Şəmsəddin Kuzəçinin "İraq mətbuat tarixi"
kitabı Bakıda təqdim edilib
İraq
Türkmən Jurnalistlər
Cəmiyyətinin sədri
Şəmsəddin Kuzəçinin
Regional hüquqi və
iqtisadi maarifləndirmə
İctimai Birliyinin dəstəyilə çap
olunan "İraq mətbuat tarixi" adlı kitabının təqdimat mərasimi keçirilib.
Şəmsəddin Kuzəçinin də
iştirakıyla "Azərkitab"
kitab mərkəzində
keçirilən təqdimat
mərasiminə İraqın
Azərbaycandakı səfiri
Fadil Al-Şuveyli, millət vəkilləri Qənirə Paşayeva, Əflatun Amaşov, elm adamları, ictimaiyyət və mətbuat nümayəndələri qatılıblar.
Regional hüquqi və iqtisadi maarifləndirmə
ictimai birliyinin sədri Arzu Bağırova Şəmsəddin
Kuzəçi və onun yeni kitabı
haqqında məlumat verib, birliyin hər zaman Azərbaycan və Türk dünyası ədəbi əlaqələrinin
inkişafındakı işlərə
dəstək göstərəcəyini
vurğulayıb.
Çıxış edən səfir Al-Şuveyli Azərbaycan və İraq arasındakı əlaqələrdən
söz açıb və adıçəkilən
kitabın Azərbaycan
dilində çap edilməsini yüksək qiymətləndirib.
Millət vəkilləri Qənirə
Paşayeva və Əflatun Amaşov çıxış edərək
Şəmsəddin Kuzəçinin
iki ölkə arasındakı ədəbi
və mədəni əlaqələrin inkişaf
etdirilməsində böyük
rol oynadığını
bildiriblər.
Şəmsəddin Kuzəçi belə
bir səbəbdən
ötrü Bakıda olmaqdan məmnunluq duyduğunu dilə gətirib: "Bu, artıq
Azərbaycana 19-cu gəlişimdir. "İraq mətbuat
tarixi" kitabımın
Azərbaycan dilinə
çevrilməsində, onun
çapında əməyi
keçən hər kəsə minnətdarlığımı
bildirirəm. Bu kitabın çapı mənim üçün həm də ona görə sevindiricidir ki, sayca çap olunan 50-ci kitabımdır".
Sonda kitabın
çapında əməyi
keçən və iki ölkə arasında körpü rolunu oynamış şəxslərə İraq
səfirinin imzası olan təşəkkürnamələr
təqdim edilib, xatirə fotosu çəkdirilib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 21 dekabr.- S.22.