Ölkəmizin hərtərəfli
inkişafında gənclərin çox böyük rolu var
Bu gün müstəqil
Azərbaycan dövləti
üçün prioritet
istiqamətlərdən birini
də gənclər siyasəti təşkil edir. Həm Ümummilli
lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, həm də indi gənclərlə
iş,
gənclər siyasəti
dövlət siyasətində
mühüm yer tutub.
Azərbaycan prezidenti İlham Əliyev hər zaman gənclərin inkişafına, onların
dövlət idarəçiliyində
təmsil olunmasına,
yüksək səviyyədə
təhsil almalarına
böyük diqqət
göstərib.
Bu mənada, dünən
Bakı Konqres Mərkəzində keçirilən
Azərbaycan Gəncləri
Gününə həsr
olunmuş respublika toplantısında Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı
gənc nəslə münasibətin növbəti
əyani təzahürü
kimi qiymətləndirilməlidir.
Dövlət başçısı ölkəmizin
hərtərəfli inkişafında
gənclərin çox
böyük rolu olduğunu, gənclərin
potensialı, fəallığı,
onların məsələlərə
yeni baxışlarının
cəmiyyət üçün
çox lazımlı
olduğunu vurğulayıb.
Prezident deyib ki, bu gün Azərbaycan
gəncləri müstəqillik
dövründə yaşayırlar.
Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər
Azərbaycan vətəndaşı
haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının
vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin
çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə
çox uğurla fəaliyyət göstərirlər,
ölkəmizin ümumi
inkişafına böyük
töhfə verirlər.
Dövlət başçısı gənclərə təhsilə
çox böyük fikir vermələrini də tövsiyə edib: “Mən bütün gənclərə
üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada
bilik, savad ön plandadır”.
Prezident deyib ki, gənclər
milli ruhda tərbiyə almalıdırlar
ki, gələcəkdə
dövlət maraqlarını,
xalqımızın milli
maraqlarını layiqincə
qoruya bilsinlər. Öz nitqində aprel döyüşlərini xatırladan
ölkə rəhbəri
vurğulayıb ki, bu,
bizim şanlı
tarixi qələbəmizdir
və bu əməliyyatlarda iştirak
edənlərin mütləq
əksəriyyəti gənclərdir:
“Biz müharibə şəraitində
yaşayırıq, müharibə
hələ bitməyib
və biz hər an hazır olmalıyıq ki, öz torpaqlarımızı
işğalçılardan azad edək”.
Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri
də könüllülər
hərəkatı olub
və bu hərəkatın xüsusi
əhəmiyyətini qeyd
edib: “Bu, cəmiyyətdə
xeyirxahlıq, cəmiyyətdə
yeni davranış qaydalarını təbliğ
edir və təsadüfi deyil ki, bu sahədə
gənclər öz rolunu oynayır”.
Prezidentin
daha bir tövsiyəsi isə gəncləri
dövlət təşkilatlarının
önə çəkməsi
ilə bağlı olub: “Çünki gənclərin həm potensialı, həm fəallığı, həm
onların məsələlərə
yeni baxışları
cəmiyyət üçün
çox lazımdır.
Bizim gənclərimiz həmişə
yadda saxlamalıdırlar
ki, Azərbaycanın dövlət müstəqilliyi
hər şeydən üstündür, Azərbaycan
xalqının maraqları
hər şeydən üstün olmalıdır”.
Bu gün Azərbaycan
sürətli və uğurlu inkişafı yolundadır, ölkə qarşısında duran bütün vəzifələr
icra edilir və bu gün
Azərbaycan dünyada
çox sürətlə
inkişaf edən ölkə kimi tanınır. Lakin dövlət başçısınında
dediyi kimi, əldə edilmiş uğurlarla kifayətlənməməli,
daim irəliyə baxmalı və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll
etməliyik, nöqsanları,
problemləri aradan qaldırmalıyıq və
bu sahədə əlbəttə ki, gənclər bizim üçün ən birinci yardımçılar
ola bilərlər
və olmalıdırlar.
Dövlət başçısı elə
dünən fəal gənclərlə bağlı
bir sıra sərəncamlar imzalayıb. Belə ki,
İlham Əliyev dövlət gənclər
siyasətinin həyata
keçirilməsində, gənclər
hərəkatının formalaşmasında
səmərəli fəaliyyətinə
görə bir qrup gənci təltif edib. Prezident həmçinin, mədəniyyət, elm, təhsil
və ictimai fəaliyyət sahələrində
xüsusi fərqlənən
şəxslərə 2019-cu il Gənclər
üçün Prezident
mükafatlarının verilməsi
haqqında müvafiq sərəncam imzalayıb.
Ölkə rəhbərinin təltif
etdiyi şəxslər
arasında Ukraynada həyatları təhlükəyə
məruz qalan insanların xilası zamanı göstərdikləri
şəxsi şücaətə
görə Sabir və Umud Şirinov
qardaşları da
var. Prezidentin onlara şəxsən “İgidliyə
görə” medalını
təqdim etməsi isə gənclərimizə
müsbət keyfiyyətlərin
aşılanması üçün
bir göstəricidir.
