Siseron - natiqliyin sinonimi
(Əvvəli
ötən şənbə saylarımızda)
Siciliyalı getdikdən sonra Siseron kabinetində tək
oturmuşdu, dəri şarı bir əlindən o bir əlinə
atırdı, bu əllərini möhkəmləndirmək məşğələlərindən
biri idi. O, “Rəqs
edən Ustadın” və “Qabanın”
yaxınlığını bilirdi. Onlar bir
müddət bir yerdə olmuşdular. O düşünürdü
ki, onun mövqeyində olan adam dəli
olmalı idi ki, Hortensi və Verresə qarşı
çıxıb özünü dolaşdırsın. Həm də bəzi siciliyalılar heç Roma vətəndaşları
da deyildilər.
O, səhər
tezdən qızı Tulliyanın əlindən tutub,
küçədə hər kəsi öz adı ilə
salamlayırdı və qulu Tirona dedi ki, siyasətdə birinci
qayda sifəti heç vaxt yaddan çıxarmamaqdır. Şəhərdə küçə ilə gedəndə
iki qulu onun sənədlərini aparırdı, bu sənədlərlə
o, məhkəməyə gedəcəkdi. Bir
düjün şikayətçi də Eskvilin təpəsindən
düşürdü. Burada Siseron
yaxşı tanınan şəxs idi, maraqlarını təmsil
etdiyi dükançıların və tacirlərin qəhrəmanı
idi. Onlar bir neçə il idi ki, onu
müşahidə edirdilər. Hamı
başını əyməklə onu salamlayırdı.
Həmin vaxt altı, ya yeddi məhkəmə, demək
olar ki, öz daimi sessiyalarını keçirirdi, onların hər
biri Forumun müxtəlif yerlərində yerləşirdi. Hər bir məhkəmənin
pretoru öz binalarından bura gəlirdi və yarım
düjün lektor onun yolunu adamlardan təmizləyirdi. Hortensinin özü bu vaxt pretor idi, o, Senat
tribunasına tərəf gedirdi. Hortensinin
Siserondan acığı gəlirdi, ancaq o, çox
yaxşı maneralara malik idi, bu dəfə sadəcə olaraq
onu görmədi.
Mərkəzi
cinayət məhkəməsində on beş
yaşlı Qay Popilli Layen məhkəmədə öz
atasına ölümcül xəncər zərbəsi
vurduğuna görə ittiham olunurdu. Böyük
kütlə məhkəmə iclasının
başlanmasını gözləyirdi. Romalılar
məhkəməyə “tribunale” deyirdilər. Siseron müdafiə üçün sonuncu
çıxışını etməli idi. Kifayət qədər nəzərlər ona
dikilmişdi. Əgər o, jürini
inandırmaqda uğursuzluğa uğrasa, oğlan ata qatili kimi
məhkum ediləcəkdi. Çılpaq
soyundurulub qana bulaşana qədər qamçılanacaq və
sonra isə it, xoruz və gürzə ilə birlikdə kisəyə
salınıb ağzı tikiləcək və həmin kisə
Tibr çayına atılacaqdı.
Siseron müttəhimin dayısının yanında,
müdafiə üçün nəzərdə tutulan skamyada
oturmuşdu.
O, müşahidəyə dalıb fikirləşdi ki, “Biz, həqiqətən
də, bəraətə nail olmalıyıq, bu vaxt Popillini it,
xoruz və gürzə ilə birlikdə ağzı
tikilmiş kisədən azad edəcəyik”. O, müştərisinin
təqsirkar olub-olmadığına görə heç vaxt təşviş
hissi keçirmirdi, bu, məhkəmə üçün idi.
O, ən yaxşı olan saydığı bir işi görmək
istəyirdi, həm də Popilli Layen lovğalana bilərdi ki,
onların nəsil şəcərəsindən dörd nəfər
konsul çıxmışdır, onun özü də nə
vaxtsa bu vəzifə üçün mübarizəyə
başlasa, onlar ona dəstək verməyə borclu idilər.
