"Qafqasya
dağlıları"
Qafqasya Dağlılar firqəsinin
fikirlərini nəşr etmək üzərə Parisdə
çıxmaqda olan "Qafqasya Dağlıları"
məcmuəsinin kanuni-sani (yanvar) - şubat (fevral)
nüsxəsi intişar eyləmişdir.
Bu nüsxə
əksəriyətlə polemik məqalələrə
həsr edilmişdir. "Dağlılardakı
ayrılma hərəkatı və onun
mənşələri" ünvanlı məqalədə
keçənlərdə Milyukovun qəzetəsində
"Qafqasyalılar İttihadı" namına bəyanatda
bulunaraq Qafqasya separatizminin əsassız olduğundan bəhs
edən zata cavabən yazılan müfəssəl
məqalədə Qafqasyadakı milli hərəkatların
əsaslı və ciddi olduğu əsaslı surətdə
isbat və Qafqasya Dağlılar firqəsinin ideolojisi
şöyləcə təsbit olunuyor:
"Rusya
ilə nə lisan, nə adət, nə irq, nə hars, nə
də əqrəbalıq bağları ilə bağlı
olmayan biz qafqasyalılar toprağımızın məhsulatına
bizzat malik olmaq istəriz. Bizim bu adilanə arzumuz "biz sizi qüvvətlə ram
edəriz!" seyhasına məruz qalıyor. Biz bunu bərayi məlumat işidir,
fəqət bununla bərabər qafqasyalıların
adilanə istəklərinə hizmətdən geri
qalmıyoruz".
Şamilin qeyb
etdiyi davayı hanki qüvvətlə şimdi siz
qazanacaqsınız? sualına məcmuə atidəki
sətirlərlə cavab veriyor:
"Avropa
şərqindəki millətlərin böyük inqilabı
hala davam etməkdədir. Moskva ilə Qafqasya arasında dərin bir uçurum
açılmışdır. Rusya ilə Qafqasyayı tutan yeganə bağ komunist
firqəsidir. Bunun
xaricindəki digər bütün bağlar çoxdan
qopmuşdur. Moskva Qafqasyadan
alıyor, fəqət müqabilində oraya bir şey vermiyor. Gələcək fırtınalarda isə
bu bağ - Komunist firqəsi dəxi sabun köpüyü kibi
bir ləhzədə partlıyacaqdır".
Bundan başqa
mühərrir milli vəhdəti formula edən
münəvvər zümrə ilə, Cenevrədəki
Cəmiyyəti Əqvam mövcudiyətini də mühüm
birər qüvvət kibi tələqqi ediyor.
Məcmuənin tədqiqinə görə
Milyukovun qəzetəsində Qafqasya istiqlal
hərəkatını şübhəli görən
"Qafqasya İttihadı"nın 2-3 osetinlə bir inquş və 2-də
dəmiryolçu ermənidən ibarət imiş.
"Rus
imperyalizminin könüllüləri" ünvanlı
məqalə erməni Kuqasov tərəfindən Parisdə
rusca olaraq nəşr edilən "Vozrojdeniye"
qəzetəsinə bir cavab təşkil etməkdədir.
Bu məqalə aşağıdakı
cümlə ilə bitiyor:
"Bütün
Qafqas Şimalını soyuk və zülmətilə qəti
əlaqə etmiş günəşlə işıqlanan
Ağ Dənizə doğru üz çevirmiş, Avropa mədəniyət,
hürriyət və səadətinə doğru istiqamət
almışdır. Bu andan
etibarən Qafqas sadə coğrafi deyil, eyni zamanda siyasi bir
fikir məfhumudur. Qafqasya
istiqlalı günün məsələsidir. Bu hadisənin böyüklüyü
qarşısında beynəlmiləl yağma, əsarət
və qırbac idarəsinin gönüllü ajanlarına
düşən vəzifə ancaq susmaqdır".
