Xalqımızın multikultural
dəyərlərinin Azərbaycan diasporuna
təsir imkanları
Azərbaycanda multikulturalizm
Latıncadan tərcümədə "çoxmədəniyyətlilik"
mənasını verən
"multikulturalizm" sözü
iyirminci əsrin ortalarından istifadə olunmağa başlasa da, son illərdə daha ümumişlək anlayışa çevrilib. Etnik, dini,
irqi və mədəni müxtəlifliklərə
hörmətlə yanaşmaq,
bu müxtəlifliklərlə
bir arada yaşamağı həyat
tərzinə çevirmək
müasir cəmiyyətlərin
qarşısında duran
ən başlıca vəzifələr sırasındadır.
Azərbaycan da bu prosesdən
kənarda qalmır, qloballaşan dünyada, bəşəri dəyərlər
fonunda bu prosesin əsas hərəkətverici qüvvələrindən
birinə çevrilir. Ölkəmizdə ondan çox millətin nümayəndələrinin
yanaşı, dinc şəkildə yaşaması,
kilsə, məscid və sinaqoqların fəaliyyət göstərməsi
xalqımızın multikultural
dəyərlərinin ən
yaxşı təzahürüdür.
Azərbaycanda rusların, yəhudilərin,
almanların və digər xalqların diaspor təşkilatları
fəaliyyət göstərir. Onların
arasında Azərbaycan
ərazisinə gəlişləri
VI əsrə aid olan dağ yəhudilərinin Azərbaycan-İsrail Dostluğu
Cəmiyyətinni, "Soxnut"
yəhudi agentliyini,
"Dağ yəhudiləri"
icmasını, "Coynt",
"Vaad-L-Xatzola" kimi iri yəhudi
xeyriyyə təşkilatlarını,
Azərbaycan Yəhudi
Qadınlarının Humanitar
Assosiasiyasını, yəhudi
dini məktəblərini,
"Azərbaycan-İsrail" Mədəni Əlaqələr
Cəmiyyətini, "Həvva"
qadın cəmiyyətini
və digər yəhudi qeyri-hökumət
təşkilatlarını qeyd etmək olar. Bəzi universitetlərdə (Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti) ivrit dili tədris
olunur. Onlar həmçinin, İsraildəki Azərbaycan
icması ilə sıx əməkdaşlıq
edirlər.
Azərbaycanda diaspor fəaliyyəti ilə geniş şəkildə məşğul
olan millətlərdən
biri də ruslardır. XIX əsrin
əvvəllərində Çar
Rusiyası tərəfindən
Azərbaycan ərazisinə
köçürülən rusların sayı Sovet hakimiyyəti illərində daha da artaraq 1 milyona
çatıb.
Hazırda Azərbaycanda 340 orta məktəbdə 90 min şagird
rus dilində təhsil alır. 18 ali təhsil ocağında və 38 orta ixtisas təhsil
müəssisələrində təhsil rus dilində aparılır.
2000-ci ildə yaradılmış
Bakı Slavyan Universitetində rus dilli təhsil müəssisələrinin müəllimlərinin
assosiasiyası, 2008-ci ildən
isə L.M.Lomonosov adına Moskva
Dövlət Universitetinin
Bakıda filialı fəaliyyət göstərir.
Bundan əlavə, Azərbaycanda rus dilində 50 çap nəşri, Rus Dram Teatrı, Azərbaycan Respublikasında Rus Provaslav Kilsəsinin Bakı və Xəzəryanı regionlar
Yeparxiyasının tabeliyində
olan 5 kilsəsi fəaliyyət göstərir.
XIX əsrin sonlarından
Azərbaycanda yaşayan
digər millətlərin
nümayəndələri sırasına
ukraynalılar da əlavə olunub. Ötən əsrin
90-cı illərindən ukraynalıların
təşkilatlanma işi
geniş vüsət alıb. Hazırda Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur və 2001-ci il martın
2-də universitet rəhbərliyinin
təşəbbüsü ilə "Ukrayna bazar günü məktəbi" açılıb.
Polyaklara
məxsus "Polonya"
Mədəniyyət Mərkəzi,
yunanlara aid Yunanıstan
Mədəniyyət Mərkəzi,
"Arqo" yunan cəmiyyəti, almanlara məxsus "İntibah"
mədəni-tarixi icması,
"Yevangeliya Lüteran"
icması, tatarlara aid Tukay adına Tatar Mədəniyyət Mərkəzi"
və "Tuqan tel" tatar mədəniyyətinin respublika
cəmiyyətləri Azərbaycanda
digər xalqların diaspor quruculuğu işinə yaradılan şəraitin əyani təzahürüdür. ("AZƏRBAYCAN
MULTİKULTURALİZMİ: Ali məktəblər
üçün dərslik.
- Bakı: BBMM, 2017")
Xaricdəki azərbaycanlılar milli
və bəşəri
dəyərlər fonunda
Müstəqillik qazanmaqla Azərbaycançılıq
ideologiyası həm ölkə vətəndaşlarının,
həm də xaricdə yaşayan hər bir soydaşımızın
düşüncəsində yenidən parladı. Müstəqilliyin
ilk illərində yaranan
xaos dövründə
ölkə
hüdudlarını tərk
edən azərbaycanlılar
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra xarici ölkələrdə diaspor
quruculuğuna cəlb
olunmağa başladılar.
