Ölkəmizin sabahına Prezident
qayğısı
Azərbaycan Respublikasında tələbə
gənclərin təhsil
almasının stimullaşdırılması
istiqamətində ardıcıl
dövlət siyasəti
həyata keçirilməkdə
davam edir.
Ölkəmizin Prezidenti İlham
Əliyevin sərəncamları
ilə tələbələrin
təqaüdlərinin artırılması
və yüksək bal toplamış tələbələrin dövlət
sifarişi ilə təhsil almalarının
təmin edilməsi, istedadlı tələbələr
üçün “Sabah” qruplarında
təhsilin təşkili
həyata keçirilən
siyasətin konkret təzahürləridir. 2019-cu ilin Dövlət büdcəsində dövlət
sifarişli yerlərin
artırılması üçün
əlavə vəsait
qoyulmasının nəzərdə
tutulması da həmin istiqamətin daha da inkişaf
etdirilməsini təmin
edəcəkdir. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin “Doktorantura, ali
təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan
Milli Elmlər Akademiyasının magistratura
səviyyəsində təhsil
alan tələbələrə
təqaüdlərin verilməsi
haqqında”kı 14 fevral
2019-cu il tarixli Sərəncamı müstəqil
dövlətimizin Azərbaycanın
sabahı olan tələbə gəncliyə
göstərdiyi böyük
qayğının daha
bir əməli ifadəsidir.
Prezident
Sərəncamı ilk növbədə
ali və
orta ixtisas təhsili müəssisələrində,
Milli Elmlər Akademiyasında təhsilin
bütün pillələri
və səviyyələrini,
habelə peşə təhsili üzrə təhsil alan tələbələri əhatə
edir. Yəni peşə məktəblərində
təhsil alan
tələbələrdən bakalavr, magistratura və doktorantura pilləsinə qədər
təhsildə akademik
nailiyyətləri olan
təhsilalanların dövlət
qayğısı ilə
əhatə olunması
nəzərdə tutulur.
Bütövlükdə dövlət
qayğısı 1 mart 2019-cu il tarixdən
etibarən mərhələli
şəkildə təhsildə
akademik nailiyyətləri
olan tələbələrin
mütləq əksəriyyətini
əhatə edəcəkdir.
Belə ki, Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə
bağlı əlavə
tədbirlər barəsində”ki
Sərəncamına əsasən 1 mart 2019-cu il tarixdən təqaüd alanların sayının
16 min vahid artırılaraq
hazırda hazırkı
31 faizdən cəmi 6
ay sonra, növbəti
tədris ilinin başlanğıcında
45 faizə, 2020-2021-ci tədris
ilində isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacağı müəyyən edilmişdir.
Qeyd edilənlər dövlətimiz
üçün tələbə
gənclər siyasətinin
davamlı olduğunu və strateji xarakter daşıdığını
aydın surətdə
göstərir. Bu, müstəqil dövlətimizin
ölkəmizin sabahı
olacaq yeni nəsil gəncliklə əlaqədar qayğılara
özünün strateji
xəttində ardıcıl
olaraq yer verdiyini nümayiş etdirir. Bir az əvvəl
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin ölkə üzrə gənclərlə
keçirdiyi tarixi görüşdə yeni nəslin inkişafı ilə əlaqədar səsləndirdiyi fikirlər
ilk olaraq tələbələrin
təqaüdlərinin artırılması
ilə əlaqədar
dövlət sərəncamında
öz əksini tapmışdır. Bununla Azərbaycan
Prezidenti növbəti
dəfə də verdiyi vədləri həyata keçirməkdə
qərarlı olduğunu
nümayiş etdirir.
Bundan başqa,
tələbələrin təqaüdlərinin
artırılması üçün
akademik göstəricilərin,
qazanılan təhsil nailiyyətlərinin əsas
faktor kimi qəbul edilməsi dövlət qayğısının
sadəcə sosial təminat olmayıb, həm də bilik və bacarıqların,
mütəxəssis hazırlığının
daim yüksəldilməsinə
hesablanmış maddi
stimul olduğunu nəzərə çarpdırır. Bu isə heç şübhəsiz, öz növbəsində ölkəmizdə
yüksək ixtisaslı
mütəxəssis hazırlığının
keyfiyyətinin daha da artırılmasına ciddi təkan verəcəkdir. Xüsusən,
möhtərəm Prezidentimizin
“Azərbaycan Respublikasının
ali məktəblərində
Prezident təqaüdünün
təsis edilməsi haqqında” 3 sentyabr 2001-ci
il tarixli Fərmanında dəyişiklik
edilməsi haqqında”
14 fevral 2019-cu il tarixli Fərmanı bu məsələyə də yenidən qayıtmağı və Prezident təqaüdünün
mövcud 180 manatdan
210 manata çatdırılması
yüksək istedadlı
tələbələrə əlavə qayğının
göstərildiyini nəzərə
çarpdırır. Bu, həm də respublikamızda Prezident təqaüdlü tələbələrin
və məzunların
reytinqinin yüksəldilməsinə
də meydan açacaqdır.
