Qələmsiz yazılanlar  

 

 

 

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə, bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarınıfastfoodyeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı razılaşmalıyıq!

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam!

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən qaçhaqac həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevirib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır.

Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə bəlkə ilki mən edim!? - deyə düşündüm. Beləcə, “Qələmsiz yazılanlarkitabından daha bir hissəni “525”in oxucuları üçün hazırladım.

2019

Son vaxtlar səhər proqramları içərisində ən çox baxdığımXəzər” TV- Həmid Herisçi İlhamiyyə Rzanın təqdimatında efirə gedənXəzər-səhərproqramıdı. Həmidin geniş bilgisi, hədsiz məlumatlılığı onun gündəmdəki hadisələri daha rəngli, maraqlı təqdim etməsinə yol açır. Tarixin dərinliklərinə varır, keçmişlə bugünü müqayisədə götürüb olaylara özünəməxsus yozumlar verir. Üstəgəl, hadisələrə yaradıcı adam gözüylə, canlı təxəyyüllə baxıb, hərdən şairanə - Həmidanə tərzdə coşması... Onun bu coşğunluğuna, qaynayan enerjisinə İlhamiyyə xanım rasional yanaşmayla, əsl peşəkar rəftarıyla, kübarcasına yön verir! Səhər proqramının aparıcılığı baxımından gözəl, uğurlu tandemdir! Səviyyəli, təsirli aparıcılıq örnəyi kimi diqqətimi çəkir, hər dəfə yaxşı mənada, təəccübləndirir... ... bir yadıma düşür ki, 20 il öncə Həmidin “525”də şeirləri çıxmışdı. Fərqli şeirlərdi. Təzə nəfəsi, yeni aurası ilə zehnimdə yer tutdu. Bir sabah həmin şeirlərin bir tanış səslə ifasına oyandım! Onda İlhamiyyə xanım AzTV-dəSəhərproqramını aparırdı. Hansısa mövzuda fikirlərinin gözünə qatıb Həmidin yeni şeirini söyləyirdi. Təxminən belə: ...Səni kimsə sevməlidir... Köynəyinin düyməsi düşəndə onu kimsə görməlidir... İndi o qədər dəqiq xatırlamadığım, amma duyğusu hələ mənimlə olan bu ruhda misralar... Ən gözəli isə aparıcının bu şeiri məhəbbətlə, xoş heyranlıqla bir az da kimə yazıldığını bilməsindən doğan qürurla oxumasıydı!

***

Yaxşı vuran şairlərimizdən biri axşam evə gələndə görür hamı çöldədir! Deyir, nolub? Deyirlər, yer silkələnir! Deyir, ayə, yer 30 ildi silkələnir, siz indimi bilirsiniz?! :))

***

3000-dən çox kitabım Ağdamda qaldı! Atamın kitabxanasına 15 il öz aldıqlarımı da əlavə etmişdim! İndi Masazırda anamın evində 1000-dən çox kitabım toplanıb! Aldıqlarım, bağışlananlar, hədiyyə olunanlar! Düşündüm ki, bəlkə, bir dəfə kitab həvəslisi olan gənc ədibləri yığım gətirim bura! Tədbirin birini burda keçirək! :) Daraşsınlar kitablara! :) Amma daraşacaqlarmı, oxuyacaqlarmı?!

***

Bəzən bir hadisəylə, şəraitlə bağlı düşünürsən! Qiymətləndirməyə çalışırsan! Sonradan bir söz gəlib beyninə ilişir! Baxırsan ki, həmin şəraitə ən uyğun söz elə bu imiş! “Urvatsızsözü tez-tez yadıma düşür son vaxtlar!

***

TV- bir təzə gənc müğənni oxuyur. mən on dəqiqə baxdım, ayırd edə bilmədim bu qızdı, yoxsa oğlan!!!

***

Ağcabədi Beyləqanda erməni radiosu rahat, maneəsiz konsert verir! (97.70 FM) Mahnılarının da yarısı oğurluq!!! Bizim Rabitə Nazirliyinin uyğun idarələri dinləyirlər yəqin!

