Bəxtiyar Vahabzadə “Ustada sayğı gecəsi” ilə yad edildi  

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlıUstada sayğı gecəsikeçirilib.

Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA) Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimi giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açaraq, qonaqları salamlayıb, Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında sevildiyini, bu gün keçirilən tədbirin bu sevgi ehtiramın təzahürü olduğunu vurğulayıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar bənzərsiz şair, dramaturq, istedadlı ədəbiyyatşünas alim, gözəl pedaqoq, böyük vətənpərvər Bəxtiyar Vahabzadənin əziz xatirəsinin türk xalqlarının qəlbində əbədi yaşayacağını vurğulayıb: "Bəxtiyar Vahabzadə Azərbaycanda tanındığı qədər Türkiyədə tanınır. Burada sevildiyi qədər orada da sevilir. O, Azərbaycan xalqının böyük şairidir. Yazıçılar Birliyi hər zaman onun xatirəsini əziz tutub, onun xatirəsinə mükafat da təsis edib. O mükafatı ilk alanlardan biri türkiyəli qardaşlarımız olub".

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbbibəyli çıxışında Xalq şairinin həyat yaradıcılığı, onu Azərbaycan ümumtürk poeziyasındakı yeri haqqında geniş danışıb, Ədəbiyyat İnstitutunun hər zaman onun digər ölməz ədiblərimizin xatirəsinə böyük önəm verdiyini deyib. Qeyd edib ki, B.Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən olub. O, zəngin yaradıcılıq yolu, elmi pedaqoji fəaliyyəti, fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə qiymətli yaddaqalan səhifələr yazıb. Azərbaycanda milli-mənəvi dəyərlərin inkişafında xüsusi xidmətləri olan Xalq şairi ictimai xadim, vətəndaş kimi ana dilimizin fəal təbliğatçısı qoruyucusu olub.

TİKA Bakı koordinatoru Teoman Tiryaki çıxışında bildirib ki, Bəxtiyar Vahabzadə Türkiyədə ən az Azərbaycandakı qədər sevilir.

Nitqinə "mədəniyyətlərin coğrafiyası siyasi sərhədlərlə bağlı deyil" - fikrilə başlayan Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir deyib ki, Bəxtiyar Vahabzadə adı Azərbaycan sərhədlərini aşıb bütün Türk dünyasına yayılan şairdir: "Ədəbi şəxsiyyətlər öz vəzifələrini sağlıqlarında yerinə yetirdilər. Bizə ölməz əsərlər əmanət qoyub getdilər. Bizim vəzifəmiz bu mirasa, əmanətə yetərincə sahib çıxmaqdır".

Çıxışlardan sonra söz məruzəçilərə verilib.

Türkiyənin Atatürk Universitetinin professoru Sedat AdıgözəlBəxtiyar Vahabzadənin şeirində millət, vətən dilməruzəsi ilə çıxış edib: "Azərbaycan Bəxtiyar Vahabzadənin taleyidir. Ancaq o, təkcə Azərbaycanın şairi deyil, böyük Türk dünyasının şairidir. O, türk millətilə var olmuş bütün ömrünü türk millətinə, türkçülüyə həsr etmiş şəxsiyyətdir. Türkiyədə Azərbaycan deyəndə ilk yada düşənlərdən biri Bəxtiyar Vahabzadədir. O, vətən şairi, millət, xalq, bayraq şairidir. O, bəzi həqiqətləri kimsənin söyləməyə cəsarət etmədiyi zamanlarda dilə gətirə bilən, müdafiə edən, öz idealının arxasında duran ziyalıdır. Onun ümidi, dəstəyi xalq idi. Onu bütün Türk dünyasının şairi eliyən türk dilini gözəl bilməsi, Azərbaycan türkcəsinə varlığı ilə sahib çıxmasıdır. Xalqından aldığı qüvvət ona bambaşqa cəsarət verib. Bəxtiyar Vahabzadə ədəbiyyatda dik duruşun simvoludur. Onu ifadə edən sözlər azadlıq, müstəqillik, vətən, bayraq, xalq türkçülükdür.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira FuadBəxtiyar Vahabzadə yaradıcılığında türkçülükadlı məruzəsində deyib ki, şairin söz, sənət dünyasında türkçülük türklük lap başdan bərqərar olub: “Məhz bu baxımdan özəlliklə vurğulamaq lazımdır ki, Bəxtiyar Vahabzadənin türklüyə milli kimliyə baxışı fərqli, özünəməxsus səmimi idi. O, Yunus Əmrənin dilinin Anadolu türklərinin dilindən daha yaxın, daha mənalı, daha isti olduğunu söyləyib. Söhbətlərində cəsarətlə Türkiyə ilə Azərbaycan türklərinin kökünün bir olduğunu, dövlət xalq olaraq o birliyə doğru getməli olduğunu səsləndirib, bildirib ki, bu birliyi qazanmaq, yəni Turanı yenidən qurmaq günümüzün ən mühüm məsələlərindən biri olmalıdır".

