"ODLU YURD" ÇIXARKƏN

 

A.Ergün Çinar

 

XIX yüz ilin başlarında Azərbaycanı istilaya başlayan ruslar, yüz ilin ilk çərəyində Azərbaycan güneyi İran-Qacar dövlətində qalmaq üzrə feilən ikiyə ayırmışlardı. Zəif Azərbaycan xanlıqlarının müqavimətlərini qolayca alt edən Çarlıq Rusiyası mövcud durumu Osmanlı dövləti ilə yapdığı Ədirnə anlaşması (1829) və İranla yapdığı Türkmənçay anlaşması (1828) ilə rəsmləşdirdi və İrəvan və Naxçıvan xanlıqları da daxil olmaq üzrə Azərbaycan Araz nəhri ilə Talış dağları sınır olmaq üzrə ikiyə ayrıldı.

Çarlıq idarəsi bu tarixdən etibarən İrana rus kolonizasyonunu təmin üçün çeşidli tədbirlərə baş vurdu. Özəlliklə Qarabağa köçürülən İran erməniləri ilə bu məntəqənin etnik tərkibi dəyişdirildi. Yüz il boyunca yapılan dəmir yolları, limanlar, Bakı neftinin Avropa sərmayəsinin yardımı ilə işlətməyə başlaması ilə Azərbaycanda modern anlamda bir tacir sinfi ortaya çıxdı. Genişlənən təhsil müəssisələri vasitəsilə də batılı fikirlər yayılmağa, ədəbiyyat, sənət və mətbuat sahəsində fikirlər gəlişməyə, ədəbiyyat, sənət və basın sahəsində özünü göstərməyə başladı.

Azərbaycanda çıxan ilk türk qəzetəsi Həsən bəy Zərdabi tərəfindən 1875-1877 illər arasında yayınlanan "Əkinçi" qəzetəsidir. "Əkinçi" çarlıq idarəsincə qapadıldıqdan sonra Hacı Səid Əfəndi Ünsizadə yaxşı qeyrət etdikdən sonra "Ziya" ("Ziyayi-Qafqasiyə") ünvanlı qəzet Tiflisdə nəşr edilməyə başladı. 1879-1884 illəri arasında çıxan qəzetə Azərbaycan aydınlarını tətmin etməsə də yazarları arasında S.Ə.Şirvani, N.Vəzirov, S.Vəlibəyov kimi önəmli aydınlara da təsadüf olunmaqdadır. Yenə Tiflisdə 1883-1891 illəri arasında 123 sayı çıxan "Kəşkül" də ehtiyatlı dilinə, "siyasətdən" uzaq durmasına baxmayaraq digər Azərbaycan mətbuat orqanları kimi qapadılmaqdan qurtaramamışdı. 1905 inqilabı öncəsində çıxan son türk qəzetə "Şərqi-Rus" qəzetəsi olub M.Şaxtaxtinskinin redaktorluğu altında 1905 ilinə qədər davam etmişdir. 1906 ilində nəşrə başlayan və 1931 ilinə qədər Cəlil Məmmədquluzadə tərəfindən nəşr olunan mizah ağırlıqlı "Molla Nəsrəddin" məcmuəsi sadəcə Azərbaycan üçün degil, İr həyatını anlamaq üçün də mühüm bir dərgidir. "Molla Nəsrəddin" sahib ola gəldigi din qarşıtı təvrini sovet idarəsində çox qaba bir hala gətirəcək əski təsirini qeyb etmişdir.

1905 rus inqilabına qədər Azərbaycan mətbuat həyatı ağır senzor şərtləri qəzetələrin sıxca qapadılması daima ehtiyatlı bir lisan qullanması kibi səbəblərlə çox verimli olmamışdır. Qəzetə çıxarmaq üçün yapılan pək çox təşəbbüs isə Çarlıq idarəsincə qəbul görməmişdir. Çarlıq Rusyanın Yaponiya ilə yapılan savaşdan məğlub olaraq çıxması ilə 1905 ilindən etibarən Rusya Azərbaycan türklərinə nisbi bir mədəni sərbəstlik vermək zorunda qaldı. Qəzetə çıxarmaq, xeyriyə cəmiyyətləri qurmaq, okul açmaq kibi xüsuslarda bəlli ölçülərdə qolaylıqlar sağlanmağa başlandı. 1905 sonrası çıxan "Həyat", "İrşad", "Tərəqqi" və "Füyuzat" kibi qəzetə və məcmuələrdə nisbi hürriyət havasında daha dolğun və daha qəlitəli yazılar görülməyə başlandı. Bu mətbuat orqanlarında özəlliklə İran inqilabı və jöntürk hərəkatı ilə ilgili çox sayda yazı və yoruma yer verildiyi görülməkdədir. İstanbul türkcəsinin və Osmanlı imlasının hakim olduğu Azərbaycan mətbuatı sıx-sıx Osmanlı elm və fikir həyatından və ədəbiyyatından bəhs edərək iqtibaslarda bulunurdu. Tağıyev kibi bir petrol zəngini xeyirsevərcə dəstəklənən Azərbaycan mətbuatında Əhməd Kəmal Bəy kibi önəmli bir isim də boy göstərmiş, müəllim Cövdət Bəy kibi önəmli bir egitimçi də Tağıyevin dəvətilə Bakıya gəlib Azərbaycan maarifinə hizmət etmişdi.