Rusya millətlərindəki ayrılma
hərəkatına qarşı düşmənanə
vəziyət alan rus
siyasilərindən birisi də sabiq müvəqqəti
hökumət rəisi bulunan Kerenskidir. Kerenskinin Parisdə
nəşr etməkdə olduğu "Dni"də
yazdığı bir məqaləsinə cavabən digər
bir məqaləsində "Qafqasya Dağlıları"nın, yəni Kerenskinin "Rusyanın daha
ziyadə parçalanmasını İngiltərə
kəndisi üçün müzurr və qeyri-məqbul
görüyor", deyə yazdığını istihza
etdikdən sonra:
"Xayır əfəndilər, sizin bilməm nərədə isə eşitdiyiniz böyük "imperyalist" dövlətlərin "dur!" demələri milli həyat dərinliyindən gələn bir istəyi durduramaz!
Bu istək isə - milli istiqlala doğru getməkdən və istər qızıl, istərsə bəyaz olsun Moskvaya qarşı ittihad etməkdən ibarətdir".
Bu məqalələrdən maəda (başqa) məcmuədə "Rusyanın Ermənistan siyasəti", "Türküstanda beynəlmiləl münasibət" və sairə kibi məqalələr vardır.
"Odlu Yurd",
Nisan (aprel) 1929, №2
Diqqət ediləcək
bir ixtifal (mərasim)
24 həziranda İstanbul milli istiqlal uğrunda mücadilə edənlərin diqqətlərini bilxassə cəlb edəcək bir ixtifalə şahid oldu. Lehistan əskəri heyəti
tərəfindən Hələbdən alınaraq, Lehistana
götürülən lehli (polyaq) Murad Paşanın
kəmiklərini təşyi üçün Sirkəci
stansyonunda səmimi bir ixtifal tərtib edildi.
Murad
Paşanın Türk və Leh bayraqlarına sarılı
bulunan tabutu üzərinə Türk ordusu, Lehistan,
Macarıstan, Fransız, Misir səfarətləri ilə
digərləri naminə birər çələng
qoyulmuşdu.
Tabut Lehistan
Rəisi Cümhuruna məxsus salon-vaqona qoyulmadan əvvəl
Lehistan səfiri Müsyo Olşevski, Türk Ordusu naminə
Emin paşa və sairləri tərəfindən nitqlər
irad edilmişdir.
Leh səfirinin gözəl və
mənidar nitqindən atidəki cümləyi alıyoruz:
"... Vətənini tərkə icbar
edilən bu qəhrəman Türkiyə toprağında
müsafirpərvərliyə nail olmuş və bu
məmləkətdə təqdir edildiyindən kəndisinə
yüksək bir əskəri rütbə tövcih
edilmişdir. Bundan dolayı Türkiyə toprağına
hörmətlər...".
Emin Paşanın nitqindən daha
atidəki sətrləri qeyd ediyoruz:
"Ana
vətənindən cüda olaraq ölən bu
müqəddəs ölüyü milli bir istiqlal
qəhrəmanı olaraq təbcil edərkən Türk
ordusunda bir Türk kibi hizmət və böyük
rütbələr qazanan əziz Fəriqimizin ifa etmiş
olduğu iyi hizmətlərini Türkiyə Cümhuriyəti
Ordusu naminə təqdirən bir daha təzkər etməyi
vəzifə biliriz".
Macarıstan
səfiri ilə Lehistan əskəri heyəti naminə
dəxi birər nitq söyləndikdən sonra böyük
tabutu möhtəvi (aparan) tren Türk əskəri
qitəsinin təzim mərasiminin ifasından sonra
hərəkət eyləmişdir.
Lehistan
mültəcisi möhdəti Murad Paşanın əsil ismi
general Bemdir. Lehistan
tarixində pək mühüm bir rol oynayan bu general
bütün həyatını mücadilə
içərisində keçirmişdir.
Rusya, Avstriya və
Almaniya tərəfindən təqsim edilən Lehistan, bir
aralıq Napalyon tərəfindən
qurtarılmışdı. O zaman Bem, yüzbaşı rütbəsində
bulunmuş və lehli legionunda böyük yararlıqlar
göstərmişdir.
1830 sənəsində Lehistanın Rusyaya qarşı qiyam etdiyi zaman Bem bu qanlı mücadilədə böyük qəhrəmanlıqlar göstərmiş və general rütbəsini almışdır.
İstiqlal hərəkatı əqim (nəticəsiz) qaldıqdan sonra hürriyətpərvər general vətənindən uzaqlaşmağa məcbur olmuşsa da, Vətəni üçün çalışmaqdan xali qalmamışdır.
