Azərbaycanda müasir
ərəbşünaslığın banisi
Azərbaycanın görkəmli şərqşünaslarından
yalnız az
qisminə yeni bir sahəni yaratmaq qismət olmuşdur. Belə alimlər arasında
Əməkdar elm xadimi,
Prezident təqaüdçüsü
Ələsgər Məmmədov
(1919-2000) xüsusi yer
tutur. Hələ sağlığında o, müasir ərəbşünaslığın
banisi kimi nəinki vətənimizdə,
həmçinin, onun hüdularından kənarda
da şöhrət qazanmışdır.
Ələsgər müəllim 1933-1937-ci illərdə N.Nərimanov
adına sənaye tex-nikumunda,
1937-1941-ci illərdə isə
Pedaqoji İnstitutun alman dili şöbəsində
təhsil almışdır.
Eyni zamanda, Bakı hərbi Dəniz məktəbində alman dilindən dərs demişdir. 1941-ci ilin iyul ayında
Ə.C.Məmmədov Azərbaycan,
Gürcüstan və
Ermənistandan olan nümayəndələrlə birlikdə
Şərq dillərini
öyrənmək üçün
Moskvaya göndərilmiş
və 1944-cü ildə
Moskva Şərqşünaslıq
Universitetinin ərəb
dili üzrə hərbi şöbəsini
bitirmişdir. 1945-ci ilin fevral ayından
SSRİ Xarici İşlər
Nazirliyində baş
referent kimi əmək
fəaliyyətinə başlamış,
1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayına qədər yüksək savadlı alman dili mütəxəssisi kimi faşist cəlladları üzərində
aparılan Nürnberq
prosesinə tərcüməçi
sifəti ilə cəlb edilmişdir.
1947-ci ilin avqustundan
Ələsgər Məmmədovun
həyatı Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi
ilə bağlıdır. O, aspirantlıqdan
müəllim, dosent və professor vəzifəsinə
qədər yüksəlmiş,
dekan seçilmiş və yaratdığı Ərəb dili kafedrasının uzun illər müdiri olmuşdur.
Ələsgər müəllim onlarla
elmi məqalənin, orta və ali məktəblər
üçün rus və Azərbaycan dillərində 30-dan çox
ərəb dili dərsliyinin müəllifidir.
Elmi və metodoloji cəhətdən yüksək
səviyyədə yazılmış
bu dərsliklərdən
nəinki Azərbaycanda,
eyni zamanda, Dağıstan, Tatarıstan,
Orta Asiya respublikaları və digər şərqşünaslıq
mərkəzlərində istifadə
olunur.
Mən burada Ələsgər müəllimin həm orta, həm də ali
məktəblər üçün
yazdığı dərsliklərin
əsas məziyyətləri
haqqında qısa şəkildə danışmaq
istərdim. Unudulmaz ustadı-mızın xüsusilə
ali məktəblər
üçün nəzərdə
tutulmuş dərslikləri
Rusiya və Sovet məkanında nəşr olunmuş digərlərindən (A.V.Boldırev.
Kratkaə arabskaə qrammatika,
1827; A.V.Navroükiy. Opıt qrammatiki
arabskoqo əzıka,
1867; N.V.Öşmanov. Qrammatika literaturnoqo arabskoqo əzıka, 1928; Muxtar Əfəndizadə. Mif-tah lisani-l-arab, 1946; B.Z.Xalidov. Uçebnik arabskoqo əzıka, 1956; A.A.Ko-valev, Q.Ş.Şarbatov.
Uçebnik arabskoqo əzıka,
1960 və s.) onunla fərqlənir ki, onlarda nəinki
ərəb dilini öyrənmək üçün
vacib olan əsas qrammatik qanunları, eyni zamanda, ərəb dilçiliyinin ən incə məsələlərini
əhatə edir. Ona görə də Ələsgər müəllimin
bir sıra kitablarını yalnız
dərslik deyil, eyni zamanda, elmi
əsər saymaq olar.