1905 Rus inqilabından Azərbaycan Xalq Cümhuriyətinin yıxıldığı 1920 tarixinə qədər Azərbaycan mədəniyyət və ədəbiyatında Osmanlı təsiri belirgin bir şəkildə hiss edilmişdir. XIX yüz ilin 2-ci yarısından etibarən artan rus nüfuzu və tənəzzülə uğrayan şiə-fars mədəniyətinin 1905 rus inqilabı sonrasında təbii bir nüfuzedici gücü olan Osmanlı-Türk mədəniyyətilə yarışmayacaqları görülüyordu.

Ekim (oktyabr) 1917 Rus inqilabının Azərbaycan tarixində önəmli bir dönüm nöqtəsi olmuşdur. İxtilal sonrası təsis edilən Qurucu Məclisin 1918 ocağında (yanvarında) bolşeviklərcə dağıdılması Rusiyada parlamentar bir demokratisinin qurula biləcəginə olan ümidləri söndürmüş və Qafqas xalqlarında bağımsızlıq fikrini alovlandırmışdı. 28 Mayıs 1918-də elan edilən və 27 nisan 1920-dəki rus işğalına qədər yaxlaşıq 2 il sürən bağımsızlıq dönəmində Azərbaycanda siyasi, iqtisadi və mədəni sahələrdə önəmli atılımlar yapılmış, Türkiyədən öyrətmənlər və dərs kitabları gətirərək, İstanbul türkcəsi yayğınlaşdırılmışdır. Bolşevik işğalından sonra isə Müsavat Partiyası mənsublarına yönəlik təqiblər başlamış, çox sayda müsavatçı və aydın tutuqlanmışdır. Pək çox Azərbaycan ziyalıları mövcud durum dolayısı ilə başda Türkiyə olmaq üzərə İran, Almanya, Fransa və Finlandiya kibi ölkələrə sıxınmışlardır. Azərbaycan mühacirləri Azərbaycan içində II Dünya Savaşına qədər sürən və zaman-zaman silahlı üsyan və müqavimətə dönüşən mücadiləyi Azərbaycan dışında mətbuat və siyasət sahəsində icra etməyə başlamışlardır.

Azərbaycan istilası vaxtı və daha sonra Azərbaycandan qaçmağa müvəffəq olan müsavatçılar başda İstanbul olmaq üzərə müxtəlif mərkəzlərdə toplanmağa və mücadiləyə başladılar. İstanbulda bulunan müsavatçılar Məhəmməd Əmin Rəsulzadənin də aralarına qatılmasını mütəaqib Azərbaycan davasının mühacirətdəki ilk dərgisi olan "Yeni Qafqasya" çıxarmağa başladılar. "Yeni Qafqasya" türk qamuoynunda böyük ilgi gördü. Türk Ocaqları bütün şöbələri naminə dərgiyə əbunə oldu. Dərgi İran, Misir, Hindistan, Afqanistan kibi Şərq ölkələrində də ilgi ilə qarşılanarkən Azərbaycandakı Sovet mətbuat orqanlarında isə ağır tənqidlərə və qaralamalara məruz qalmışdır. "Yeni Qafqasya" Sovet Rusiyasının basqısı ilə 1927 ilində baqanlar qurumu qərarı ilə müzur nəşriyatda bulunduğu gərəkçəsilə qapadılmışdır. "Yeni Qafqasya"nın qapadılmasından çox qısa bir sürə sonra "Azəri Türk" dərgisi yayınlanmağa başladı. 1 şubat (fevral) 1928-dən 1 mart 1931-ə qədər toplam 32 sayı yayımlanan dərgi "Yeni Qafqasya"nın davamıdır.

"Odlu Yurd" dərgisi isə "Azəri Türk"ün yayınını davam edərkən başlamışdır. "Odlu Yurd"u Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala 1929-1931 illəri arasında 31 sayı çıxarılmışdır.

"Odlu Yurd" zəngin yazar kadrosu və geniş bir fəxri müxbir dəstəsilə başda Türkiyə, Azərbaycan və İran olmaq üzərə çox etkili olmuşdur. Dərgi mövcud yasağa rəğmən qaçaq yollarla Azərbaycana daxil olmuşdur. "Odlu Yurd" və digər mühacir dərgiləri haqqında komunist Azərbaycan mətbuatında ağır və atəşli tənqidlər yapılmasının bir səbəbi də bu durumdur. "Odlu Yurd" İranda anti-türk pəhləvi rejimini kəndincə haqlı sayıla biləcək səbəblərlə açıqca tənqid etməkdən çəkinməsinə rəğmən İrana girişi yasaqlanmışdır.

