Səməd Mənsurun 140 illiyi qeyd olundu

 

 

 

Yanvarın 31-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Mədəniyyət evində Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair Səməd Mənsurun (1879-1927) 140 illiyinə həsr olunmuşHəpsi rəngdiradlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyiSəməd Mənsur. Biblioqrafiya”, Yadigar ƏsgərovanınSəməd Mənsur. Həyatı yaradıcılığı akademik Nizami Cəfərovun Türkiyədə çap olunanSamed Mansurun şiirikitablarının təqdimatı da olub.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, mədəniyyət, ədəbiyyat ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət evinin foyesindəSəməd Mənsur 140” başlığı altında təşkil olunmuş kitab sərgisinə şairlə bağlı eksponatların sərgisinə baxıblar.

Tədbirin aparıcısı - Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Səməd Mənsurun həyat yaradıcılığı haqqında geniş məlumat verib: “Səməd Hacı Əhməd oğlu Kazımov Bakının Əmircan qəsəbəsində doğulub. Rus-müsəlman məktəbində təhsil alıb, rus, ərəb fars dillərini mükəmməl öyrənib. Mənsur”, “Səməd Mənsurtəxəllüsləri ilə şeirlər yazıb”.

Xalq yazıçısı Anar görkəmli ədibin Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlərin əhəmiyyətindən danışıb: “Səməd Mənsur ədəbiyyatımızın ən böyük simalarından biridir. Şairin yaradıcılığı vasitəsilə qədər böyük sima olduğunu dərk edirik. Onun şairlik fəaliyyəti satirik lirik istiqamətdə olub. Şair klassik şeirlərlə yanaşı, əsasən satirik əsərlər yazıb, ictimai bəlaları tənqid edib”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Səməd Mənsur yaradıcılığı ilə ədəbiyyatımızın görkəmli simalarındadır. Sənətkar yaşadığı mühitdə riyakarlar, məsləksizlər arasında sanki üsyan qaldırırdı. Həyatının bir dönəmi XX əsrin mürəkkəb ictimai-siyasi prosesləri dövrünə düşən şair haqsızlıqlarla heç zaman barışmayıb. Milli azadlıq, milli mənlik, ana dili məsələləri Səməd Mənsur yaradıcılığının ana xəttini təşkil edir.

Qeyd olunub ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra görkəmli maarifçi, şairpublisist Səməd Mənsurun da xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görülüb. Yaradıcılığı haqqında tədqiqat əsərləri çap edilib.

Filologiya elmləri doktoru Şirindil Alışanlı Səməd Mənsurun həyat və fəaliyyətinə nəzər salaraq vurğulayıb ki, sovet dövründə onun yaradıcılığı bir qədər kölgədə qalıb. Əsərlərinin çap olunmasına icazə verilməyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Səməd Mənsurun yaradıcılığı haqqında Xalq yazıçısı Anarın, akademik Nizami Cəfərovun, tədqiqatçı alim Yadigar Əsgərovanın məqalələri, kitabları işıq üzü görüb. Bundan sonra geniş ictimaiyyət görkəmli şairi layiqincə tanımağa başlayıb.

Tədbirin bədii hissəsində Bakı Uşaq Teatrının aktyorları iştirak edib.  İlqar Fəhminin ssenarisi əsasında hazırlanmış ədəbi-bədii kompozisiyada Səməd Mənsur obrazını Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan canlandırıb. Kompozisiyada aktyorlardan Mehman Piriyev, Qurban Əhmədov, Nərminə Məhərrəmova, Elçin Cəfərov çıxış edib. Musiqi tərtibatı Rauf  Hüseynliyə,  kompozisiyanın səhnə tərtibatı Sevda Məmmədovaya məxsusdur.

Tədbirdə Səməd Mənsurun şeirləri səsləndirilib, incəsənət ustalarının ifasında ədəbi-bədii kompozisiya təqdim edilib, şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 2 fevral.- S.13.