Siseron
qullarına dedi ki, özlərini narahatlıqdan qorumaq
üçün çıxıb getsinlər, özü isə
burada kifayət qədər yaxşı çıxış
etmək istəyirdi. O, öz müştərisinə tərəf
nəzakətlə əyilib dedi:
-
Günaydın, Popilli, mən inanıram ki, biz tezliklə, bunu
həll edəcəyik.
Sonra qulu
Tirona tərəf dönüb de
di:
- Mənim
sənə daha mühüm tapşırığım var.
Qeyd dəftərçəni mənə ver. İstəyirəm
ki, sən Senat binasına gedəsən, orada baş məmuru
tapasan və görəsən ki, bu günorta buradakı
qaydaya təsir etmək üçün belə bir
kağızı əldə etmək şansı varmı? O,
sürətlə yazdı: “Bizim siciliyalı dostumuza heç
nə demə. Böyük təhlükə
vardır. Biz ehtiyatla hərəkət etməliyik,
əlverişli vaxt gələndə addım
atmalıyıq”.
O,
kağızda yazmışdı: “Bu binanın rəyi elədir
ki, əyalətdə qadağan olunan ağır cəza ilə,
adamların özü məhkəmədə iştirak etmədən,
onları ittiham etsin”. Beləliklə, o, öz
böyük rəqibinə axırıncı
çağırışını etmək istəyirdi.
Bu, əslində, müharibə bəyannaməsi
idi.
Celli Publikola noyabr ayı üçün sədrlik edən
konsul idi. O,
köhnə məktəbə məxsus olan səfeh hərbi
komandan idi. O, filosofları heç sevmirdi.
Məhkəmədə Siseron artıq
çıxışına başlamışdı. O deyirdi ki, əgər gənc
Popilli bəraət alsa, öz ömrünün qalan hissəsini
hərbi xidmətə həsr edəcəkdir. Bu
vaxt ittihamçı, jüri və həm də onun öz
müştərisi bütünlüklə təəccüb
içərisində idilər. Bu, sadəcə
hiyləgərlik idi. Böyük vəkil
planlaşdırılmış digər
çıxışa malik idi.
Bu, təbii
bir şeydir ki, heç də bütün siyasətçilər
böyüklüyə nail ola bilmirlər.
O vaxt Senatda işlərini davam etdirən 600 adamdan yalnız
8-i məhkəmələrdə sədrlik etmək
üçün hər il pretor seçilə
bilərdi və onların yalnız ikisi konsul imperium-u (hakimiyyətini)
əldə etmək üçün daha uzağa gedə bilərdi.
Başqa sözlə, bu sayda adamların
yarısından çoxu Senatdan kənarda, ümumiyyətlə,
heç bir vəzifəyə seçilə bilməzdi.
Onlar aristokratlar olmaqla “pedarii” - öz ayaqları
ilə səs verənlər adlanırdılar. Həm də bu vətəndaşlar respublikanın
onurğa sütunu - bankirlər, biznesmenlər və
İtaliyanın hər tərəfindən olan torpaq sahibləri
idilər; varlı, nəzakətli və vətənpərvər
adamlar idilər. Siseron kimi, onlar çox
vaxt “yeni adamlar” olmaqla, öz nəsillərində ilk dəfə
olaraq Senata seçkini udmuşdular.
Qədim ənənəyə görə, bu, sonra da
davam etdirilirdi.
Senatın qapıları açıq
saxlanılırdı ki, xalq müzakirələri eşidə
bilsin. Celli çıxışında cəbhəni
tərk edən ordu komandirləri haqqında
danışırdı. Bütün
üç cəbhədən gələn xəbərlər
yaxşı idi. Cənubi İtaliyada çox varlı
Mark Krass,- o, bir dəfə lovğalanmışdı ki, nə
qədər ki, təkcə öz gəliri hesabına 5 min nəfərdən
ibarət legion saxlaya bilir, heç kəs onunla müqayisədə
özünü varlı adlandıra bilməz, - Spartakın
qul üsyanını böyük qəddarlıqla
yatırtmışdı. İspaniyada
Böyük Pompey 6 illik vuruşdan sonra qiyamçı
orduların axırıncısını məhv etmişdi.
