Famil Mehdinin
işıq üzü görməyən şeiri
Onu illər öncə tanımışdım: 1996-cı ilin sentyabr ayında...
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi
kimi ilk dərslərimizdən
biri məhz onun mühazirəsi olmuşdu... Professor Famil Mehdinin...
23 il ötüb
o vaxtdan. Amma onun nurani siması,
özünəməxsus gülüşü,
vüqarlı duruşu,
oxuduğumuz ədəbiyyatların
üz qabığının
rəngiylə belə
maraqlanması, diqqəti
və tələbkarlığı,
ciddiyyəti və qayğıkeşliyi sanki
dünənmiş kimi
yadımdadı... Milçək belə uçsa qanadının səsi eşidilirdi onun dərslərində. Günlərlə
M.F.Axundov adına
kitabxanada Proxorovun, Zasurskinin əsərlərini
oxuyub tərcümələr
edirdik onun məşğələlərinə hazırlaşanda. Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev haqda sənədli film hazırlayanda tələbəsi
üçün elçi
getmiş müəllimindən
- bizim Famil müəllimdən müsahibə
də almışdıq.
O qədər əziz
və unudulmaz xatirə var ki... Amma nədənsə Famil müəllimin 85 illiyi münasibətilə
xatirələrimi vərəqləyəndə
ilk öncə, IV kursun
son günlərində yaşanan
bir hadisə düşdü yadıma.
Bu gün də
qalib gələ bilmədiyim duyğusallığıma
qapılaraq, bir xatirə dəftəri hazırlamışdım, həm
də sadəcə və məxsusi olaraq, müəllimlər
üçün. Fakültəmizin
tələbələrə hər zaman həm də bir həmkar kimi yanaşan əziz müəllimlərinə
bir-bir yaxınlaşaraq,
bir az
çəkingən, bir
az həyəcanlı,
bir az da
kövrək şəkildə
ürək sözlərini
yazmağı xahiş
edirdim. Nə yaxşı ki
xatirə dəftərimi
yazanlar sırasında
onun da adı
oldu. Tək ona görə
yox ki, professor Famil Mehdi 4 illik
tələbəsi, dəyər
verdiyi qrup nümayəndəsi kimi bir gənc jurnalistə
öz ürək sözlərini əsirgəməmişdi.
Həm də ona görə ki, bu dəftərdən
başqa heç yerdə olmayan, oxucuları sadəcə bu dəftəri oxuyanlarla məhdudlaşan,
amma sahilsiz dəniz kimi müəllim sevgisindən
və böyük ürəyə malik şair ilhamından pərvazlanan bir şeir yazılmışdı
o gün...Bəli, illər öncə - 4 aprel 2000-ci ildə professsor Famil Mehdi IV kurs tələbəsi
Billurə Aslanovanın
xatirə dəftərinə
öz ürək sözlərini şeirlə
yazmışdı. O şeiri
və xatirə dəftərində əziz
müəllimimə ünvanladığım
təqdimatı olduğu
kimi bu yazıya
əlavə etdim.
Ruhun şad olsun, şair!
Yubileyin
mübarək olsun, əziz müəllimim!
***
Famil Mehdi - (Jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi kafedrasının
müdiri)
Qısa
arayış: sözündən,
nəfəsindən Qarabağ
yanğısı əksik
olmayan, fakültə ağsaqqalı, hər mühazirəsi bədii-publisistik
əsərə bərabər
müəllim, el dərdindən
yazan şair. İlk yazımın ilk oxucusu.
(27.12.1996 - “Gənclik” qəzetində,
I kurs)
İlk dərsi: 04.09.1996 (çərşənbə
günü, I saat), I kurs, 517-ci auditoriya
Ən yadda qalan
görüş: kövrəlmiş professorun evlərindəki söhbəti
(28.04.1997) Qeyd: onu heç belə görmək istəməzdim.
Allah
rəhmət eləsin...
Billurə
Aslanqızı
jurnalist,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 27 dekabr.- S.8.