Deyimlər
Siyəzəndə yaşayan şair Firdovsi Ələm oğlu Hacısoy da ixtisasca həkimdir. Ancaq o, uzun zamandır ki, əlində cərrah skalpeli ilə yanaşı qələm də tutur, davamlı yazıb-yaradır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Firdovsi Ələmoğlu bir neçə kitabın müəllifidir.
Yaradıcılığından nümunələri oxuculara təqdim edirik.
Əzizim qına məni,
Salmısan qana məni,
Qınayırsan, özün bil,
Qına haqqına məni.
Getdim ki, yarı görəm,
Çalındı "Yanıq Kərəm",
Zavallı hardan bildi,
O Əslidi, mən Kərəm.
Çiçəklən,
Çiçəklən, Azərbaycanım!
Tarixlər
şahidi qədim Naxçıvan
Boy atır, ucalır hər gün durmadan,
Ey yaşıl ormanlı, gözəl Lənkəran,
Sizə
qurban olsun bu əziz canım!
Çiçəklən, çiçəklən,
Azərbaycanım!
Var gözəl qızların,
mərd oğulların,
İşıqlı sabaha gedir yolların,
Gəlin
alqışlayaq bu insanları,
Sizə
qurban olsun bu əziz canım!
Çiçəklən, çiçəklən,
Azərbaycanım!
Açıb qucağını bu
gün Siyəzən,
Qonaq qarşılayır yenə
deyəsən,
Üzümü, qarpızı gəlir
Həmyədən,
Boldur məhsulumuz, boldur, ay canım!
Çiçəklən, çiçəklən,
Azərbaycanım!
Firdovsiyəm, düşür elə
güzarım,
Hələ qabaqdadır çox
arzularım,
Heyranam hüsnünə, doğma
diyarım!
Sənə qurban olsun bu əziz canım!
Çiçəklən, çiçəklən,
Azərbaycanım!
Kim istəməz
ki...
Yaz gəlib, hər tərəf yamyaşıl
xalı,
Varmı
heç sevməyən
güllü baharı,
Ağac
kölgəsində qoy
samovarı,
Baxsan hər yan əlvan,
elə təmiz ki...
Bu gözəl dünyanı
kim istəməz ki!..
Salıb
budaqların salxım
söyüdlər,
Oxuyur nəğməni yenə bülbüllər,
Fəsillər dalınca gəlir
fəsillər,
Dil açan körpə də tez deyəcək
ki:
Bu gözəl dünyanı
kim istəməz ki!..
Zirvədən tökülən bəyaz
şəlalə,
Bənzəyir əndamı bürüyən
tülə,
Sular şaqqıldayır nəğmə
dililə,
Səs salıb hər yana, söz
nə gərək ki...
Bu gözəl dünyanı
kim istəməz ki!..
Ürək cavanlaşır ahıl
yaşımda,
Bir xəyal dünyası vardır başımda,
Qəfildən bir gözəl
durar qarşımda,
Deyər:
- Görməyənə göz
nə gərək ki...
Bu gözəl dünyanı
kim istəməz ki!..
Demirəm, dünyanı mənə
bağışla...
Demirəm, dünyanı mənə
bağışla,
Mənim həyatım da, dünyam da sənsən.
Sən mənə gəl baxma süzgün baxışla,
Belə baxsan, məni öldürəcəksən.
Çölüm çöl yandırır,
içim özümü,
Alışıb yanıram, söndür közümü.
Deyə
bilməyirəm ürək
sözümü,
Nələr çəkdiyimi bax, görəcəksən.
Həyatda varım da, yoxum da sənsən,
Məni bihuş edən qoxum da sənsən.
Azım
da sənindir, çoxum da sənsən,
Dindirməsəm, gəlib dindirəcəksən?
Firdovsinin
qəlbi incədən-incə,
Sənə sadiq qalar inan
ölüncə.
Heyif ki, sən onu
duyub bilincə,
Elə, camaata güldürəcəksən.
Etiraf
Sahildə görüşdük səninlə bir gün,
Mən sənə
baxırdım sənsə
dənizə.
Axan göz yaşların demirəm hələ...
Biz baxa bilmədik
o gün üz-üzə.
Ayrılıq anında kövrəldik
yaman,
Səyrişən dodaqlar pıçıldayırdı.
Ayrılıq ağırmış, ağırmış yaman,
Gözümüzdə yaşlar parıldayırdı.
Susaraq dərindən köks ötürürdük,
Beləcə sakitcə dayandıq, durduq.
Bu nakam sevgidə
nələr görmədik?!
Əhdi, etibarı biz yerə vurduq.
Bu Payız
Yenə
boz buludlar bürüyüb göyü,
Yenə qaşqabağın çatıb
təbiət.
Yenə
də sapsarı saralıb söyüd,
Yenə
payız gəlir... Gələcək, əlbət.
Küləyin səsindən qorxu
keçirir,
Balaca uşaqlar
öz yatağında.
"Dünya dağılacaq, gizlənək" deyir,
Dadır təhlükəni körpə
çağında.
Süpürülüb tamam, qalıb həyətdə,
Küknar çubuqları qalaq durubdur.
Bu payız salıbdır məni də dərdə,
Xəzan yarpaqlardan təpə qurubdur.
Bu payız yamanca üşütdü məni,
Ömrün payızı da bir yandan gəlir.
Soldurub yamyaşıl çölü,
çəməni,
Bu qəddar küləklər
hayandan gəlir?
Günəş qürub edir, qaralır səma
Gündüz öz yerini gecəyə verir,
Payızı gəl daha yadıma salma,
Mənim də ömrümün payızı gəlir.
Olar
(Qəzəl ovqatında)
Zülfünü
tökmə üzə, hər tərəf qaranlıq olar,
Sanıram batdı günəş, gəl ki, pərişanlıq olar.
Gözəllərdə adətdir, naz eləsin öz yarına,
Xoş gələr işvə-nazı, o da bircə anlıq olar.
Nə qədər lütf eləsə, məşuq əgər aşiqinə,
Biləsən, bir o qədər həyat firavanlıq olar.
Görməsəm ay üzünü, zülmət
olar aləmdə,
Nə qalar dünya özü, nə də ki insanlıq olar.
Verməsən arzuma ehya, çətin ki, sağ qalaram,
Dözməz buna Firdovsi, sonra
peşmanlıq olar.
Firdovsi ƏLƏMOĞLU
525-ci qəzet.- 2019.- 20 dekabr.- S.15.