Milli bayrağımıza!

 

Türküstan yelləri öpüb alnını,

Söylüyor dərdini sana bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən,

Ərmağan yolla, sən, yara bayrağım!

 

***

 

Gedərkən Turana, çıxdın qarşıma,

Kölgən dövlət quşu, qondu başıma.

İzn ver, gözümdə coşan yaşıma,

Dinlətsin dərdini aha, bayrağım!

 

***

 

Qayı Xan soyundan aldığın rəngi,

Qucamış Elxanla müsəlman bəgi.

Elxanın övladı dinin dirəgi,

Gətirdin könlümə səfa bayrağım!

 

***

 

Köksümdə tufanlar gəldim iləri,

Öpüm kölgən düşən mübarək yeri.

Allahın yıldızı o gözəl pəri,

Sığınmış qoynunda aya, bayrağım!

 

Əhməd Cavad

 

525-ci qəzet.- 2019.- 17 dekabr.- S.15.