Könüllərdə şəhərlər
salan insan
İnsanları bir-birinə birləşdirən
amillər çoxdur. Amma vacib
olan budur ki, onlar bir
yerə toplaşıb
cəmiyyət halında
yaşamalıdırlar ki,
bu da öz
növbəsində şəhərsalma
mədəniyyətini ortaya
çıxarmış olur.
Şəhərsalma mədəniyyəti bütün
mədəniyyətlərdən üstün və çoxşaxəlidir. Çünki söhbət yalnız bir əsərin, yaxud heykəlin yaradılmasından getmir,
bütöv bir cəmiyyət, insanlar bir-birini o zaman daha yaxşı anlamağa çalışır
ki, müxtəlif şəhərlərdə oxşar
memarlıq mədəniyyət
nümunələrini yaratmağa
müvəffəq olurlar.
Memarlıq bəşəri missiyadır, yəni ayrı-ayrı fərdlərin
deyil, bütün cəmiyyətin düşüncəsidir.
Memarlıq coğrafiyadır, izdir. Qədim dünya tarixindən
müasir dövrə
insanların həyat tərzini çatdıran
əsas amillərdən
biri memarlıqdır.
Üstəlik, memarlığın məqsədləri həmişə
gələcək nəsillər
üçün sual doğurub, çünki onlar həmişə gələcəyə hansısa
mesajı ötürməyə
çalışıblar. Məsələn, memar Məsud
Davudoğlunun müəllifi
olduğu Qız Qalası ilə bağlı əfsanələrin
sayı-hesabı yoxdur,
amma memarın dəqiq mesajını bilən indiyə qədər yoxdur desək, yanılmarıq.
Memar qurucudur,
necə ki, Allah-Təalanı dünya evinin, kainatın memarı adlandırırıq.
Memarların özünəməxsus xüsusiyyətlərindən biri
də budur ki, onlar cəmiyyətin
əsas simalarından
olsalar da, heç vaxt üzdə olmağı sevmirlər. Bəlkə də
bu ondan irəli gəlir ki, fərdlərdən fərqli olaraq memarlar zamanından asılı olmayaraq bəşər sivilizasiyası
bərabər addımlayırlar.
Və bir memarın yalnız doğum tarixi olur - mədəniyyət
və incəsənət
xadimləri də belədir. Haqqında danışacağımız Afiq Məmməd oğlu Talıbov da Azərbaycan memarlığı və şəhərsalma mədəniyyətinin
simalarından biridir.
1940-cı ildə Bakı şəhərində
anadan olan Afiq Talıbov, Moskva Memarlıq İnstitutunun Şəhərsalma
fakültəsində təhsil
alıb, oranı müvəffəqiyyətlə bitirdikdən sonra təhsilini aspiranturada davam etdirib. 1972-ci ildə namizədlik,
1990-cı ildə doktorluq
dissertasiyalarını müdafiə
edib.
Memarlıq və şəhərsalma
üzrə mütəxəssis
olaraq Bakı Dövlət Universitetinin professoru, Şərq ölkələri Memarlıq
Akademiyasının həqiqi
üzvüdür. Azərbaycanda şəhərsalma və
və əhalinin məskunlaşma problemlərinə
həsr olunan elmi əsərlər və 350 səhifəlik monoqrafiyanın müəllifidir.
Uzun illər Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda,
Azərbaycan Memarlıq
və İnşaat Universitetində kafedra müdiri, Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin memarlıq və inşaat üzrə müavini, Dövlət Tikinti və Arxitektura Komitəsində
Memarlıq və Şəhərsalma Baş
idarəsinin rəisi vəzifəsində çalışıb.
Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universitetinin professorru olan Afiq Talıbov
ömrünün 50 ildən
artıq bir dövrünü memarlıq
və şəhərsalma
işinə həsr edib. Artıq bir həftədir ki, Afiq müəllim
sıralarımızda yoxdur!
Amma biz onun haqqında keçmiş zamanda danışmırıq, öncə
qeyd etdiyimiz kimi, memarın sadəcə doğum tarixi olur. Və onu da
mütləq şəkildə
qeyd etməliyik ki, çox nadir hallarda ali
insanlıq və peşəkarlıq keyfiyyətlərini
bir fərddə tapmaq mümkündür.
Afiq müəllim
sənətinin mütəxəssisi
olmaqla bərabər, əsl insani keyfiyyətləri özündə
cəmləşdirirdi. İnsanlarla ünsiyyəti,
rəftarı, qayğıkeşliyi,
səmimiliyi, sadəliyi.
Alimin sadəliyi cəmiyyət içində tamam başqa bir fəlsəfədir. Yəni bir
sözlə desək,
fərdin İnsana çevrilməsi prosesi
nadir sosioloji prosesdir.
Afiq müəllim Alim olması ilə bərabər, Əsl İnsan idi! Bəlkə də onu memarlıq və şəhərsalma sənətinə
yönləndirən də
elə bu xüsusiyyəti idi.
Cəmiyyəti düşünmək və fərdləri bir yerə yığaraq,
qurğular, binalar, şəhərlər salmaq
istəyir. O zaman
fərdlər qaynayıb
qarışır və
birlik zəminində insani keyfiyyətlərini bir-birinə ötürmüş
olurlar. Və bu keyfiyyətlər
qəlblərdə hətta
şəhərlər salmaq
imkanına da malikdir. Afiq müəllim sənəti
- bəşəri missiyası
və insanlığı
ilə qəlblərdə
şəhərlər salıb.
Təkcə onu tanıyanların, hər gün ünsiyyətdə
olanların qəlblərində
deyil, bir yerə toplaşaraq, şəhərləşmək istəyən bugünün
və gələcəyin
cəmiyyətini meydana
gətirən fərdlərin,
insanların - fərdlərin
və insanların qəlblərində!
Kamran QASIMOV
525-ci qəzet.- 2019.- 19 fevral.- S.8.