Gülsadə İbrahimli
"Femme"ni təqdim
etdi
Dekabrın 15-də
AZƏRKİTAB kitab evində
gənc şair Gülsadə İbrahimlinin
"Femme" kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə tanınmış yazıçılar,
ictimaiyyət nümayəndələri
və jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən şairlər Əkbər Qoşalı,
Qulu Ağsəs, İntiqam Yaşar və başqaları qeyd ediblər ki, son iki il
ərzində yazılan
şeirlərdə Gülsadə
İbrahimli qadın duyğularını öz
tərzinə xas şəkildə daha ciddi, daha sarsıdıcı
ifadə edə bilib. "Son Tanqo"
kitabıyla ciddi maraq qazanan müəllif
"Femme" kitabıyla da
şeir sevənləri
heyrətləndirməyi bacarıb.
Sonda çıxış
edən müəllif
kitabın ərsəyə
gəlməsində və
təqdimatın keçirilməsində
zəhməti olan hər kəsə öz təşəkkürünü
bildirib, qonaqlar üçün yeni kitabını imzalayıb.
Qeyd edək ki,
kitabın satışından əldə olunacaq
gəlir xeyriyyə məqsədilə xərclənəcək.
525-ci qəzet.- 2019.- 18 dekabr.- S.13.