"Yaradanlar
və yaşadanlar"da
Əbülfət Əliyev anıldı
Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində reallaşan növbəti konsert görkəmli xanəndə, Xalq artisti Əbülfət Əliyevin yaradıcılığına həsr olunub.
Muğam
Mərkəzindən bildirilib ki, respublikanın
tanınmış incəsənət ustalarının
iştirakı ilə təqdim olunan konsertdə bir-birindən
parlaq mahnılar səsləndirilib.
Xalq
artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbəri
olduğu "Səadət" instrumental ansamblının
müşayiəti ilə gerçəkləşən
konsert proqramının sonunda xanəndələr - Xalq artisti
Təyyar Bayramov, Əməkdar artistlər İlkin Əhmədov
və Ehtiram Hüseynov "Dolanaram başına"
mahnısını birgə ifa edib.
Qeyd
edək ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi
və mədəni irsin təbliği və inkişafı məqsədilə
həyata keçirilən tədbir və
yaradıcılıq layihələri davam edir. "Mədəniyyət"
kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə
layihəsi çərçivəsində Mədəniyyət
Nazirliyinin dəstəyi ilə həyata keçirilən
sözügedən layihə ölməz sənətkarların
irsini gənc nəslə təbliğ etmək məqsədi
daşıyır.
525-ci qəzet 2019.- 8 fevral.- S.7.