Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 illiyi qeyd edilib

 

 

 

Fevralın 13-də Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 7-ci ili tamam olur.

Əlamətdar gün münasibətilə Xidmətin rəhbərliyi şəxsi heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəlabidəsi önünə əklil qoyulub.

Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 7 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qurumun yaranması, inkişafı fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə hərtərəfli inkişaf edir. Bu inkişaf prosesinin şahidi olmaq, onu izləmək çox qürurvericidir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizintərəqqisi davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir.

Xidmət rəisi qeyd edib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən yeddi ildə istər idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.

SHXÇDXmüstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynayır vəyeddi ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin vətəndaşların xidmətindədir.

Xidmət rəisi xüsusi vurğulayıb ki, Ali Baş Komandanın nəzarəti altında Silahlı Qüvvələrin təkmilləşdirilməsi prosesində SHXÇDXdə daim diqqət mərkəzindədir. Xidmətin qarşısına vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, Silahlı Qüvvələrimizin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı müharibə dövründə hərbi vəzifəlilərlə hərbi-nəqliyyat vasitələri ilə, eləcə mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar Xidmətinşəxsi heyətini bu vəzifələrin icrası üçün daima səfərbər olmağa çağırır.

A.Rəhimov diqqətə çatdırıb ki, indiki dövrdə hər bir azərbaycanlı, orduda xidmət etməyi özünün ən böyük vətənpərvərlik borcu hesab edir. Çünki, hər bir çağırışçı, ehtiyatda olan hərbi qulluqçu əmindir ki, Azərbaycan Prezidentinin ordu quruculuğu sahəsində apardığı siyasətin əsasını Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın məcburi köçkünlərin öz torpaqlarına qayıtmaları təşkil edir. Dövlətimizin başçısı dəfələrlə bildirib ki, əgər biz məqsədimizə sülh yolu ilə nail ola bilməsək, onda hansı yolla olursa olsun, düşmən tapdağı altında qalan ərazilərimizi azad edəcəyik.

General-leytenant Arzu Rəhimov göstərilən yüksək etimadı doğrultmaq, qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün Xidmətin şəxsi heyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

Xidmət rəisi əlavə edib ki, ötən dövrdə XidmətinVahid elektron informasiya sistemi elektron xidmətlərin göstərilməsi, ölkəmizdə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sistemi əsaslı şəkildə təkmilləşdirilib. Çağırışçıların hərbi uçotunun dəqiq düzgün aparılmasına nəzarət artırılıb, şəffaflığın təmin edilməsi, vətəndaşlarla maneəsiz birbaşa əlaqənin qurulması məqsədilə Xidmətin internet saytı üzərindən elektron xidmətlərin həyata keçirilməsi ilə yanaşı sosial şəbəkə hesabları yaradılıb. SHXÇDX-nin  rəsmi internet saytı bu il iki dildə (Azərbaycan ingilis dillərində) yenidən müasir standartlara uyğun olaraq hazırlanıb istifadəyə verilib.

Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev və digər natiqlər Xidmətin şəxsi heyətini ildönümü münasibətilə təbrik edibxoş arzularını çatdırıblar.

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı, həmçinin SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.

Mərasimdə, həmçinin Xidmətlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti institutlarının, veteranların, şəhid ailələrinin nümayəndələrinə təltiflər və hədiyyələr təqdim edilib.

Xidmətin yaradılmasının 7-ci ildönümü münasibətilə qurumun yerli idarə, şöbə və bölmələri tərəfindən respublikamızın rayonlarında da tədbirlər təşkil olunub.

 

Rəhimov Arzu

 

525-ci qəzet.- 2019.- 13 fevral.- S.4.