Nəsiminin 650 illiyinə həsr edilmiş nəşrlərin təqdimatı oldu
Ötən gün M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi
və Milli Kitabxananın birgə təşkilatçılığı ilə yazıçı-publisist,
professor Hüseynbala Mirələmovun
Böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Son səfər"
povestinin, Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın
görkəmli şəxsiyyətləri"
seriyasından nəşr
etdiyi "İmadəddin
Nəsimi. Biblioqrafiya" kitabının və "İmadəddin
Nəsimi-650" Elektron məlumat
bazasının təqdimat
mərasimi keçirilib.
Tədbiri kitabxananın direktoru,
professor Kərim Tahirov
açaraq, çıxışında
bu gün təqdimatı keçirilən
kitabların əlamətdar
günə, Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin doğum gününə təsadüf
etdiyini söyləyib
və ölkə rəhbərinə xoş
arzularını ifadə
edib. Nəsiminin ədəbi irsinin dövlətimiz tərəfindən
yüksək qiymətləndirildiyini
söyləyən professor Kərim
Tahirov Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1973-cü ildə
UNESCO səviyyəsində Nəsiminin 600 illik yubileyinin, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə 2017-ci ildə,
Parisdə UNESCO-nin baş qərargahında Nəsiminin vəfatının
600 illiyinin, 2018-ci ildə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
ölkəmizdə ilk dəfə
Nəsimi İncəsənət
Festivalının, o cümlədən,
2019-cu ildə Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən
respublikamızda və
onun hüdudlarından
kənarda Nəsiminin
650 illik yubileyinə və "Nəsimi ili"nə həsr olunmuş geniş miqyaslı tədbirlərin keçirilməsinin
mühüm əhəmiyyət
daşıdığını, böyük mütəfəkkir
İmaddən Nəsiminin
Azərbaycan şairi kimi dünyada tanıdılmasında xüsusi
rolu olduğunu qeyd edib.
Kərim
Tahirov çıxışında
qeyd edib ki, "Nəsimi ili" çərçivəsində
böyük mütəffəkkirin
zəngin ədəbi
irsini əks etdirən nəfis tərtibatda kitablar nəşr olunub, o cümlədən, Milli Kitabxana tərəfindən
"Mədəni sərvətlərimizin
vətənə qayıdışı"
layihəsi üzrə
dünyanın bır
sıra ölkələrindən
İmadəddin Nəsiminin
30-a yaxın əlyazmaları,
eyni zamanda Nizami Gəncəvinin 3 əlyazmasının surətləri
əldə edilib və orijinallığı
qorunaraq nəfis tərtibatda çap edilib. Bu layihənin davamı olaraq Sankt-Peterburqda olan Azərbaycanın görkəmli
şəxsiyyətlərinin əsərlərinin nadir nüsxələri,
qiymətli əlyazmalarının
və digər materialların, o cümlədən,
klassik Azərbaycan yazıçı və şairlərinin əlyazmalarının
və XIX-XX əsrin əvvəllərində çap
olunmuş dövri mətbuat materiallarının
araşdırılaraq siyahısının
tərtib olunmasına
başlanılıb. Professor çıxışında Milli
Kitabxana tərəfindən
eyni zamanda "Nəsimi ili"nə töhfə olaraq "Azərbaycanın görkəmli
şəxsiyyətləri" seriyasından İmadəddin
Nəsimi fundamental biblioqrafiyasının
nəşr edildiyini və "İmadəddin
Nəsimi-650" elektron məlumat
bazasının hazırlanaraq
geniş ictimaiyyətə
təqdim edildiyini söyləyib.
Prezident
İlham Əliyevin doğum günündə
belə təqdimatın
keçirilməsini yüksək
qiymətləndirən Mədəniyyət
naziri Əbülfəs
Qarayev deyib ki, bu gün
ölkə başçısının
uğurlu daxili və xarici siyasəti nəticəsində
Azərbaycan dünya səviyyəsində nümunəyə
çevrilib, regionun qabaqcıl dövlətləri
sırasındadır. Tədbir iştirakçıları
adından ölkə
başçısını təbrik edən nazir 2019-ci ilin "Nəsimi ili" elan olunmasını bütövlükdə mədəniyyətimizin
uğuru kimi dəyərləndirib.
