"Məmməd Səid Ordubadi: Şərq və Qərb" monoqrafiyasının təqdimatı olub

 

 

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın "Məmməd Səid Ordubadi: Şərq Qərb" monoqrafiyasının təqdimatı keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq bildirib ki, Latviyada nəşr olunan kitab Azərbaycan ədəbiyyatının, söz sənətinin dünyada təbliğ edilməsi baxımından əhəmiyyətlidir.

Qeyd edib ki, aktual bir mövzuya həsr edilən nəşrdə müəllif Məmməd Səid Ordubadinin həyat yaradıcılığına ümumi nəzər salıb, romanlarında öz əksini tapan Avropa mühiti, habelə Şərq Qərbin müqayisəsinin təhlilini aparıb. Monoqrafiyada Şərq Qərb dialoqu, Şərq Qərb əlaqələri, eyni zamanda, Şərqin ədəbi, mədəni əlaqələrinin Qərb tərəfindən mənimsənilməsi gənc tədqiqatçı tərəfindən yığcam şəkildə işıqlandırılıb.

İnstitutun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimlinin "Məmməd Səid Ordubadi irsinə Şərq Qərb kontekstindən baxış" mövzusunda məruzəsi dinlənilib.

Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxış edərək yeni nəşrlə bağlı fikirlərini bölüşüb.

Sonda müəllif tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.11.