"Müsavatçı" komsomollar

 

Martın 6-da (1929) Bakıda Azərbaycan Komunist Firqəsinin ümumi qurultayı açılmış. Qurultayda Azərbaycan Komunist Firqəsi katibi-ümumisi Əli Heydər Qarayev 2 gün davam edən bir rapor vermişdir. Bakıda çıxan "Komunist" qəzetəsi ilə Tiflisdə nəşr olunan "Zarya Vostoka" qəzetələri 7, 8, 9, 10 mart tarixli nüsxələrində Qarayevin raporunu təfsilatı ilə dərc ediyorlar. Məzkur raporun "Zarya Vostoka"nın 10 mart tarixli 2024 nömrəli nüsxəsində dərc olunan Azərbaycan gənc komunistlər təşkilatına aid qismində Qarayev demişdir ki:

"Azərbaycanda 178.000 gənc komunist 70 min namizəd vardır. Fəqət bu komunist gənclər ideoloji cəhətdən haldadırlar? Bu yaxın günlərdə gizli bir "Müsavat" təşkilatı kəşf olunmuşdu. Məzkur "Müsavat" təşkilatının əza (üzv) aktiv təşkilatçılarının gənc komunistlərdən ibarət olduğu meydana çıxmışdır. Bu surətlə görüyoruz ki komunist gənclik ufaq (kiçik) burjua nüfuzuna düşmüşdür.

Azərbaycan gənc komunist təşkilatı içərisində "Müsavat" kəşfi şimdi 2-ci vaqeədir. 1-cisi 1928 sənəsi avqustunda vaqe olmuşdu.

 

"Odlu Yurd", nisan 1929, № 2

 

525-ci qəzet.- 2019.- 17 dekabr.- S.15.