Billurə
Mənim
Billurə nənəm,
Mənim Billurə balam.
Balam, pətəkdə balım,
Mənim
tərcümeyi - halım
–
Mənim gözəl tələbəm.
Bəlkə də bu dünyada
Ən böyük mükafatım,
Ən uğurlu
qələbəm.
Əyilmədim qız balam,
Nə padşaha, şaha mən,
Yalnız,
yalnız sığındlm,
Göydə bir Allaha mən.
Ən gözəl ordenim də,
Ən qəşəng medalım
da
Sən oldun - siz oldunuz.
Ömrümdə, taleyimdə
Ulduz tək doğuldunuz.
Gözəllər görən gözüm,
Gözəllik tacım oldu.
Ən qeyrətli analar,
Ən namuslu bacılar,
Öz anam, bacım oldu.
Arzum budur ki, səsin
Şuşadan, Kəlbəcərdən,
Ağdamdan gəlsin, qızım.
Qələmin dağlar deşib,
Qayalar dəlsin,
qızım.
Gözəl, göyçək, Billurə,
Vallah sənin yanında
Almaz nədir,
billur nə?
Babalar da çağrar,
Nənələr də çağrar
Səni Billurə nənə!
Famil Mehdi
4 aprel, 2000-ci il. Bakı
525-ci qəzet.- 2019.- 27 dekabr.- S.8.