"İki cahana sığmayan dahi"

 

NƏSİMİYƏ HƏSR OLUNMUŞ TƏDBİR-KOMPOZİSİYA TƏŞKİL EDİLİB

 

 

Dekabrın 25-də Nazim İsmayılov adına 80 nömrəli məktəbdə böyük Azərbaycan şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "İki cahana sığmayan dahi" adlı tədbir-kompozisiya keçirilib.

 

Tədbirdə tanınmış ziyalılar, ədəbiyyat incəsənət xadimləri, məktəbin müəllim şagird kollektivi, keçmiş məzunlar, valideynlər media nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə qonaqlar məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.

Məktəbin 9-cu sinif şagirdləri Nurlan Cəbrayılzadə Səadət Binnətlinin aparıcılığı ilə baş tutan tədbirdə Nəsimi rolunu məktəbin məzunu, gənc aktyor, "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsinin qalibi Ağaəli Kərimzadə ifa edib.

Qonaqlardan nəsimişünas alim, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva çıxışında Nəsimi şəxsiyyəti onun ədəbiyyatdakı, tarixdəki iziylə bağlı məlumat verib: "Nəsiminin təsir dairəsi bir ucu Balkan, bir ucu Hindistan, bir ucu Ərəb ölkələri olmaqla çox böyük bir coğrafiyadır. İllər, əsrlər boyunca Nəsiminin sözü ədəbi məktəb olub. Bu gün bu, davam edir. O, bu gün istər Qərbdə, istər Şərqdə öyrənilir, örnək götürülür. Çox sevindiricidir ki, bu gün bizim uşaqlar da Nəsimi irsinə müraciət edir, onu öyrənir, onun geniş, ucu-bucağı görünməyən ümman fikir dənizindən özlərinə hardasa müəyyən damlalar götürürlər ki, bu, gələcəkdə inkişaf edəcək".

Daha sonra Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Nəsimi şəxsiyyətindən söz açıb, "Nəsimi" filminin çəkilişləriylə bağlı xatirələrindən danışıb.

Digər qonaqlardan məktəbin məzunu, yazıçı, jurnalist Şahanə Müşfiq, şair Gülarə Munis, Sabunçu rayonu Gənclər İdman idarəsinin baş məsləhətçisi Elnarə Məmmədova, Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev başqaları çıxış edərək maraqlı tədbirə görə zəhməti olanlara təşəkkürlərini bildiriblər.

Tədbirin bədii hissəsində məktəbin şagirdlərindən Fatimə, Xanbala, Aysu, Ayşə, Azad, Əlirza başqaları Nəsiminin şeirləri, qəzəllərini səsləndirib, müxtəlif musiqi nömrələri ifa ediblər. Müğənni Hikmət Şükürovun ifası (tarda Təbriz Qədimalıyev, kamançada Fərrux Həşimov) tədbirə başqa rəng qatıb.

Sonda  çıxış edən məktəbin direktor əvəzi İlahə Axundova qeyd edib ki, Nəsimi hər zaman öyrənilməli öyrədilməli şəxsiyyətdir: "Bu tədbir Prezident İlham Əliyevin sərəncamı ilə qeyd etdiyimiz "Nəsimi ili"nə bir töhfəmiz idi. Şagirdlərimizin Nəsimi irsinə bu marağı sevgisi çox təqdirəlayiqdir. Biz müəllimləri olaraq onlara hər zaman bu cür şəxsiyyətlərimizi, ədəbiyyatımızı, tariximizi, mədəniyyətimizi ən yaxşı şəkildə öyrətməyə, tədris etməyə çalışırıq. Bundan sonra da çalışacağıq".

Məktəbin müəllimləri Elnarə Əliyeva Mahirə Hüseynovanın dəstəyi ilə reallaşan "İki cahana sığmayan dahi" tədbirinin ssenari müəllifi məktəbin dil-ədəbiyyat müəllimi Rasimə Abbasova, təşkilatçısı təşkilati işlər üzrə dərs hissə müdiri Məlahət Məhərrəmovadır.

 

MEHRİ

 

525-ci qəzet.- 2019.- 29 dekabr.- S.13.