Seyran Səxavətin Gənc
Ədiblərlə görüşü
Fevralın 14-də Azərbaycan Yazıçılar
Birliyinin “Natəvan” klubunda IV Gənc Ədiblər Məktəbinin
(GƏM) növbəti görüşü
keçirilib. Bu dəfə
gənclərin qonağı
yazıçı Seyran
Səxavət olub.
Tədbiri AYB katibi, GƏM-in rəhbəri
Rəşad Məcid açaraq qonağı iştirakçılara təqdim
edib, onun haqqında fikirlərini bölüşərək, bu
görüşün gənc
yazarlar üçün
əhəmiyyətini vurğulayıb:
“Seyran Səxavətlə
görüş gənclərimizin
istəyi, arzusu əsasındadır. Seyran
müəllim də bu görüşə həvəslə hazırlaşıb,
gənclərin əsərlərini
oxuyub, qeydləri də var. Bu görüşü
keçirməkdə bir
məqsəd də ondan ibarətdir ki, Seyran müəllim
burada gənclərin şeirlərini, yazılarını
dinləsin, öz tövsiyələrini versin.
Seyran Səxavət uzun illərdir ki, ədəbiyyatımızda aktiv
yaradıcılıqla məşğul
olan, daim yazıb yaradan ədiblərimizdəndir. Hələ gəncliyimdən onun əsərlərini sevərək
oxumuşam, mənim və mənim kimi bir çoxunun
ədəbi zövqünün
formalaşmasında onun
əsərlərinin birbaşa
təsiri var. O, Azərbaycan
dilində ən gözəl, axıcı təhkiyə ilə yazan yazıçılarımızdandır.
Əsərləri Qarabağ koloriti
ilə zəngindir.
Seyran müəllim indi də ədəbi yaradıcılıqda çox
fəaldır”.
Tələbə Gənclər Təşkilatının
əməkdaşı Nigar
İsmayılova ədəbiyyatın
gənclər arasında
təbliği mövzusunda
çıxış edib,
“Kitabqurdu-BookWorm” sosial
layihəsi haqqında
məlumat verib. Deyib ki, Gənclər Fondunun maliyyə dəstəyi, AYB və Azərbaycan Tələbə
Gənclər Təşkilatları
İttifaqının təşkilati
dəstəyi ilə keçirilən layihənin
əsas məqsədi
gənclərdə kitaba
marağın artırılması,
mütaliə vərdişinin
inkişaf etdirilməsidir.
Görüşdə layihə çərçivəsində
çap olunan kitabçalar iştirakçılara
paylanıb.
Seyran Səxavət çıxışında
gənclərlə görüşün
hər zaman xoş olduğunu, yeni nəsillə ədəbi polemikaların
həmişə maraq
doğurduğunu qeyd edib: “Gənc Ədiblər Məktəbi,
artıq neçə
illərdir ki, davam edir. Buradan məzun
olanlar arasında ədəbi mühitdə
öz sözünü
deyən parlaq imzalar da yetəri
qədərdir. Gənclərlə ünsiyyətdə olmaq hər zaman xoşdur. Çünki onlarla ünsiyyət
insanı cavanlaşdırır”.
Görüşdə əvvəlcə gənc ədiblər öz şeirlərini oxuyublar, qonaq və digər
üzvlər ədəbiyyatla
bağlı düşüncələrini
bölüşüblər. Aydın
Cavad, Ümid Oruc, Kənan İsmayılov, Ələsgər
Əhməd, Məmməd
Əli və başqalarının şeirlərini
diqqətlə dinləyən
ədib, əsasən
texnika, üslub, bədiilik və başqa bu kimi
cəhətlərlə bağlı
tövsiyələrini verib.
Şair mütləq özünü,
gördüklərini, hisslərini
yazmalıdır. O zaman
şeir daha səmimi, daha doğma olur. Ən adi detaldan, ən
xırda nüansdan belə əsər yaratmaq olar, yetər ki, ona poetik gözlə
baxmağı və
hiss etməyi bacarasan.
Daha sonra qonaq, gənclərin suallarını cavablandırıb. Gənc ədiblər
daha çox Seyran Səxavətin yaradıcılığı, ədəbiyyata,
sözə baxışı,
ədəbi mətn necə olmalıdır mövzulu suallarla müraciət ediblər.
Sualları ətraflı cavablandıran
qonaq, öncədən
oxuduğu mətnlər
haqqında da fikirlərini bölüşüb,
irad və tövsiyələrini bildirib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 16 fevral.- S.10.