Şabranda sözün
və elmin daha bir təntənəsi
RAYON
İCTİMAİYYƏTİ GÖRKƏMLİ ALİM
MƏMMƏD ƏLİYEVİN 70 İLLİK
YUBİLEYİNİ QEYD ETDİ
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ötən
ilin sonlarında
“525-ci qəzet”də çıxan
“Şabranda ədəbi
həyat” məqaləsində
qeyd edir ki, Azərbaycanda ədəbi-ictimai fikir əsrlər boyu həmişə paytaxtla yanaşı, ayrı-ayrı
regionlarda da yaranaraq inkişaf edib, biri digərini
tamamlayıb.
Obrazlı şəkildə desək,
ictimai-siyasi ideyaların
və ədəbiyyatın
inkişafında paytaxt
dəniz, ümman missiyasını daşıyıb,
regionlar isə dənizə axan çayların funksiyasını
yerinə yetirib. Regionlardan axan
çaylar dənizi təmiz və coşqun bulaq suları ilə zənginləşdirib. Bu mənada regionlar arteriya damarları kimi ümmanları hərəkətə gətirmək
vəzifəsini həyata
keçirib.
Regionlarsız paytaxt ədəbi mühiti qurumaq təhlükəsi qarşısında
qalan bir dənizə bənzər. Eyni zamanda,
paytaxt ədəbi-ictimai
mühitində gedən
proseslər, formalaşan
ümumi məktəblər,
səslənən çağırışlar
regionlardakı ədəbi
gedişatı da istiqamətləndirməlidir.
Şabran ədəbi mühiti də paytaxtətrafı mühit sırasından olan şeir-sənət mərkəzlərindən biridir. Bakıdan Şabrana
qədər olan yüz kilometrlik məsafə nəqliyyat baxımından da o qədər əlverişlidir
ki, rayonun ədəbi qüvvələri
asanlıqla paytaxtdakı
yaradıcılıq birlikləri,
qəzet və jurnal redaksiyaları, nəşriyyatlarla əlaqə
saxlamaq, ünsiyyət
qurmaq imkanlarına malikdirlər. Artıq neçə
illərdir ki, Şabranda klassik şairimiz Xaqaninin adını daşıyan
şeir-sənət ocağı
ardıcıl olaraq fəaliyyət göstərməklə
davam edir. 2016-cı ildə Şabrandakı qaynar ədəbi mühiti, Xızı və Siyəzən rayonlarını
da nəzərə alaraq AYB Şabranda özünün bölməsini
də yaratmışdır.
Akademik İ.Həbibbəylinin
həmin məqaləsində
deyildiyi kimi, Şabranda ölkə miqyasında qəbul edilən və Azərbaycan Yazıçılar
Birliyinin bölməsinə
çevrilən ədəbi
mühitin yaranmasının
əsas səbəbi rayona rəhbərlik edən şəxsin həm də ciddi bir yaradıcı
sima olması ilə əlaqədardır. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz
Novruzovun bu vaxta qədər çalışdığı rayonlarda sosial-iqtisadi göstəricilərlə yanaşı,
maarif, mədəniyyət
və mətbuatın
da inkişafı sahəsində nəzərəçarpacaq
nailiyyətlər əldə
edilib. Onun başçılıq etdiyi rayonlarda yaddaqalan ziyalı mühitinin formalaşması
hər zaman diqqət çəkib.
Fikrimcə, bu, fərqli
bir üslubda çalışan Novruz Novruzovun təkcə işlədiyi rayonda deyil, ölkə miqyasında ədəbiyyat
və mədəniyyətin
inkişafına özünəməxsus
xidmətidir. Bu baxımdan,
Şabranda fəaliyyət
göstərən “Xaqani”
Poeziya evi nəinki rayon və bölgə, eyni zamanda, respublika, beynəlxalq tədbirlərə
uğurla ev
sahibliyi edib.
Növbəti yaddaqalan tədbir
Şabran rayonunun Çuxurazəmi İnzibati
Ərazi Vahidliyinin Zöhrabkənd kəndində
dünya göz açmış görkəmli
alim - filologiya elmləri doktoru, professor,
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Türk xalqları ədəbiyyatı şöbəsinin
müdiri Məmməd
Əliyevin 70 illik yubileyi oldu. Yubiley tədbirində rayon rəhbərliyi,
görkəmli adlı-sanlı
qonaqlar, ziyalılar iştirak edirdilər.