Tədbirdə E.Fuadın "Turanın əbədiyaşar şairi: Bəxtiyar Vahabzadə" monoqrafiyası da qonaqlara hədiyyə edilib.

Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadəməruzəsi ilə çıxış edən İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz deyib ki, onu Türkiyədə sevdirən əsas səbəblərdən biri bəlli ziyalılarımızın bir sıra həqiqətlər haqda susduğu zamanlarda susmaması, cəsarətlə öz yaradıcılığında əks etdirməsidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin NurəliyevaBəxtiyar Vahabzadə Şəkimövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında şairlə doğulduğu şəhərin ruh bağlılığını xüsusi vurğulayıb: "Müasir dünyamız multikultural, tolerant düşüncələrlə insanı bir məkana aid etməyin əleyhinə olsa da, düşünürəm ki, insanın doğulduğu, böyüdüyü yer onun fikirlərinə, şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərir. Şəkidə təbiətlə tarix qol-boyundur. Onun həm təbiətində, həm tarixə münasibətində bir qoruma xüsusiyyəti var sanki bu qoruma xüsusiyyəti Bəxtiyar Vahabzadənin şəxsiyyətinə, yaradıcılığına, düşüncələrinə təsir edib".

Məruzələrdən sonra söz qonaqlara verilib. Ufur Turqunay, Səyyad Aran, Eynulla Mədətli başqaları çıxış edərək ölməz şair haqqında düşüncələrini bölüşüb, onu sayğı sevgilə yad ediblər.

Çıxışlarda, həmçinin, görkəmli şairin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaratdığı obrazlardan, şeirlərindən, dramaturgiyaya gətirdiyi yeniliklərdən bəhs edilib. Bildirilib ki, B.Vahabzadə əsərlərində insanı daim mənəvi ucalığa səsləyib, poetik-fəlsəfi məzmunlu yaradıcılığı ilə poeziyamıza layiqli töhfələr verib. Onun yaradıcılığında azadlıq, istiqlaliyyət, vətənpərvərlik ideyaları, Vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu xüsusi önəm daşıyır. İstedadlı vətənpərvər şair saf əqidəsi, fəal mövqeyi, mübariz məğrur ruhu ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazanıb.

Çıxışlar dəyərləndirmələrdən sonra Rəşad Məcid şairin "Vətən var" şeirini səsləndirib.

Sonda məruzəçilərə təşəkkürnamələr təqdim olunub.

Ustada sayğı gecəsi” axşam Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ədəbi-bədii proqramla davam etdirilib. Tədbir Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını özündə əks etdirən video çarxla başlayıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir və TİKA Bakı koordinatoru Teoman Tiryakinin çıxışlarından sonra şairin “Əlvida” şeiri öz səsindən təqdim olunub.

Gecənin bədii hissəsində Xalq artistləri Flora Kərimova, GülyazGülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnıları ifa ediblər.

Türkiyəli qonaqların çıxışından sonra aktyor Şamil İbrahimov “Mən Türkəm” şeirini səsləndirib.

Xalq şairi Sabir Rüstəmxanlının Bəxtiyar Vahabzadə yaradıcılığı haqqındakı çıxışının ardından tamaşaçılar “Özümüzü kəsən qılınc” əsərinə tamaşa ediblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 14 fevral.- S.7.