1848 sənəsində istiqlal mücadiləsinə atılan Macar qüvvətlərinin başına keçərək, Macarıstan istixlasını təminə müvəffəq olmuş, fəqət Rusyanın Avstriya yardımına göndərdiyi 200 min kişilik ordu ilə pək qəhrəmananə hərb etdikdən sonra Türkiyəyə iltica eyləmiş, Avstriya və Rusyanın müdaxilələrinə baxmayaraq Türkiyə tərəfindən himayə görmüşdür. General Bem
Türkiyədə islamiyəti qəbul ilə Murad Paşa
ismini almış və Türk əskəri hizmətinə
alınaraq orduda böyük rütbələr qazanmış
və nəhayət Hələb Valeliyində ikən vəfat
etmişdir.
Böyük
istiqlal mücahidi şimdi mütəşəkkir
vətəndaşları tərəfindən hür və
müstəqil Lehistana götürülüyor. Nə Məsud ölü!... Nə Məsud Vətən!...
"Odlu Yurd", temmuz (iyul) 1929, №5
Onuncu ildə!..
(Azərbaycan
"Çeka"sının ildönümü
münasibətilə)
1929 mayın 20-də Azərbaycan "Çeka"sının
təşəkkülündən 9 il keçdiyi
üçün "Çeka"nın indiki rəisi Novruz
Rzayev bu münasibətlə Bakıda türkcə nəşr
olunan "Komunist" qəzetəsində (№ 114) "Doqquz
illik fəaliyyət" haqqında uzun bir məqalə
yazmışdır. Rzayev məqaləsində
"Çeka"nın tarixi təşəkkülündən
bu vaxta qədər Azərbaycan daxilində
"Müsavat" firqəsinin gizli surətdə
çalışan təşkilatı ilə vaqe olan
mücadiləsindən, "Müsavat" firqəsinin 1922
sənəsindən 1929 sənəsinə qədər
"əskiyi (köhnəni) iadə və komunist
diktatorluğunu yıxmaq" üçün göstərdiyi
inaddan bəhslə bilxassə 1928 sənəsi
üzərində duruyor, diyor ki:
"1928 sənəsində
Azərbaycan Fövqəladə Komisyonu - "Çeka"
"Müsavat" firqəsinin yeni mərkəzini (?) kəza və Bakı şöbələrini, əskəri
və terror qrup və təşkilatlarını kəşf
və təsviyə etdi (?)".
"Kəşf və təsviyə olunan
(yəni Sibiryaya sürülən, qətl olunan və s.) "Müsavat" v.s. kontrrevolisyon
təşkilatları hüdud xaricində olan əksi-inqilab
idarə və təşkilatları ilə
münasibətdə bulunmuş, onlardan yardım və direktiv
almışlardı..."
Fəqət bolşeviklərin
"Çeka" mütəxəssislərinə məxsus raporlarında
bir lisan vardır. Daima
"Masavat" aradan qaldırıldı,
"gömüldü" deyən və böylə
deməyə alışqan olan, "Müsavat"ın
əbədi olaraq məhv edildiyini iddia edən
çekistlər bu dəfə yalnız
"təsviyə" təbirilə iktifa ediyor, eyni zamanda
böyük bir qorxu içərisində bulunduğuna bir
əlamət olaraq diyor ki: "Məhəmməd Əmin
Rəsulzadələr, Sovetlər İttifaqını
içərisindən dağıtmaq istiyorlar. Şübhə
yoxdur ki, bu təşəbbüslər nəticəsiz
qalacaqdır. Çünki
proletar diktatorluğunun lazımı orqanları
("Çeka", Qızıl Ordu) Sovet hökumətini
sarsıtmaq istəyən hər təşkilatın
kökünü vaxtlı-vaqtında yandırmaqdadır".
"Azərbaycan
çekistləri, Azərbaycan "Çeka"sı 10
ilinə daxil olarkən kəndi sıralarını bir qat daha
möhkəmlədəcək və fəaliyətini artıracaqdır".
İstilanın 10-cu ilində və
"Çeka" fəaliyətinin 10 ildən bəri 10
minlərlə milliyətçini imha (məhv) və
dəfələrlə "Müsavat"ı kəşf
"təsviyə" və "ilğa"
eylədikdən sonra, yenə "sıralarını
möhkəmlətmək" ehtiyacını hiss
eyləməsi, "Müsavat" və müsavatçı
adı qarşısında Azərbaycan komunistlərinin nə
böyük bir qorxu duyduqlarını
göstərməkdədir. Bu əndişə müsavatizmin
və bu təbirin ifadə etdiyi Azərbaycan İstiqlalçılığının
nə dərin bir kökə malik olduğuna dəlil ola bilir.