Ölkə rəhbərliyi səviyyəsində
Nəsimi yaradıcılığına
daim diqqət göstərildiyini deyən
nazir 1973-cü ildə
ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
İmadəddin Nəsiminin
600 illik yubileyinin
UNESCO səviyyəsində qeyd olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli liderin qətiyyəti sayəsində Bakıda Nəsiminin heykəli ucaldılıb, bədii
film çəkilib, metro və
rayon şairin adına adlandırılıb,
onun əsərləri
ana dilində kütləvi çap olunub.
Müstəqillik dövründə isə Prezident İlham Əliyevin imzaladığı sərəncamların şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynadığını söyləyən Mədəniyyət naziri ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsinin daha geniş şəkildə tədqiq və təbliğ olunduğunu söyləyib.
Əbülfəs Qarayev deyib ki, "Nəsimi ili" çərçivəsində silsilə tədbirlər davam edir. "Nəsimi ili"nə töhfə olan daha bir incəsənət layihəsi dekabrın 27-də təqdim olunacaq. Həmin gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin "Nasimi passion" əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulub. "İmadəddin Nəsimi. Biblioqrafiya"sının hazırlanmasını "Nəsimi ili"nə dəyərli töhfə hesab edən nazir vurğulanıb ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun "Son səfər" povesti də xüsusi yer tutur.
Daha sonra İmadəddin Nəsimi haqqında qısa film nümayiş edilib.
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında bildirib ki, "Nəsimi ili" çərçivəsində təkcə AMEA-da 30-a yaxın kitab çap olunub və həmin kitablarda Nəsiminin yaşadığı dövrdən və özündən sonrakı nəsillərə nüfuz edən fəlsəfi ideyaları öz əksini tapıb. Akademik çıxışında onu da qeyd edib ki, Azərbaycan xalqının ölməz humanist şairi İmadəddin Nəsimiyə həsr olunmuş bu kitabların gələcək nəsillərə ərmağan olacaq və nə qədər ki, Azərbaycan xalqı var, Nəsimi bu gün də, sabah da yaşayacaq.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında Nəsiminin zəngin yaradıcılığından söhbət açaraq, onun yaradıcılığında həm özünün şəxsiyyəti, ideologiyası, həm də dili və milli mənəvi mənliyinin dayandığını qeyd edib. Akademik onu da qeyd edib ki, Azərbaycan, fars və ərəb dillərində çoxsaylı əsərlərin müəllifi olan Nəsiminin yaradıcılığını dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir.
Professor Hadı Rəcəbli, "Azərbaycan qəzeti"nin baş redaktoru, Bəxtiyar Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoy və professor Rüstəm Kamal çıxış edərək Seyid İmadəddin Nəsiminin zəngin ədəbi irsindən geniş söhbət açıb, Nəsiminin böyük söz sənətkarı və mütəfəkkiri olaraq, bir çox türk xalqlarının ədəbiyyatı və poeziya dilinə güclü təsir göstərdiyini söyləyiblər. Natiqlər Milli Kitabxananın "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəşr etdiyi "İmadəddin Nəsimi. Biblioqrafiya"sını fundamental nəşr adlandırıb, eyni zamanda, Hüseynbala Mirələmovun "Son səfər" povestində şair-mütəfəkkir Nəsimini hər şeydən əvvəl XX əsrin ikinci yarısının ədəbiyyatında yaradılmış ideal insandan daha çox təbii və real kamil insan kimi təsvir edildiyini bildiriblər.
Daha sonra Milli Kitabxananın "Elektron Kitabxananın İnkişafı şöbəsi"nin əməkdaşları tərəfindən hazırlanmış "İmadəddin Nəsimi-650" elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib.
Gənc şair Sevindik Nəsiboğlu İmaddədin Nəsimiyə həsr etdiyi şeiri ifa edib.
Sonda yazıçı-publisist, professor Hüseynbala Mirələmov çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Kitabxanasının kollektivinə təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 25 dekabr.- S.12.