Kiçik Asiyada Lutsi Lukull çar Mitridat üzərində
şərəfli qələbəyə sevinirdi. Onların məlumatları oxunduqda hər birinin
müdafiəçiləri qalxıb öz patronunun nailiyyətlərini
tərifləyirdi. Onun rəqiblərinin
etdiklərinə isə heç əhəmiyyət vermirdilər.
Krass Pompeyə nifrət edirdi və Pompey öz
legionları ilə gəlib çıxana qədər
bütöv etimadı qazanmaq üçün Spartakı tam məğlub
etməyi qərara almışdı. Pompey də Krassa nifrət
edirdi və Spartakın sonunun şərəfini özü
qazanmaq istəyirdi. Buna görə o, triumf
xalatı qazana bilərdi. Pompey sonda gəlib
Spartakın ordusunun qalıqlarını məhv etməsi ilə
lovğalanıb deyirdi ki, “alağı kökündən
yalnız o çıxartdı”. Krassla
Pompeyin hər ikisi həm də Lukulla nifrət edirdilər.
Çünki o, daha cazibədar komandaya malik idi.
Siseron Senatda çıxış etməyə başladı, o, çox sakit və əvvəlində utancaq şəkildə danışırdı. Çalışırdı ki, dinləyicilər qulaqlarını ona diksinlər:
- Şərəfli üzvlər, ordudakı bizim adamların hesabatını müqayisə etdikdə, hansını ki, biz eşitdik, mən bərkdən deyəcəyim kiçik bir şeydən qorxuram.
Bu vaxt onun səsi yüksəldi:
- Lakin əgər bu nəcib evdə artıq qulaqların günahsız insanın şikayətini eşitməyəcəyi bir vaxt gəlib çatsa, onda onların bütün cəsarətli işləri qiymətsiz olacaqdır və bizim əsgərlər əbəs yerə qan axıtmalı olacaqlar.
Onun yaxınlığındakı skamyalardan razılıq pıçıltıları eşidildi.
- Bu səhər mənim evimə tam günahsız olan bir adam gəlmişdi, ona bizim sıradan olan birinin münasibəti o qədər biabırçı, elə dəhşətli və qəddar olmuşdur ki, allahlar özləri də bunu eşitsələr, ağlamalı idilər. Mən bu yaxınlaradək bədbəxt, düzgün idarə olunmayan və düzgün qiymətləndirilməyən Siciliya əyalətində yaşayan və Termedən olan Stenini nəzərdə tuturam.
“Siciliya” sözü eşidildikdə Hortensi yüngül qaydada yerində fırlandı. O, Siserondan gözünü çəkmədən dönüb Kvintlə pıçıldaşmağa başladı. Axırıncı Metell qardaşlarının yaşca böyüyü idi.
Siseron öz iri addımları ilə irəliləyərək, uğurlu bir qaydada hədəfi vururdu. Molonun yanından qayıtdıqdan sonra, onun, Demosfenin müəllifi olduğu “çatdırmaq, çatdırmaq, çatdırmaq” resepti Siseronun ağlında möhkəm qalmışdı. O, çox sayda saatlarını teatrda keçirmişdi, aktyorların metodlarını öyrənmişdi və pantomima, parodiya (təqlid) etmək üçün xeyli ustalıq əldə etmişdi. Azacıq səsini qaldırmaqdan və jestdən istifadə etməklə, özünün istədiyi xarakterdə olan çıxışlarını şüurlara həkk etdirməyi bacarırdı.
Siseron deyirdi:
- Steni sadəcə bir oğrudan deyil, bizdən himayə güdür, o adamlardan ki, onlar oğruları cəzalandırmağı nəzərdə tuturlar.
