ortaya oxşar sualı atır və uzaqdakı ideal naminə hər şey etməyə hazır olan Komissar obrazı
ilə mövcud reallığa və həqiqətə bağlı
olan "Yoqi" xarakterini müqayisə edir.
Məşhur fransız filosof Merlo Ponti, Kostlerin bu əsərinə və hər kəsə ünvanladığı
suala iki hissəli "Yoqi və proletar" adlı tənqidi yazısı ilə cavab verir. O, Kostlerə
qarşı çıxmaq
üçün "nə
deməli" kimi bilinən ritorik qəlibdən istifadə edir: “Tutaq ki,
SSRİ-də problemlər
var idi, bəs Qərbin bundan sui-istifadə etməsinə nə deməli?"
Kostler, Pontinin
bu tənqidi qarşısında özünü
görməməzliyə vursa
da, dostu Alber Kamü çox əsəbləşir. Fransız yazar,
intellektual, ekzistensialist
filosof və Jan-Pol Sartrın sevgilisi Simona de Bovuarın xatirələrində
yazdığına görə,
bir dəfə cazmen Boris Vianın evində verilən ziyafətə dəvətsiz
təşrif buyuran Kamü, əsəbi şəkildə içəri
girmiş, Merlo Pontiyə
təhqirlər yağdırmış
və gəldiyi sürətlə də çıxıb getmişdi.
Sartr da məclisi tərk edib Kamünün ardınca getmişdi. Bu hadisə qarşılıqlı
ittihamlar və küskünlüklə nəticələndi.
Hətta
Sartr və Kamü Kostlerin bu əsərindən qaynaqlanan problemə görə bir müddət küsülü
qalmışdı.
Sartr, Bovuar, Kamü və Kostler arasında bir zamanlar möhkəm dostluq əlaqələri vardı. Sərxoş olana qədər
içdikləri gecələrdə
ehtirasla siyasi müzakirələr aparırdılar.
1946-cı ildə bu cür gecələrin
birində rus mühacirlərin kafesində
dostluq və siyasi sədaqət mövzusu haqqında söhbət edilirdi.
Ortada cavabı axtarılan belə bir sual var
idi: "Siyasi baxışlarınız fərqli
olan bir insanla dostluq etmək mümkündürmü?"
Kamü bu suala "hə" desə də, Kostler bunun mümkünsüzlüyünü
vurğulayırdı. İçkinin təsirindən kövrələn
Bovuar da Kamü ilə eyni fikirdə idi. O, təxmini olaraq belə cavab vermişdi: "Bəli, mümkündür,
hətta biz bunun sübutuyuq və aramızdakı fikir ayrılıqlarına baxmayaraq,
birlikdə olduğumuz
üçün xoşbəxtik".
Simona de Bovuarın bu fikri onları məmnun etmiş və suala verilən
ən yaxşı cavab kimi qəbul
edilmişdi.
Dostluq və siyasi sədaqət mövzusu 1947-ci ildə içki məclisində yenidən açıldı, amma söhbətin sonu bu dəfə keçən dəfəki kimi yaxşı nəticələnmədi. Kostler, xanımı ilə münasibətdə olduğunu bəhanə edərək Sartra hücum etdi. Bu hadisə onların dostluğunun qırılma nöqtəsi oldu. Kamü Kostleri sakitləşdirməyə çalışsa da, cavabında yumruq zərbəsi almışdı.
Bu qalmaqalın sonunda Sartr və Bovuar artıq Kostlerlə həmfikir idi: Siyasi baxışları fərqli olan insanlar dost ola bilməzdi. Sartr buna gülürdü: "Necə olur ki, fərqli fikirlərə sahib insanlar birlikdə film izləməyə gedir?" Stefen Spenderin yazdığına görə, Kostler 1950-ci ildə Sartra və Simona de Bovuara barışmağı, keçmişdəki dostluq əlaqələrini bərpa etmə təklif etsə də, onlar buna razı olmamışdı: "İllər əvvəl verdiyin sualın cavabı əslində, "yox" idi.
"Gözqamaşdırıcı
zülmət" romanının SSRİ-də baş verən hadisələri,
repressiyaları necə dilə gətirdiyini,
reallığı nə qədər əks etdirdiyini
demək çətin olsa da,
bir şeyi çox yaxşı bilirik
ki, bu kitab
beş intellektualın dostluğunu
parçaladı və Artur Kostler öz cəbhəsində
tək qaldı.
Taleh
EMİNOĞLU
525-ci qəzet.- 2019.- 14 dekabr.- S.21.