"Azərbaycanlı şairlərin
Türkiyəyə həsr olunan şeirləri"
səslənib
Dekabrın 19-da Rəşid Behbudov
adına Dövlət Mahnı Teatrında "Azərbaycanlı
şairlərin Türkiyəyə
həsr olunan şeirləri" adlı
musiqili şeir gecəsi keçirilib.
Tədbir
Mədəniyyət Nazirliyi,
Bakı Yunus Əmrə İnstitutu və Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin birgə
təşkilatçılığı ilə reallaşıb.
Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir tədbirin əhəmiyyətindən
söhbət açaraq
bildirib ki, biz eyni millətik, eyni soy kökə malikik. "Keçmiş sovet dövründə uzun müddət bir-birimizdən ayrı düşdük. Bunun nəticəsində
bir boşluq yarandı. Məqsədimiz iki dövlət
arasında mədəni
əlaqələri daha
da genişləndirmək
və bu boşluğu doldurmaqdır.
Biz də Bakı
Yunus Əmrə İnstitutu olaraq bu yöndə fəaliyyətimizi davam etdirəcəyik. Bugünkü tədbir də bu qəbildən sayılır. Tədbirdə iki ölkənin ədəbiyyatı və
poeziyası haqqında
məlumatlar əldə
edə biləcəyik",
- deyə C.Özdemir vurğulayıb.
Bakı Türk Anadolu Liseyinin direktoru Nurullah Yazıçı belə tədbirlərin iki qardaş ölkə arasında mədəni əlaqələrin
gücləndirilməsinə öz töhfəsini verdiyini söyləyib.
Sonra tədbir
ədəbi-bədii hissə
ilə davam edib. Gecədə Azərbaycanın görkəmli şairlərinin
qardaş ölkəyə
həsr etdiyi şeirlər söylənilib.
Bakı Türk Anadolu Liseyinin musiqi qrupunun ifasında musiqi nömrələri səsləndirilib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 21 dekabr.- S.12.