Bu dərsliklərin başlıca
xüsusiyyətlərindən biri də odur
ki, mətnlər tələbələrə Ərəb
Şərqinin tarixi, ədəbiyyatı, iqtisadiyyatı,
coğrafiyası, adət-ənənəsi,
mədəniy-yəti haqqında
maraqlı məlumat verir. Müəllif Azərbaycan və
dünya şərqşünaslarının
həyat və yaradıcılıqlarını da yaddan çıxarmır.
Ələsgər müəllim qarşısına
yalnız tələbələrin
ədəbi danışıq
dilini öy-rənməsini
məqsəd qoymamış,
onların ərəb
atalar sözləri və zərbi-məsəllərindən
xəbərdar olmasına,
klassik ərəb şeirlərini əzbərlətməyə
çalışmışdır. Görkəmli
şərqşünas təmrinlərdə
gətirdiyi misallarda özünün incə zövqü, daxili zənginliyi, dünyaya əsl kişi
baxışı və
fəlsəfi görüşlərini
əks etdirmişdir.
Bütün bunların, necə deyərlər, xeyrini mən dördüncü kursdan sonra 1968-1969-cu illərdə Misirdə hərbi mütərcim və 1978-1982-ci illərdə
Küveytdə baş
mütərcim işlədiyim
zaman əyani şəkildə gördüm. Belə ki,
tərcümə əsnasında
yeri düşəndə
Ələsgər müəllimin
dərsliklərindən öyrəndiyim
atalar sözləri və məşhur şairlərin ibrətamiz
beytlərini deyərkən
ərəblərin necə
heyran qaldığının
şahidi olmuş, qəlbimdə ustadımızı
minnətdarlıqla yad
etmişəm.
1957-ci ildə açılmış
ərəb şöbəsində
bilavasitə Ələsgər
müəllimin özünün
dərs dediyi və sonralar onun dərslikləri sayəsində bu çətin dili mənimsəyən məzunları
arasından şərqşünaslığın
müxtəlif sahələrində
onlarla elmlər namizədləri və doktorları yetişmişlər. Onlardan bəzi tanınmışları
qeyd etmək istərdim: dilçilik üzrə akademik Vasim Məmmədəliyev,
professorlar Malik Qarayev, Nəsrulla Məmmədov, ədəbiyyatşünaslıq
üzrə professor Aida İmanquliyeva,
akademik Gövhər Baxşəliyeva, professorlar
Malik Mahmudov, İmamverdi Həmidov, Vilayət Cəfərov, Məmmədhəsən Qəmbərov,
Kamandar Şərifov,
Mahirə Quliyeva, Aida Qasımova, tarix üzrə akademiklər Nailə Vəlixanlı, Nərgiz Axundova, elmlər doktoru Nərgiz Əliyeva, fəlsəfə üzrə
AMEA-nın müxbir üzvü Zakir Məmmədov, professor Rafiq
Əliyev və başqalarını göstərmək
olar.
Rəhbərlik etdiyi Ərəb
dili kafedrasında kadrların çatışmazlığını
nəzərə alaraq,
Ələsgər müəllim
ilk qəbulun beşinci
kurs tələbələri
Malik Qarayev, Nərmin Sultanlı və Rəna Əhmədovanı aşağı
kurslarda dərs aparmağa cəlb etmiş, universiteti bitirdikdən sonra onları müəllim vəzifəsinə götürmüşdü.
1970-ci ildə təhsilimi
başa vurub, Elmlər Akademiyası Yaxın Şərq xalqları (indiki Şərqşünaslıq) İnstitutunun
"Ərəb ədəbiyyatı"
ixtisası üzrə
əyani aspiranturasına
daxil olmuşdum. Ələsgər müəllim mənə saat hesabı qaydada dərs ayırmışdı. Lakin bu elmi işimi yazmağa mane olurdu. İki il
belə keçdi, üçüncü il imtina etdim. Vaxtından iki
ay qabaq dissertasiyamı
bitirib, oxumaq üçün rəhbərim
akademik Həmid Araslıya verdim. Ələsgər müəllim bunu
eşidib, məni çağırtdırdı və
bildirdi ki, xəbərim var, təkcə müdafiən
qalıb, danışmışam,
sənədlərini hazırla,
səni müəllim
götürürəm. Duruxduğumu görüb,
özünəməxsus mimika
ilə səsini qaldırdı: "Naz eləmə, bura göz dikənlər çoxdur". Beləliklə, 1974-cü ilin yanvarından
pedaqoji fəaliyyətə
başladım. Əslində, institutun direktoru olan akademik Həmid
Araslı müdafiədən
sonra məni üç illiyə Misirə elmi məzuniyyətə göndərmək
imkanı olduğunu demişdi. İndi mən Ələsgər müəllimə ömrüm
boyu minnətdaram, çünki kafedraya gəlməsəydim, 1991-ci ildən
üç il
fasilə ilə hal-hazıradək Şərqşünaslıq
fakültəsinin dekanı
vəzifəsində işləməyəcəkdim.
