Nəsimi ilə bağlı yeni yanaşmanı əks etdirən kitab

 

 

Bu günlərdə "Şərq-Qərb" nəşriyyatında Azərbaycan Respublikasının Əməkdar elm xadimi Qəzənfər Paşayevin "Nəsimi: Edamdan sonrakı həyat" kitabı işıq üzü görüb.

Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, kitab Nəsimişünaslar oxucular tərəfindən böyük maraqla qarşılanacaq: "Çünki bu nəşr şairin həyat yaradıcılığı ilə bağlı bir çox məqamlara, xüsusən onun edamı "dönüklüyü" məsələsinə yeni rakursdan yanaşma ilə diqqət çəkir. Professor Qəzənfər Paşayev kitabında elm aləmi üçün yeni olan bir çox məsələdən söz açır". 

Onu da qeyd edək ki, kitabda "Nəsimi: edamdan sonrakı həyat", "Nəsimi obrazı bədii ədəbiyyatda", "Bədii fikir tariximizdə Nəsimi zirvəsi", "Nəsimi sənətinin folklor qaynaqları aşıq şeiri qatlan", "Nəsimi irsinin tədqiqində yeni mərhələ" məqalələri tamamilə yeni elmi qənaətləri əks etdirir. N.Cabbarlının sözlərinə görə, kitabda ən maraqlı məqamlardan biri Nəsiminin edamı ilə bağlı din xadimlərinin fətva vermədiyi qənaətinin irəli sürülməsidir: "Halbuki bu məsələ ilə bağlı indiyə qədər irəli sürülən fərziyyə tamamilə fərqli idi. Bu səbəbdən bir çox başqa məqamlara işıq saldığı üçün inanırıq ki, monoqrafiya oxucu tədqiqatçılar tərəfindən maraqla qarşılanacaq". 

Kitaba həmçinin, şairin divanının heç bir nüsxəsində təsadüf edilməyən 11 yalnız bir divan nüsxəsində rast gəlinən 63 şeiri daxil edilmişdir. 

 

Kitabın ön sözünün müəllifi akademik Rafael Hüseynov, rəyçisi akademik Möhsün Nağısoyludur.

 

525-ci qəzet.- 2019.- 20 dekabr.- S.9.