9 ildən bəri qətiyən
sönmədiyini, getdikcə alovlandığını və
Sovet hökumətindən ötrü, harsı, ədəbi,
iqtisadi, ictimai-siyasi və əskəri
cəbhələrdə böyük bir təhlükə
təşkil eyləməyə başladığını,
gəncliyin bilxassə məktəbli və
darülfünunların, hətta komsomolların belə, bu
dərin milli hərəkatda iştirak etdiklərini,
həbslərin, sürgünlərin, qətllətin Milli
Hərəkatda iştirak etdiklərini, həbsləri,
sürgünləri, qətlləri sövq və idarə
edən "Müsavat"ın kəndi fəaliyətini
durdurmadığını rəsmi "Çeka"
reporlarından öyrəniyoruz. Öyrəniyoruz ki, Rzayevin
təbirilə "ümumi Rusya
"Çeka"sının direktiv və rəhbərliyi
ilə" Rusyanın istila və imperyalizmi ilə
mücadilə edən və Azərbaycanın istiqlal və
qurtuluşu üçün "Çeka"nın qanlı
bodrumlarında canlarını sevə-sevə verən
Azərbaycanın həqiqi övladını imhayə
məmur bulunan Azərbaycan "Çeka"sı, qanlı
və vəhşi fəaliyətinin 10-cu ilində bu
qüvvətli və şanlı Milli Hərəkata
qarşı daha hızlı bir surətdə mücadilə yürütmək
məcburiyətini hiss edir.
"Çeka"nın bu "daha qüvvətlənmək" ehtiyacı,
bizim daha ziyadə qüvvətli olduğumuzdan iləri
gəlir. Bu da Sovet rejimi və bolşevik
hakimiyyətinin zəifliyini, milli istiqlal
hərəkatının canlılığını və
təbii bir xalq hərəkatı olduğunu
göstərməkdədir.
Bu, istiqlal
hərəkatının və rus istilası ilə olan
mücadilənin davam eyləməkdə olduğuna
şəhadət edər. Göstərir ki verdiymiz minlərcə qurbanlar
üzərinə yeni qurbanlar əlavə etmək
qarşısındayız.
"Çeka"nın bu 9 sənəlik vəhşətini xatırlarkən
vermiş olduğumuz böyük istiqlal qurbanlarının
müqəddəs xatirələri önündə diz
çökəlim! Onlara, o Pirilərə, Məhəmməd
Bağırlara, Dadaşlara, Ağa Kərim və Ağa
Səlimlərə minlərcə rəhmətlər
göndərəlim. Verdiyimiz qurbanların və
verəcəyimiz yeni şəhidlərin izlərilə o
böyük istiqlal qayəsinə doğru
yürütməkdə davam edəlim. Sıralarımızdan
Rəhimlərin, Əli Yusiflərin, Nəsrullah və
Əbülfəzlərin Məhəmməd Həsən
və Vahabların buzlu cəhənnəmlərə
göndərilməsi, Piri, Dadaş və Qasımların
qanlı bodrumlarda şəhadəti əzmimizi sarsıtmasın,
biz yeni qurbanlar verəcəyimizdən qətiyən
qorxmuyalım. Yalnız verəcəyimiz və verdiyimiz
qurbanlardır ki, bizi hürriyət və istiqlala
qovuşduracaqdır.
Böyük ölülərimizin,
"Çeka"larda uğrunda can verdikləri
müqəddəs Azərbaycan istiqlalına, yenə
böyük ölülərimizin mübarək vücudlarına
basaraq iləriləməliyiz.
Zalım və vəhşi
"Çeka"nın varlığına olan nifrət və
lənətlərimizi yalnız bu surətdə izhar
edəlim! İstiqlal mücadiləsindəki
inadlarımızla...!
M.B.Məhəmmədzadə
"Odlu
Yurd", temmuz (iyul) 1929, №5
525-ci qəzet.- 2019.- 17 dekabr.- S. 14; 15.