"Bu dünyanın fidanları" təqdim edildi

Bakıdakı Atatürk Mərkəzində "Bu dünyanın fidanları. Deti - siyaniya planetı" kitabının təqdimatı olub.

Kitab Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasının yazıçı-publisist, şair Sevinc Basqallı ilə birgə həyata keçirdiyi layihə əsasında işıq üzü görüb.

Təqdimat mərasimində Yasamal rayon MKS-nin direktoru, layihənin rəhbəri və ideya müəllifi Lətifə Məmmədova çıxış edərək layihə barədə məlumat verib.

Kitabın müəllifi Sevinc Basqallı uşaqların maraq dünyasından, onların tərbiyəsində, vətəndaş kimi yetişməsində mütaliənin əhəmiyyətindən danışıb. Bildirib ki, ibtidaiorta sinif şagirdləri üçün hazırlanmış kitab Azərbaycan və rus dillərindədir. Kitabda uşaqlar üçün maraqlı olan şeir və hekayələr toplanıb.

Tədbirdə çıxış edənlər kitab haqqında fikirlərini bölüşüb və müəllifə yaradıcılıq uğurları arzulayıblar.

MEHRİ

525-ci qəzet  2019.- 8 fevral.- S.7.