Söz
1973-cü ildə qədim adı Muğan olan Parsabad şəhərində dünyaya göz açıb. İbtidai və orta məktəbi həmin şəhərdə bitirib, sonra əsgərlik xidmətini başa çatdırıb. İşləyib, ailəsinin dolanışığı üçün əziyyət çəkib. Ailə qurduqdan sonra Tehrana üz tutub. Ali təhsilə alıb. Mircamalın ədəbiyyat aləminə qədəm qoymasında şair qardaşı Mircəlil Hüseyninin böyük təsiri olub. Azərbaycanın çağdaş dövr tanınmış şairləri ilə ünsiyyət qurub, klassik ədəbiyyatı öyrənib və şeir sənətinin incəliklərinə varıb.
Muğan ədəbiyyat dərnəyinin fəal üzvüdür. Dörd şeir kitabını çapa hazırlayan şair hələ ki, onların çapına nail ola bilməyib...
Zaman gedir,
Baxır
həsrət bir göz,
Ömür imiş unutduğum.
Ürəyimdən nə hay gəlir,
nə bir xəbər,
Laxtalanıb sükutumda bütün sözlər.
Nə kimsəni dinləməyə
halım vardı,
Nə kimsəyə
danışmağa yaxşı
bir söz.
Sözsüz qalıbdır söz...
Qələmim
Ey mənim duyğulu odlu qələmim,
Həyatın o gizli üzündən danış.
Ey şərəf yurdunda əsən ələmim,
Qorxmaz ol, vicdanın əlindən yapış.
Yaşamın sirrini öyrəndin
demək,
Çox baha uğurdur çox gözəl paydır.
Qiyməti min dəfə ölmək-dirilmək,
Zülmətdə doğulmuş bir yeni aydır.
Zamanda birləşir fasilələr
də,
Qorxuda itirir özünü insan.
Saxta qürurların lap iç
üzündə.
Aydın həqiqəti ayaqlayırsan.
Hansısa bir gücü axtaranların,
Gözucu
baxsanız müəmmasına
Tapmayır bir arxa gizləyə canın,
Özü də lam baxır
uçulmasına.
Elə çal qanadı bilməsin fələk,
Yaxanı vicdanın əlinə vermə.
Uç
yerdən, havalan görünməz ruh tək,
Nə duyğu
danışsın, nə
də ki kəlmə.
Vücudum böyüyüb gəlmir
əynimə,
Daşıya bilməyir ruhumu bədən.
Ey sənin yolunda əzab çəkdiyim,
Saxlaya bilmədin
İnciyi vətən.
Qarabağda
Səsləndi "Heyratı", "Cəngi", "Koroğlu",
Üz tutub igidlər cəbhəyə doğru,
Titrəyir qorxudan qəsbkar
oğru
Göstərib ordumuz şan, Qarabağda!
Çatdı savaş çağı,
kişilik çağı,
Dirəndi sümüyə dözüm
bıçağı,
Eşitsin elimin hər bir qocağı,
Yurduma gərəkdir can Qarabağda!
Ağardıb əsarət Zəngəzur
saçın,
Gözləri yoldadır Kəlbəcər,
Laçın,
Müqəddəs Şuşanın qolların
açın
Ağlasın şikəstə Xan
Qarabağda!
Hər kimsə düz deyir, anamdır vətən,
Buyursun meydana geyinsin kəfən...
Yaltaqlar
görünmür gözümə
nədən,
Əsarət deyilmi mən (yasaq - red) Qarabağda?
And olsun ürəkdə qalan sözlərə,
Qızların canını yaxan
közlərə,
And olsun süngüylə çıxan gözlərə
Erməni
qusacaq qan Qarabağda!
Görməsə düşməni dardan
asılı,
Çətin ki, bağışlar
bizi Xocalı...
Düşmənin o zaman pozular halı,
Ordumuz görəndə san Qarabağda!
Arzumdur,
elə ki basıldı yağı,
Ucaldı
Şuşada vətən
bayrağı,
Görəydim yuxudan ayılan
çağı
Sökülmüş bu səhər dan Qarabağda!
Mircamal HÜSEYNİ (İNCİK)
525-ci qəzet.- 2019.- 27 dekabr.- S.15.