DƏRDİN
GÖRÜNMƏYƏN TƏRƏFİ
("Özümlə söhbətlər"dən)
Nalı düşmüş kəhər kimi
Dırnağı qançırdı dərdin...
Toxdamır, durmur, elə bil -
Dalağı sancırdı dərdin...
Yeri kirpikləri eşir...
Göyü ahının tüstüsü...
Az qala sinəmi deşir -
Dərdin qat kəsmiş ütüsü...
Nə sözə, sığala yatır,
Nə fürsəti dincə qoyur...
Çəngəlini elə atır -
Adamın ruhunu soyur!..
Ovutmağın, dil tapmağın
Susur, yolunu bilən də...
Dərd
unudar at çapmağın
-
Sevgim üzümə gülən
də!
BİR AĞRININ ŞEİRİ
Son kərə vuraraq dişə
ruhumu çəkmisən
şişə...
Sığmıram evə, nə işə -
həyacanımdan...
Günüm sovrulduqca hədər
dedim qismətdi bu qədər...
inanmazdım ki, bu kədər -
gələ Canımdan...
Duyuram, ürək üzülür
halıma dodaq büzülür...
gör necə səssiz süzülür
-
həya, canımdan...
Düşübdü, yarpaq solmayıb
çartlaqdı - kasam dolmayıb...
belə bezdiyim olmayıb -
hələ, canımdan!..
AĞRIDAN DOĞULAN ŞEİR
(Özümdən-özümə)
Soyuqdu, üşüyürəm
Bükün torpaq yorğana...
Heç
kim də
acımasın -
Bu soyuqdan qorxana...
Nişangahdı kürəyim...
Bitir sözə gərəyim!
İstəmirəm ürəyim -
Çınqı, çınqı qorrana...
Olan keçdi - min şükür
Kirpiklərim yaş bükür...
Etməyə cəm tay fikir -
Bu gor, bu da
gorxana!..
Dərdin
sinəsin cızıb
Əbülfət vida yazıb....
Yerin boynundan asıb -
Gəlmə, dünya XORXANA!..
ÜRƏK AĞRISI
("... və hamıya" silsiləsindən)
Hər ağrının öz dadı var,
Baldı,
ürəyin ağrısı...
Anlayıb, duymayan kəsə
-
Laldı,
ürəyin ağrısı!..
Baxa-baxa
bu zalıma
Cavab gəzir sualıma...
Yetənəcən vüsalına -
Kaldı,
ürəyin ağrısı...
Qucaqlayıb bir daşı tək
Gileyləndim bir naşı tək!..
Mənimlə can sirdaşı tək
-
Qaldı,
ürəyin ağrısı!
Səssiz
qoşub vaxt xoruna
And içdirdi, bəxt goruna!
Əbülfəti öz toruna -
Saldı,
ürəyin ağrısı!
DAĞLAR, MƏNİ
GÖZLƏMƏYİN...
Üzümü sizə tutmuşam,
Ot bitən - izə, tutmuşam...
Dərdimi üzə tutmuşam
-
Dağlar,
məni gözləməyin...
Çax-çaxam - baş ağrıdıram
Yerdən
qoymur, ağrı, duram!
Ömrü boşa bağırdıram
-
Dağlar,
məni gözləməyin!
Qəlbimdən axan qara qan
Yaradı
vallah, yara, qan!
Bezibdi məndən Yaradan -
Dağlar,
məni gözləməyin!..
Dizimdən təpər, candan
qor
Tükənir, artır gözdə
tor!
Məni
həmənki kimi gör! -
Dağlar,
məni gözləməyin...
Bir qərib ahdı çəkilən
Qəmli,
şər vaxtı çəkilən!
Çarmıxa baxdı - çəkilən,
Dağlar,
məni gözləməyin!
Özümü yenib, gələcəm...
Şam kimi sönüb, gələcəm!
Ruh kimi dönüb, gələcəm -
Dağlar,
məni gözləməyin!
DƏLİ BİR İSTƏK
(Saralmış dəftərdən)
Sonuncu duayam - oxuyun yavaş...
Oxuyun, siz məni duyana
kimi!..
Əliniz
Tanrıdan üzülməsin
kaş -
Siz məni oxuyub doyana kimi...
İstəyin, bilirəm, qurtulmaq
məndən
Çəkdiyim saralıb - olubdu
dən-dən...
Nə Ondan küsəcəm, nə də ki, səndən -
Yuata götürüb yuyana kimi!
Gör necə
göynəyir bağrımın
başı?
Buzlayır kirpikdə gözümün
yaşı...
Tanrı
əlindədi bil, məhəng daşı -
Çəkib atacaqdı o yana kimi?!
Bu necə yazıdı, bu nə cür
xislət
Daş üstə göyərir seçdiyim qismət!
Sənə yar gülləsi
dəysin Əbülfət,
-
Mən birdən üçədək
sayana kimi!
SUALIN ÖZÜNDƏKİ CAVAB
(Sevib-sevilənlərə)
Sənə kim demişdi bu talehi seç? -
indiki seçmisən
- acısını çək!..
