Süsən
NƏVADEYE RƏZİ
Sevmək
Yelə bel bağlamaq,
Suya sarılmaq,
Havanı həvəngdə döyməkdir,
Bəlkə də sevmək.
Nəsələr var olmaqdan ötə,
Nəsələr var ölməkdən ötə,
Elə donuq-donuq baxma qadası!
Ümid
Davam etməyə ən yetərli dildəm (dəlil, məntiq - müəl.) deyilmi?!
Ağaclar və mən
Heç darıxmırdıq,
Nə şəhər, nə də cib telefonum.
Heç kimi də gözləmirdik,
Nə bəlalı mən, nə də ziyalı Təbriz...
Soyundum səni,
Səpdim şıltaq sərçələr dənləsin,
Küskünlüyümü, umduğum yerdən.
İndi, nə mən mənəm,
Nə də bu şəhər şəhərdir;
Deyirəm kaşki qar yağmasın bu il...
Təbrizə qar yağanda
Şairləşir bütün ağaclar və mən...
Təqvimin sonu
Söylə,
Hansı saatda yaranmısan?
Dörd fəsil gül açırsan
Xəyalımın bağçasında...
Zəhmət olmasa,
Xəyalına buyur,
Dolaşmasın biləmə...
Bu fəsildən sonra
Heç bir fəsil gəlməyəcək
Yaşıllaşma
həvəsi
Səhər-səhər almalıqlara
Damcı-damcı damanda günəş,
Qulağıvı daya dodaqlarıma
Yarpaqların yaşıllaşma həvəsini
Narın-narın
Pıçıldasın sənə.
Yel günəşi yerdən süpürəndə
Quşların şeirimə susuzlayan çağı
Səsim
Budaq-budaq
Cücərib göyərəcək ağaclarda...
Səni yollara tapşırıram
Nə varsa bəlləyimdə,
Nə varsa ürəyində,
Burax da get, giləsi!
Get,
Gedişin, yam-yaşıl tumurcuqlansın
Qalışım, sap-sarı soluqsa da.
Sənli
düşüncələrimin uzaq varoluşu
Sənsizlik dəminin yaxın
gərçəyində
Avar olunca çarəsiz başıma...
Ah... giləsi!
Elə bir susuram bağırmaqdan
ötə
Elə bir səssizləşirəm
hayqırmaqdan bətər
Və qarşımda
Diz çöküb ağlır
Güc-bəla ilə basdırdığım
gözyaşlarım.
Səni
yollara tapşırıram,
Yollar yorulmasın, deyə
Və dağlara...
Güvənəcək dayağı olsun, deyə
Səni
günəşə tapşırıram
Qara-orxu
qərrahlanmasın
Və dənizə,
Ayın sevişəcək yuvası
olsun, deyə.
Bugün
ayrılışın acısına
basdırıram özümü
Və yarınların
parlaq düşlərinə,
səni.
Gedişin gün çıxana
olsun, giləsi!..
Ürəyimin bayqın batışına,
Baş əyməyim
də neynəyim?!
Gecələrində Ay işıldırmı
hələ?
Gecələrində Ay ışıldırmı hələ?
Gündüzlərində Günəşivin
yanaqları
Parlaqdırmı hələ?
Heeeç sevincli deyiləm,
giləsi...
Düşsüz
Gülüşsüz
Nə təhər
sevincli olunur?!
Yel kimi gəzginəm,
Sel kimi çarəsiz,
Gəl,
gülüşlərimi qurtar,
Gəl,
qoşuqlarımı qurtar,
Gəl,
damarlarım qanına
alışdığım!
Gəl dilimi qurtar,
Gəl dinimi qurtar,
Gəl dünümü, günümü,
yarınlarımı qurtar...
Gəl,
Gəl!
Gəlmə, get!
Get, hara gedirsən get,
Harda olursan ol!
Zamanın ötəsində bilə
olsan,
Günəşi zədələyən buludları göstərmə,
nolar...
O qədər təvaf eləmişəm ki, biləvi
- xəyalıvı yanı -
Həccə getmək gərəkməz
mənə...
Getmə, gəl!
Gəl tazadan yoz yuxularımı
Bir az dəliləşdir, bir az da dəcəl eylə...
Həm qoşuqsuzlaşdır,
Həm nağılsızlaşdır,
Həm də ağılsızlaşdır bir az biləmi...
Doğrudan
Gecələrində ay ışıldırmı hələ?!
525-ci qəzet 2019.- 8 fevral.- S.7.