Ustadımız auditoriyada çox ciddiliyi və tələbkarlığı ilə
fərqlənsə də,
kənarda məzəli
əhvalatlar, lətifələr
danışmağı sevirdi,
ona görə də həmişə ətrafındakıların diqqət
mərkəzində olurdu. Bir dəfə
Ələsgər müəllim
səhhətinə görə,
"Leçkomissiya"da yatırdı.
Ona baş çəkmək üçün gedib, aşağıda qeydiyyat şöbəsində hansı
palataya yerləşdiyini
soruşdum. Pəncərədən
gənc qız gülümsəyərək, "zarafatcıl professor" haqqında
məlumat verdi.
Yuxarı qalxanda foyedə
əyləşmiş, kişili-qadınlı
xəstələrin gülə-gülə
Ələsgər müəllimin
söhbətinə diqqətlə
qulaq asdığının
şahidi oldum.
O, məni görüb
"qalanını bir
azdan danışaram"
deyərək yaxınlaşdı.
Dinləyicilərin məzəmmətli baxışlarından oxudum
ki, "bu mərdimazar hardan çıxdı?"
Ömrünün son illərində ustadımızın ayaqlarında problemlər yaranmışdı, yeriməyi çətinləşmişdi. Mən dekan kimi o vaxtkı rektor, professor Murtuz Ələsgərovdan Ələsgər müəllimin dərslərini müstəsna hal kimi evində keçməsinə icazə verməsini xahiş etdim. O, bir qədər fikirləşib dedi: "Bu kişini savadına, məktəb yaratdı-ğına görə Prezident Heydər Əliyevdən tutmuş hamı tanıyır. İnanmıram ki, belə bir məşhur alimdən ötrü yuxarılar mənə irad tutsunlar, razıyam". Hörməli rektoru-muza təşəkkürümü bildirməyə söz tapmırdım. O, əlimi sıxdı: "Çox sağ ol ki, bu məsələni qaldırmısan". Tələbələrin isə sevincinin həddi-hüdudu yox idi.
Mən ustadımızın orta və ali məktəblər üçün bir necə dərsliyinin, xüsusilə, 1998-ci ildə nəşr olunmuş Şərqşünaslıq fakültəsi ərəb şöbəsinin I və II kursları üçün dərsliyin ixtisas redaktoru olmağımla fəxr edirəm.
1999-cu il dekabr ayının 1-də Bakı Dövlət Universitetində Ələsgər müəl-limin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyinə həsr olunmuş təntənəli toplantı keçirildi. Burada rəsmi dövlət xadimləri, ərəb ölkələrinin səfirləri, Şərqşünaslıq fakültəsinin tanınmış məzunları, Elmlər Akademiyası və ali məktəblə-rin nümayəndələri, tələbələr iştirak edirdilər. Ustadımızın həyat və yaradıcılığı haqqında əsas çıxış mənə həvalə olunmuşdu.
Danılmaz həqiqətdir ki, göstərdiyi möhtəşəm xidmətlərə görə Azərbaycanda nəinki şərqşünaslığın, həmçinin, ümumiyyətlə, təhsil və elm tarixində professor Ələsgər Məmmədovun adı ədədi yaşayacaqdır.
Elxan
ƏZİZOV
BDU
Şərqşünaslıq fakültəsinin dekanı,
Əməkdar müəllim, professor
525-ci qəzet.- 2019.- 14 dekabr.- S.15.