***

Texniki Universitetdə imtahanların gedişini izlədik. Tələbələrin imtahanlardan şikayətləri yox idi. Oğlanların çoxusunun saqqallı olması diqqətimi çəkdi. Maraqlandım. Dedilər, dinlə bağlılığı yoxdu. Bu, modernlik nişanəsidi. :)

***

Yanvarın 1-i adətən qar yağardı. 2018-in son günlərini bahar havasıyla yola saldıq! 2019-un ilk günü yağışlı, çiskinli başladı. Qar yağmasa da, fəsil biraz öz ritminə qayıtdı. Amma bilmək olar, havada, buludlarda qar iddiası hiss olunur! Yağmasa da, cəhd var! Cəhd isə ən azı işin yarısıdı!

2018

Auditoriya düşük olanda Şaxta baba da onların bir tayına çevrilir! :)

***

Niyə şəkilləri tez çox bəyənirik?! Yəqin görüntü sevənik. ona görə! “Göz gördü, könül sevdi” - deyirik! Qulaq eşitdi, baş düşündü, qəlb sevdi - demirik! Amma hərdən sözün gücünə inanırıq! Söz gərək Söz ola! Söz gərək ilanı yuvasından çıxara. :)

***

Əksər ucalıq vaxt keçdikcə öz ilkin əzəmətini itirir, adiləşir! Tbilisidə elə oldu...

***

Deyir, 20 il fotoqraf işləmişəm, sənətim sıradan çıxdı, indi çayçı işləyirəm! Zaman, texnologiya çox sənətləri sıradan çıxarıb çıxaracaq! Çay isə həmişə olacaq! Yaşasın çay - incə belli cam bardaqda! :)

***

Ağıllı telefonların ruhu varmı?! İlişib qalıb Ankara saatında! Liriklər burda mistika ruh axtarar! Fiziklər isə səbəbi hansısa düymədə, yanlış əməliyyatda görər, izah edər, səhvi düzəldərlər! Amma hərdən lirik olmaq da xoşdur! :)

***

Ankarada bir-birinə qarışan azan səsləri həm sənə harda olduğunu xatırladır, həm fikirlərini çəkib aparır - göyə, yerə... arana, dağa... olana, olmayana...

2017

İrfan Çiftçi Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət turizm müşaviri kimi ilk ziyarətini AYB-dən başladı. İrfan Türk dünyası ədəbiyyatı mədəniyyətinin gözəl bilicisidir. Azərbaycanı çox sevir yaxşı tanıyır. Onun təyinatına sevindik.

***

 

Allaha kömək vaxtıdı!!! - Vaqif Səmədoğlunun misrası dipdiridir tez-tez yada düşür.

***

Bir-iki ilə telefon zəngləri sıradan çıxacaq! İndi bəzən təccüblənirəm zəng gələndə! Yəni texnologiyalar  - votsap, messencer, səsli mesajlar varkən zəngə hacət?! :)

Lap elə praktik cəhətdən zəng uduzur. Məsələn, mən tədbirdə olarkən danışa bilmirəm deyə zəngə cavab vermirəm, amma votsap messencerdə yazılı sualları cavablandırıram.

***

Hərə öz içinin xıltını tökməyə bir girəvə - fürsət axtarır!

2015

İndi hamı hökumətə məsləhət verir! Arpanı ayırd etməyənlər də :)

***

İnternetin bunca geniş imkanlarının yarandığı, hər bilginin əlçatan olduğu dövrdə xurafat və cəhalətin torundan çıxa bilməmək, sadəcə ayıbdı!

***

Bu saytların və sosial şəbəkələrin elədikləri yumruqdan, döyməkdən daha betərdi. Problem yaşayan insana - onun ailəsinə qarşı mənəvi terrordu!

2013

“O səs Türkiyə” yarışmasında Acunun, münsiflərin isdedad üçün əriməsi, sərhədsiz səmimiliyi heyran edir! Hələ sonsuz azadlıqları... Hələ qürursuz heyranlıqları... Görkdülər, nümunədilər!!!

***

İşıqlar söndü :) Rövşanəyə baxa bilmədim. Bilmirəm nə danışdı arxamca. :)

 

 

Rəşad MƏCİD

 

525-ci qəzet.- 2019.- 9 fevral.- S.12.