Mövzu
ilə bağlı danışan “İrəli”
İctimai Birliyinin sədri Mirhəsən Seyidov görüşdən
xoş təəssüratlarla
ayrıldıqlarını deyib: “Dövlət başçısı gənclərin
görüşünə gəlmişdi.
Bizlərə öz gəncliyindən
danışdı. Azərbaycanın
ən çətin vaxtlarında ulu öndər Heydər Əliyevin Azərbaycan üçün etdiklərinin
canlı şahidi olduğunu dedi. Görüşdə prezident Azərbaycan
gəncliyini necə yüksək qiymətləndirdiyini
bir daha sübut etdi. Ali Baş Komandan
gənclər haqqında
necə yüksək fikirdə olduğunu və bu gün
Azərbaycan gəncinin
hansı mövqedə
dayanmalı olduğu mesajını çatdırdı.
Çətin qazanılan müstəqilliyin
hər bir gəncimiz, əsgərimiz
tərəfindən hansı
formada qorunmalı olduğundan, vəzifə
məsuliyyətinin biz gənclər
üçün ən
vacib olduğundan danışdı. Hər bir
gəncə şəxsi
maraqların heç bir zaman dövlət
maraqlarından üstün
tutmamağın nə
olduğunu izah etdi. Bir çox gənclərimiz ölkə rəhbərliyi
qarşısında çıxış
etməyin necə böyük bir məsuliyyət olduğunu
hiss etdiyi üçün
seçilən sözlərində
böyük bir səmimiyyət ifadə edirdi. Bir çox duyğusal
anlar yaşandı, şəxsən mənim üçün. Müharibə şəraitində yetişən
gənclik qazilərinə
hörmətini göstərdi.
Ölkə başçısı
hər il
olduğunu kimi, bu il də
gənclərə Prezident
mükafatı təqdim
etdi. Bir fiziki qüsurlu
gəncə mükafatı
təqdim etmək üçün səhnədən
auditoriyaya enən dövlət başçımız
bütün auditoriya tərəfindən ayaq üstündə alqışlandı.
Budur bizim Prezidentimiz. Budur bizim Ali Baş Komandan!”
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının
sədri Səbuhi Abbasov isə deyib ki, Azərbaycanda
gənclərə qayğı
dövlətin diqqətindədir. Onun sözlərinə görə,
Azərbaycan müstəqillik
əldə etdikdən
sonra ulu öndərin diqqət ayırdığı sahə
gənclərlə bağlı
idi: “Gənclər Nazirliyinin yaradılması,
Gəncləri Gününün
təsis edilməsi, Gənclər Forumunun keçirilməsi buna bariz nümunədir. Sevindirici haldır ki, bu gün də
bu siyasət daha innovativ formada Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Gənclər Fondunun yaradılması buna ən bariz
nümunədir. Prezident Administrasiyasında
Gənclər şöbəsinin
yaradılması isə
bu siyasətin yeni bir mərhələyə
daxil olduğunu göstərir. Yusuf Məmmədəliyevin rəhbərlik
etdiyi şöbə prezidentin tapşırıq
və tövsiyələrinə
uyğun olaraq dünya standartlarına uyğun şəkildə
ölkəmizdə gənclər
siyasətini davam etdirməkdədir. Gənclər Fondu son 1 ildə yüzlərlə imkansız
gəncin illik təhsil haqqısını
ödəyib, onlarla
QHT-yə, yüzlərlə
fiziki şəxsə
layihə verib. Bütün bunlar gənclərin hərtərəfli inkişafına
hesablanmış yol xəritəsidir”.
Yeni Azərbaycan
Partiyası Gənclər
Birliyi Ofisinin rəhbəri Fərid Nəsibov deyib ki, gənclərimiz ölkəmizin ictimai-siyasi
həyatda fəallığı
ilə xüsusi seçilirlər. Həqiqətən gənclər hər
bir cəmiyyətin avanqard qüvvəsidir. O bildirib ki, Azərbaycan gənclərinin mütləq
əksəriyyəti Heydər
Əliyev ideyalarına
sadiqdirlər, cənab
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyirlər:
“Dövlətimizin siyasəti nəticəsində Azərbaycanda sağlam ruhlu, intellektual gənc nəsl yetişib. Təbii ki, bu gənclik hər bir sahədə fəal şəkildə təmsil olunurr. O cümlədən, gənclərimiz ictimai-siyasi proseslərdə də fəal iştirak edirlər. Bu gün gənclərimiz dövlət idarəçiliyində, seçkili orqanlarda, eləcə də vətəndaş cəmiyyətində aktiv şəkildə təmsil olunurlar. Və ölkəmizin inkişafına, milli maraqlarımızın qorunmasına, Prezident İlham Əliyevin uğurlu siyasətinin təbliğ olunmasına öz töhfələrini verirlər.
Yeni Azərbaycan Partiyasının gəncləri bu baxımdan Azərbaycan gəncliyinin önündə gedir. Partiyamızın gəncləri daim ictimai-siyasi proseslərdə fəaldır. Onlar dövlətimizin və partiyamızın qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün məsuliyyətlərini dərindən dərk edir və bu yolda fəaliyyətlərini davam etdirilər”.
PƏRVANƏ
525-ci qəzet.- 2019.- 2 fevral.- S.4.