"Odlu Yurd"da Azərbaycan istiqlal mücadiləsi tarixi, Müsavat Partisi, Azərbaycanın içində bulunduğu mövcud durum, Azərbaycan mühacirləri və fəaliyətləri, Azərbaycanda icra olunan kollektifləşdirmə hərəkatı, Azərbaycan petrolu, dünya siyasəti içində Azərbaycanın vəziyəti, Azərbaycan tarixi, Azərbaycanda maarif həyatı, Azərbaycan və Rusya basınından iqtibaslar, İran, Türkmənistan, Əfğanıstan və Qafqasya xəbərləri, kitab və qəzetə tanıtımları kibi mövzularda ağırlıqla yer verilmiş pək çox ölkəyə yayılmış bulunan Azırbaycan kolonisi ilə ilgili xəbərlər yanında Dərgi Türk siyasi həyatı ilə ilgili yorum və xəbər verməkdən genelliklə qaçınmamışsa da, zaman-zaman Türk mətbuatından iqtibaslar yaparaq Mustafa Kamal Paşa və devrimləri dəstəkləyən hərarətli bir dil qullanmışdır.

"Odlu Yurd" böyük bir gücə qarşı cidi bir himayə görməkdən çox sıxıntılı və zor bir yayın hıyatı sürmüşdür. Bu durumla bağlantılı olaraq da dərgidə müstəcar isimlər və rümuzlara (rəmzlərə) sıxca raslanılmaqdadır. Dərginin 2 ana yazarından biri olan M.Ə.Rəsulzadənin M.Əmin, Azəri, Mirzə Balanın Daşdəmir, Kamal, M.B.Məhəmmədzadə kibi müstəcarlar isimlər qullandığı görülməkdədir.

Mühacir Azərbaycan mətbuatı Türkiyə kamu oyununda da etkili olmuşdur. M.Ə.Rəsulzadə, Mirzə Bala, Abdullah Battal (Taymas), Mir Yəqub, Əhməd Cəfər oğlu Mustafa Çokayoğlu, Məhməd Ağaoğlu, Şəfi Bəy Rüstəmli, Nağı Keykurun, Hüseyin Baykura, Hilal Münşi kibi zəngin və qəlitəli bir yazar kadrosu olan mühacir Azərbaycan mətbuatı məaləsəf Sovet Rusyanın Türkiyəyə qarşı yapdığı ağır təzyiqlər nəticəsində çox uzun ömürlü olamamış və sıx-sıx qapatılmışdır. Eyni aqibətə "Odlu Yurd" da uğramış və 31 sayından sonra tətil edilmişdir. Bu tarixdən sonra yurd dışına qoyulan Müsavat nəşriyatı zaman-zaman Türkiyəyə giriş yasaqlarına məruz qalmış və özəlliklə Türkiyədəki oxuyucu kütləsinə uluşamamaqdan dolayı ciddi maddi sıxıntılara uğramışdır.

1923-də "Yeni Qafqasya" ilə İstanbulda başlayan və Avropanın müxtəlif şəhərlərində davam edən Azərbaycan mühacir mətbuatı, kəndisi ilə eyni sırada yürüyən qardaş Türkistan, İdil-Ural və Krım mətbuatı ilə birlikdə Türk ürfanına Sovet Rusya məhkumu millətlərin tarixinin araşdırılması və öyrənilməsi üçün misilsiz bir xəzinə buraxmışdır. Bu fədakar insanlar hər zaman təqdirlə və şükranla anılacaqlardır. Nə acıdır ki sadəcə dərgi və qəzetələrlə deyil yayınlanan çox sayda kitab, broşur, bəyannamə və s. ilə müəzzəm bir yekuna ulaşan bu zəngin müqtəsabat təkrar mədəniyət həyatımıza qazandırılmamışdır. Gündən-günə uzaqlaşdığımız bu böyük mizas təkrar mədəni həyatımıza qazandırılmalı və yeni çalışmalara ilham qaynaqlığı etməlidir.

"Odlu Yurd" yayına hazırlanarkən tibqibasını yapılması üçün bilgisayar ortamına axtarılaraq mümkün olduğunca təmizlənmişdir. Bu konuda əməyini əsirgəməyən sayın Musa Sarıqayaya təşəkkür edirəm. Tibqibasının sonuna eklənən indeksin istifadəyi kolaylaşdıracağı aşikardır. Yolumuza bir digər "M.Ə.Dərgisi" olan "Bildiriş" ilə davam edəcəyiz. Oxucuların göstərəcəyi ilgi və həssasiyatın bu yola davam etmək üçün əlzəm olduğunu söyləməyə bilməm lüzum varmı? Son olaraq böylə bir yükü də yüksəlmədən qəbul etdiyi üçün Məhməd Varış Bəyə Türk ürfanı adına təşəkkür etmənin bir vacibə olduğunu söyləməliyəm.

A.Ərgün Çinar

"Məhəmməd Əmin Rəsulzadənin doğumunun 130 ili xatirəsinə"

"Odlu Yurd" (1929-1931), cild I, Kitab evi, İstanbul, 2014

 

525-ci qəzet.- 2019.- 17 dekabr.- S. 14.