Tədbiri açan AYB Şabran rayon
bölməsinin rəhbəri,
yazıçı-publisist, Aydın Tağıyev tədbir iştirakçılarını
salamlayaraq, yubilyara anadan olmasının əlamətdar yubileyi ilə bağlı səmimi təbriklərini
çatdırdı.
İnstitutun aparıcı mütəxəssisi
filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu Məmməd Əliyevin həyat və yaradıclığı haqqında
geniş məlumat verdi. Qeyd
olundu ki, M.Əliyev 1970-ci ildə
ADPU-nu əla qiymətlərlə
bitirib Milli Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun
aspiranturasına qəbul
olur. Burada akademik Məmməd
Cəfərin rəhbərliyi
altında “Azərbaycan
xalq şeirinin forma və növləri” mövzusunda araşdırmalara
başlayır. Elmi-tədqiqat işini 1976-cı ildə
yekunlaşdıran Məhəmməd
müəllim dissertasiyanı
uğurla müdafiə
edib filologiya elmləri namizədi alimlik dərəcəsi alır.
Məmməd Əliyevin şeirimizin
heca vəzninin öyrənilməsi ilə
bağlı böyük
səbr və həvəslə apardığı
tədqiqat işinin nəticəsi uğurlu olur: “Azərbaycan şeirinin ritm vasitələri, qafiyənin
təşəkkül və
inkişafı (türkdilli
xalqların poeziyası
ilə tarixi-müqayisəli
metodlar əsasında)”
mövzusunda elmi-tədqiqat
əsəri yüksək
qiymətləndirilir və
buna görə ona 1985-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi
verilir. O dövrdə
SSRİ-də ümumtürk
şeiri əsasında
araşdırmalar, tədqiqatlar
aparmaq alimdən böyük cəsarət
tələb edirdi. M.İracoğlu bu işin öhdəsindən ləyaqətlə
gəldi. Şifahi xalq
ədəbiyyatının, habelə Y.Balasaqunlunun “Kutad-qu-biliq” əsərindən
başlayaraq müasir
Azərbaycan poeziyasının
nümunələri alim
tərəfindən ümumtürk
şeirinin intibahı
kimi təqdim və tədqiq edildi.
Professorlar Qəzənfər Paşayev,
Cavanşir Qurbanov, Xanlar Qurbanov, Şirindil Alışanlı,
Mübariz Əmirov, şair Nəcməddin Mürvətov yubilyara öz ürək sözlərini çatdırmaqla
yanaşı, həm də Şabranın ədəbi mühitindən,
Məmməd Əliyevin
Azərbaycan ədəbiyyatının
inkişafındakı rolundan
danışdılar. Qeyd
edildi ki, 43 il müxtəlif
ali məktəblərdə
müəllim, baş
müəllim, dosent,
professor, həm də
filial direktoru kimi Məmməd Əliyevin çapdan çıxan elmi əsərlərinin ümumi sayı 70-dən çoxdur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının
Nizami adına
Ədəbiyyat İnstitutunda
şöbə müdiri
vəzifəsində çalışan
Məmməd Əliyev
Əməkdar müəllim
adına layiq görülüb. O, həmçinin,
“Qızıl qələm”
mükafatı laureatıdır.
Məmməd müəllim həm
də bədii yaradıcılıqla məşğuldur.
“Xaqani” Poeziya evinin direktoru, şair Aybəniz Əliyar Məmməd Əliyevin bu yaxınlarda çapdan çıxmış “Bir yay günü” povesti haqqında fikirlərini iştirakçılarla bölüşdü.
Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Məmməd Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edərək, elmi-bədii yaradıcılığında ona yeni uğurlar arzuladı. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sənətə, ədəbiyyata, elm xadimlərinə, mədəniyyət xadimlərinə verdikləri böyük dəyərdən ətraflı söhbət açan N.Novruzovun çıxışının ardından yubilyara rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və hədiyyəsi təqdim edildi.
Göstərilən diqqətə görə və ünvanına söylənən xoş sözlərə görə minnətdarlığını bildirən Məmməd Əliyev bundan sonra da Azərbaycan elminin inkişafında var qüvvəsilə çalışacağını bildirdi.
Çingiz XALİDOĞLU
“Şabran” qəzetinin baş redaktoru
525-ci qəzet.- 2019.- 16 fevral.- S.10.