Bu sözləri deyəndən sonra o, çıxışını qurtardı. Hortensi isə uca səslə öz çıxışına başladı:
- Senatorlar, biz burada kifayət qədər uzun
müddət oturmuşuq. Bu nəcib binada bir nəfər
opportunizm toxumu səpmək istəyir. Bizim
qarşımızda qeyri-müəyyən hərəkətlər
edilir və bu, bircə adama aiddir. Bizcə,
heç bir təklif verilmədi ki, nəyisə müzakirə
edək. Biz əmin ola bilmərik ki,
eşitdiyimiz həqiqətdir. Qay Verres - bu qaydanın
böyük üzvü özünü müdafiə etmək
imkanına malik olmadan ittihama məruz qaldı. Mən
tələb edirəm ki, elə bu dəqiqəcə iclas
bağlansın.
Hortensiyə aristokratlar əl çaldılar. Senat respublikanı idarə
edən ali qanunvericilik orqanı olması
ilə yanaşı, onda bir sıra varlı ailələrin
nümayəndələri aparıcı rol oynayırdılar.
Bunu hamı bilirdi. Siseron görkəmli rəqibinə
cavab vermək üçün yerindən qalxdı:
- Senator görünür, qeydi oxumamışdır. Qay Verres barəsində hansısa bir xatırlama
vardırmı? Mən Senatdan xahiş etmirəm
ki, Qay Verres haqqında səs versin. Bu, Qay
Verresin özünün olmadığı vaxt heç də
düzgün mühakimə olmazdı. Qay
Verres burada yoxdur ki, özünü müdafiə etsin. İndi biz bu prinsipi qoyduq, Hortensi onu mənim
müştərim üzərinə də şamil edəcəkdirmi
və razılaşacaqdırmı ki, onun özü
olmadığı yerdə o, mühakimə edilsin və ya
aristokratlar üçün bir qanun, qalan adamlar
üçün tam başqa qanun vardırmı?
Qapı ağzındakı kütlə sevinclə
qışqırırdı. Siseron sakitliyi bərpa etmək
üçün tezliklə əlini qaldırdı:
- Çox yaxşı. O vaxtdan ki, Hortensinin obyektləri orijinal hərəkətlərinin qeyri-müəyyənliyinə yönəlmişdir, qoy, biz heç bir şübhə etməyənləri çərçivəyə salaq. Mən düzəliş təklif edirəm: “Haradasa özü olmadan Steni ittiham edilirsə, razılaşırsınız ki, onun özü olmayanda bu, onun üzərində aparılan heç bir mühakimə deyildir və əgər hər hansı belə bir mühakimə artıq baş vermişdirsə, o da hüquqi qüvvəsi olmayan sayılsın”. Və mən deyirəm: “Gəlin indi buna səs verək və Roma Senatının ən yüksək ənənələrində günahsız adamı çarmıxa çəkmək kimi ölümcül cəzadan xilas edək!”
Konsul ayağa qalxıb dedi:
- Təklif edilmişdir. Başqa hansısa bir üzv danışmaq istəyirmi?
Katul ayağa qalxıb dedi:
- Mən inanıram ki, çıxış etməliyəm. Bəli, mən inanıram ki, bəzi şeyləri deməliyəm. Mən danışacağam, - deyə o, təkrar etdi, - və mənim birinci deyəcəyim odur ki, bu gənc adam - o, Siserona işarə etdi, - Roma Senatının ən yüksək ənənələri barədə heç nə bilmir, ona görə də o, belə düşünür ki, heç bir senator, onun sifəti istisna olmaqla, digərinə hətta hücum edə bilməz. Mən düşünürəm ki, köhnə dövrün müdrik adamı demişdir: “İrsiyyətin bir untsiyası ləyaqətin bir funtuna bərabərdir”.
(Ardı
var)
Telman
ORUCOV
525-ci qəzet.- 2019.- 2 fevral.- S.22.