Əminə Dilbaziyə həsr olunmuş elmi sessiya keçirilib
Azərbaycan xoreoqrafiya məktəbinin
tanınmış nümayəndəsi,
görkəmli rəqs
ustası, Azərbaycan
Respublikanın Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamını
rəhbər tutaraq Bakı Xoreoqrafiya Akademiyasında silsilə tədbirlər keçirilib.
Tədbirlərdən biri də
"Milli xoreoqrafiya sənətinin görkəmli
ustadı" mövzusunda
elmi sessiyadır.
Sessiyadan
öncə BXA-nın
tam orta məktəb şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Proqramda Xalq artisti Yusif Qasımovun,
Əməkdar artist Səbinə
Qasımovanın, Əməkdar
mədəniyyət işçisi
Lyudmila Qutlyanskayanın, Əməkdar
müəllim Pullumb Ağalıyayın, müəllimlər
Yekaterina Mustafayeva və Pərvin Nəcəfova quruluş verib hazırladıqları
milli və klassik rəqs nömrələri yer alıb.
Konsertdən sonra akademiyada Əminə Dilbaziyə həsr olunmuş sərgi açılıb. Sərgidə sənətkara məxsus səhnə geyimləri və aksesuarlar, rəssamlar tərəfindən
yaradılmış portret
və xalça, haqqında yazılmış
kitablar, məqalələr,
mükafatları, foto
materiallar və digər əşyalar nümayiş etdirilib.
Daha sonra
BXA-nın rəhbərliyi,
professor-müəllim, tələbə
heyətləri, magistrant,
doktorantlar, sənətkarın
ailə üzvləri,
elm, mədəniyyət və
incəsənət ictimaiyyəti
nümayəndələrinin iştirakı ilə elmi sessiya keçirilib. Tədbirdə
BXA-nın Sənətşünaslıq
kafedrasının müdiri
Əməkdar İncəsənət
xadimi, professor Rafik Sadıxov "Sənətdə
Əminə Dilbazi zirvəsi", BXA-nın Baletmeyster kafedrasının
müdiri, professor Lyudmila Həsənova
"Əminə Dilbazini
bütün dünya alqışlayıb", Bakı
Musiqi Akademiyasının
elmi işlər üzrə prorektoru, Əməkdar İncəsənət
xadimi, professor Gülnaz
Abdullazadə "Əminə
Dilbazi-Cövdət Hacıyev
yaradıcılıq vəhdəti",
Bakı Musiqi Akademiyasının elmi-tədqiqat
laboratoriyasının böyük
elmi işçisi Rauf Bəhmənli "Əminə Dilbazi Azərbaycanın qədim
rəqslərinin unudulmaz
ifaçısı kimi",
Bakı Musiqi Akademiyasının doktorantı
və Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nigar Bayramova "Əminə Dilbazinin səhnə fəaliyyətində Qılman
Salahovun "Qaval"
və "Naz eləmə" rəqsi",
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
magistrantı Emil Ağayev
"Rəqqasə Əminə
Dilbazi obrazı rəng və plastika ifasında" mövzularında məruzələr
edib.
BXA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Əbülfəz
Babazadənin moderatorluğu
ilə keçən elmi sessiyada sənətkarın qızı,
Florida Texnoloji İnstitutunun
Fortepiano kafedrasının professoru,
Azərbaycan-ABŞ Assosiasiyasının
Florida ştatı üzrə
mədəniyyət və
təhsil təşkilatının
direktoru, "Florida Keys" Beynəlxalq Musiqi Müsabiqəsinin təsisçisi
və art direktoru,
"Musiqi təhsili və autizm" fondunun təsisçisi Pərvin Muradova-Dilbazi, Azərbaycan Respublikasının
Xalq artistləri Yusif Qasımov, Cəmilə Bayramova, Roza Cəlilova, eləcə də Ə.Dilbazinin yaratdığı
əfsanəvi "Çinar"
rəqs ansamblının
üzvü Mədinə
İsmayılova sənətkar
haqqında öz xatirələri ilə bölüşüb, arxiv
video materiallar nümayiş
etdirilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 25 dekabr.- S.10.