Eyni zamanda, Prezident Sərəncamına uyğun
olaraq təqaüdlərin
artırılması ödənişli
əsaslarla oxuyan tələbələri də
əhatə edəcəkdir
ki, bu da
ölkəmizdə özəl
ali təhsil
sektorunun da inkişaf etdirilməsinə,
təhsilin bu sektorunda təhsil alan tələbələrin
də normal ali təhsil almalarına stimul verəcəkdir. Sərəncamda peşə məktəbi
müdavimlərinin də
nəzərdə tutulması
son illərdə özünün
yenidən inkişafına
başlamış peşə
təhsilinə marağı
bir qədər də artırmağa xidmət edəcəkdir.
Tələbə təqaüdləri faktorunun
dövlət siyasətinin
diqqət mərkəzinə
çəkilməsi təhsil
kredit fondu yaradılması məsələsini
yenidən gündəmə
gətirir. Məlum olduğu kimi,
həmin istiqamətdə
artıq ilk addımlar
atılmışdır. Təhsil Nazirliyi xətti ilə yaradılmış
“Maarifçi” təhsil
kredit mərkəzi
2016-cı ildən ödənişli
əsaslarla oxuyan tələbələrə kiçik
faizlə uzunmüddətli
kreditlərin verilməsini
həyata keçirməkdədir.
“Maarifçi” təhsil
kredit mərkəzi hələlik ölkəmizdə
fəaliyyət göstərən
14 ali məktəbin
ayırdığı müəyyən
bir maliyyə vəsaiti hesabına fəaliyyət göstərdiyi
üçün ehtiyacı
olan tələbələrin
yalnız az bir qismini əhatə
edə bilmişdir. Bizdə olan məlumata görə, bu vaxtadək iki yüz nəfərdən bir qədər artıq tələbə kredit fondundan faydalana bilmişdir. Nədənsə ölkəmizin sahibkarları
bu cəlbedici sahəyə maraq göstərmirlər. Təhsil kredit
fondu ilə əlaqəli işləmək
bir qədər uzun vaxt tələb
edən məsələ
olmasına baxmayaraq, dünyada sərfəli biznes sahələrindən
biri hesab olunur. Həm də nəzərə almaq lazımdır ki, ehtiyacı olan tələbələrin
təhsilini davam etdirməsinə və başa çatdırılmasına
qoyulan maliyyə vəsaiti nəticə etibarilə ölkəmizin
gələcəyinə yatırılmış
yatırım olduğu
üçün maddi
qazancdan çox mənəvi borc kimi də mühüm
əhəmiyyətə malikdir. Düşünürəm ki, sahibkarlar
ölkə gəncliyi
üçün əhəmiyyətli
olan bu sahəyə
diqqət yetirəcəklər.
Azərbaycan Respublikasının Milli
Məclisində “Təhsil
kreditləri haqqında”
xüsusi Qanunun hazırlanmasına təşəbbüslər
göstərilmiş, hətta
müəyyən Qanun layihəsi
də hazırlanmışdır.
Bu, Qanun layihələrini
yalnız ilkin kapital qoyuluşu məsələsində mövcud
olan problemə
görə gündəmə
gətirmək mümkün
olmamışdır. Ümid edirik ki, Azərbaycan
Prezidentinin tələbə
gəncliyinə göstərdiyi
müstəsna qayğıdan
sonra sahibkarlar mühitində də bu istiqamətdə canlanma baş verəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin doktorantların,
magistrlərin və tələbələrin təqaüdlərinin
artırılması sahəsində atdığı böyük addımlar ölkəmizin tələbə
gəncliyinə göstərilmiş böyük
qayğının daha bir
əməli ifadəsidir. Azərbaycan
ziyalıları, təhsil ictimaiyyəti, çoxminli
tələbələr - ölkəmizin yeni
gənc nəsli möhtərəm Prezidentimizin
müstəqil dövlətimizin daha parlaq gələcəyi naminə tələbə
gənclərə göstərdiyi qayğını yüksək
qiymətləndirir və dövlət
başçısının respublikamızın daha böyük
inkişafı üçün
atdığı addımları xalqımız sabahına
hesablanmış, düşünülmüş
və məqsədyönlü tarixi qərarlar
kimi qəbul edirlər. Bütün bunlar
həm də tələbələrin üzərinə böyük vəzifələr
qoyur. İnanırıq ki,
tələbələrimiz daha səylə
oxuyaraq, müstəqil Azərbaycan
dövlətinin ümidlərini doğrultmaq,
ölkəmiz üçün yüksək
hazırlıqlı, vətənpərvər kadr potensialına çevrilmək üçün var
qüvvə ilə çalışacaqlar.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2019.- 16 fevral.- S.8.