Artıq
"Azərbaycançılıq" anlayışı 1992-93-cü illərdə
geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsindən
tamamilə uzaqlaşaraq
müxtəlif etnik qrupların və millətlərin birgəyaşayışına
xidmət edirdi.
Ümummilli lider xarici ölkələrə etdiyi
səfərlər zamanı
Azərbaycan diasporunun
nümayəndələri ilə
görüşür, onların
problem və qayğıları
ilə maraqlanır, həmvətənlərimizi yeni
müstəqillik qazanmış
Respublikamızın mənafelərinin
reallaşdırılması prosesində fəal iştirak etməyə, eyni zamanda, onları
yaşadıqları ölkələrin
cəmiyyətlərinə düzgün şəkildə
inteqrasiya etməyə çağırırdı.
Bu istiqamətdə atılan addımların ən birincisi hələ Heydər Əliyevin Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisinin sədri
olarkən Ali Məclisin
qərarı ilə
31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik
və Birlik Günü elan etməsi idi.
Bu istiqamətdə atılan
digər mühüm addım isə 2001-ci ilin noyabr ayının
9-10-da Bakı şəhərində
Dünya Azərbaycanlılarının
I Qurultayının keçirilməsidir.
Qurultayda
xaricdəki həmvətənlərimizlə
sistemli iş aparılmasını təşkil
etmək, soydaşlarımız
arasında milli birliyin möhkəmləndirilməsini
təmin etmək məqsədilə xüsusi
dövlət qurumunun yaradılması ideyası
irəli sürüldü.
2002-ci ilin 5 iyulunda
Azərbaycan Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş
üzrə Dövlət
Komitəsinin yaradılması
haqqında" Fərman
imzaladı. Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş
üzrə Dövlət
Komitəsinin yaradılması
bu sahədə olan problemlərin aradan qaldırılması
istiqamətində əhəmiyyətli
addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini
milli maraqlarımızın
gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə
imkan verdi.
Daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli
54 saylı Sərəncamı
ilə Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş
üzrə Dövlət
Komitəsinin əsasında
Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.
Bundan başqa, 2006-cı il 16
mart tarixində Bakı
şəhərində keçirilən
Dünya Azərbaycanlılarının
II Qurultayı, 2011-ci il
iyulun 5-6-da Dünya Azərbaycanlılarının III Qurultayı, 2016-cı ilin
iyunun 3-4-də keçirilən
IV Qurultayı dünyanın
dörd bir yanında yaşayan soydaşlarımızın qarşısında
Vətən naminə
yeni vəzifələr
müəyyənləşdirdi. Artıq xaricə üz tutan hər bir soydaşımız həm Azərbaycanın milli maraqlarını müdafiə edir, həm də Qərb və Şərq sivilizasiyaları
arasında körpü
rolunu oynayaraq müxtəlif mədəniyyətləri
qovuşdurmaq missiyasını
uğurla yerinə yetirir.
Azərbaycan diasporunun multikulturalizm
sahəsində fəaliyyəti
Bu gün Vətənin
hüdudlarından kənarda
olan soydaşlarımız
yaşadıqları cəmiyyətin
ictimai-siyasi həyatına
aktiv şəkildə
inteqrasiya edir, həmin ölkələrin
millətləri ilə
dinc və sülh şəraitində
yaşayırlar. Həm ölkə daxilində,
həm də ölkə xaricində aparılan bu siyasətin nəticəsidir
ki, dünyada fəaliyyət göstərən
500-dən çox Azərbaycan
diaspor təşkilatları
fəaliyyət göstərdikləri
ölkələrdə millətlər
və mədəniyyətlərarası
tədbirlərdə iştirak
edir, bəzən isə həmin tədbirlərə təşkilatçılıq
edirlər. Beynəlxalq festivallarda,
idman yarışlarında
uğurla təmsil olunurlar. Son illərdə
xaricdə yaşayan soydaşlarımız bu sahədə daha fəallıq nümayiş
etdirir, diaspor təşkilatları daha mütəşəkkil çalışırlar.
Ölkə Prezidentinin müvafiq
fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması,
həmçinin, 11 yanvar
2016-cı il tarixli Sərəncamla 2016-cı ilin
Azərbaycanda "Multikulturalizm
ili" elan edilməsi, Bakı şəhərində keçirilən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumları xüsusilə də xaricdə yaşayan soydaşlarımızda ruh
yüksəkliyi yaratdı. Müxtəlif xalqların nümayəndələri
ilə bir arada yaşayan azərbaycanlılar milli-mədəni
dəyərlərin təbliğində
daha fəallaşıb,
ölkəmizi daha həvəslə və fəxrlə təmsil edirlər.
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın milli-mədəni
dəyərlərin təbliği
işində göstərdiyi
xidmətlər sayəsində
ölkəmiz öz zəngin irsi ilə bu gün
xarici dövlətlərdə
əvvəlkindən daha
çox tanınır. Eyni zamanda, xarici ölkələrdə Birinci
vitse-prezidentin təşəbbüsü
ilə kilsələrin təmir
olunması, dünya mədəniyyətinə verilən
töhfələr multikulturalizmin
həm də ölkəmizin xarici siyasətində prioritet olduğuna əyani nümunədir.
Günel TƏHMƏZZADƏ
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının magistrantı
525-ci qəzet.- 2019.- 18 dekabr.- S.18.