Mənim
uduzduğum olmamışdı
heç -
Sevirəm! - deməyə gecikdiyim tək!..
ACI BİR TƏBƏSSÜMÜN
ŞEİRİ
("... və hamıya" silsiləsindən)
kədər göy qurşağı tək
kəsib, keçir
içimdən...
sıx gözünü
ovcuma,
susamışam, içim
mən...
gördün? - bu da belə,
bil
dən səpilir telə, bil...
yorulmuşam, elə
bil -
qayıdıram biçindən...
bu yol - gedər, gəlməzdi...
kirpiyi nəm silməzdi!
heç kim edə bilməzdi -
sən etdiyin seçimdən!..
ot bitirmir hər yağış
göz oxşamır hər naxış...
bu son, bu da yır-yığış
-
nə danışım
köçümdən...
PIÇILTI...
(Köhnə dəftərdən bir quru ləçək)
Mənim
bildiyim bir yol var
Orada sağ, nə də sol var...
Səssizcə hörülüb qollar
-
Qız belinə...
Gör necə əzizdi xətri
Olubdu göy özü çətri...
Hopubdu Cənnətin ətri -
Qız telinə...
Bir imana, bir də
dinə
Yaylaq yeri - yurddu sinə...
Nə qədər düşsəm
də yenə -
Qız
"selinə"...
Dərd
dibi çıxıb
qazmağa
Tanrım
sap gəzir asmağa...
Verib cəzamı yazmağa -
Qız əlinə...
Burda kimsə həyan olmur
Ha alışıb. ha yan, olmur!
Mən çəkənlər əyan
olmur -
Qız,
elinə!
MƏNİM BÜTÖVLÜK
ANLAYIŞIM...
(Özümə
və çevrəmdəki
mənzərəyə)
Dan üzünə üz çıxartdım - üzümü
Mənə görə düz
çıxartdım, üzümü...
Sənə görə, süz,
çıxartdım üzümü
-
Gördülər ki, yenə ağdı, həmən ağ!
Qeybət,
bir də xəyanətdən qorundum
Haqsız
qınaq olmağımdan
yoruldum...
Hamı
üçün çınqı
oldum, qor oldum -
Gördülər ki, yenə bağdı, həmən bağ!
Sözümü də, işimi
də yarıtdım
Ürəyimdə çox arzumu qarıtdım...
Təbəssümlə göz yaşımı sarıtdım
-
Gördülər ki, yenə sağdı, həmən sağ!
Çox
gülləyə, çox
küləyə sədd
oldum
Bütövlüyə və dostluğa hədd oldum...
Bu dünyada tək sevgiylə fət oldum -
Gördülər ki, yenə dağdı, həmən dağ!
Tanrı
hakim, zaman şahid, mən bəndə
Günahı gör, məndə
yox, sən mənbəndə!
Tay güvənmə bacardığın
sən fəndə -
Gördülər ki, yenə laxdı, həmən, lax!
GECİKMİŞ ETİRAF
(Məni bağışlayın, ruh
adamları)
Məni
bağışla...
üzündəki təbəssümə...
kirpiyindəki
iki damla yağışa...
bağışla ki,
mən indi bildim
dünya nə imiş...
gerçək bildiyim
əfsanə imiş
-
duyanlar üçün...
mən indi bildim ki,
ağda qara var...
göydən o yanda da
özgə hara var -
duyanlar üçün...
mən indi bildim ki,
ürək nə imiş -
Tanrı
məktubudu -
göylərdən gəlmiş
-
duyanlar üçün...
mən indi bildim ki,
kimsəndi gülüm,
mən biçim bəndə...
və bir də
bildim ki,
gəlirmiş ölüm
-
hər şeydən
doyanlar üçün...
HƏLƏLİK
(Özümə
təsəlli üçün
yazdıqlarımdan)
Ovuduram özümü -
hələlik...
sınayıram dözümü
-
hələlik...
dırnağım torpaq cırır,
yumruğum yarpağı
qırır...
bax, dərd mənə tor qurur -
hələlik...
yaş deyəsən, güc gəlir
göz yaşlarım güclənir...
sözüm tək-tək
cücərir -
hələlik...
bir ağ yolu aşıram
bir dağ yolu aşıram.
guya sağollaşıram
-
hələlik!
AND İÇİRƏM
(Allahımın və ... önündə)
Ruhdu qapını döyən
Qarşıla, oxşa, bəyən.
Sənin
ayağın dəyən
-
Hər yerə and içirəm!
Olmayanda
yanında
Həmin
o bir anı da -
Hiss etdinmi canında -
Sən pirə and içirəm!
Sən mənim hər kəsimsən...
Dinimsən, nəfəsimsən...
Yaşamaq həvəsimsən -
Min kərə and içirəm!
İçimdə lillənir yaş
Nəm çəkir məndən
dağ, daş...
Sənə, bir də, duya kaş -
O,
BİRƏ and içirəm!
Çəkdiyim fərqli çeşid
Sevgim - özü də behişt!
Bax qəlbinə və eşit -
Bu cürə and içirəm!..
Əbülfət Mədətoğlu
525-ci qəzet.- 2019.- 29 dekabr.- S.23.