AD GÜNÜM
Yadıma
saldım ki, ad günümü mən,
Mən də doğulmuşam, uşaq olmuşam.
Ürək
həmən-həmən, qəlb həmən-həmən,
Amma uşaqlıqdan uzaq olmuşam.
Yadıma
salıram ad günümü ki,
Hələ ölməmişəm, yaşayıram mən.
Hələ
çiynimdədir bir ömür yükü,
Hələ ömür yükü daşıyıram mən.
Hələ
var həyatda dostum-sirdaşım,
Həyat, ömür adlı qüllədəyəm mən.
Yetmiş
beş pillədir, yetmiş beş
yaşım,
Hələ zirvədə yox, pillədəyəm mən.
Hələ
ki, dövrəmdə istədiklərim,
Hələ ki, təsəlli, ümid yerim var.
Hələ
unudulub pis dediklərim,
Hələ ki, dövrəmdə əzizlərim var.
Həmişə
açılmır baxtın qapısı,
Sevincim gah olub, gah olmayıbdır.
Yetmiş
beş ilimin hələ hamısı,
Taxtında hökm edən şah olmayıbdır.
Vaxt olub,
dönməyə geriyə bir də,
Vaxt olub qayıda eləcə qəmli.
Elə
günlərim də olub ömürdə,
Qara haşiyəli, qara rəqəmli.
Gün
var, ötüb keçib gün həvəsində,
Gün var ki, ömrümdə ayrı dadı var.
Ömrümün
hər günü öz növbəsində,
Ötən günlərimdən hesabatı var.
Hərdən
öz baxtımdan dad edirəm ki,
Tüstülü bir oda alışmayım mən.
Hər il ad günümü yad edirəm ki,
Özüm
öz ömrümə yaddaşmayım mən!
ÜRƏK
Göz
gözə hayandır, qulaq qulağa,
Ürəksə tənhadır, bir hayanı yox.
Nə fəryad
səsini duyub eşidən,
Nə dərdini dilə bağlayanı yox.
Yazıq
ha çırpınır dar sinəmizdə,
O, bərkdən
ağlayıb, bərk gülə bilmir.
Milyon illər
qalıb sol böyrü üstə,
Bir yol sağ tərəfə çevrilə bilmir.
Təpədən
dırnağa qan olub, çatır,
Nədən qanlıdır ki, qan içindədir.
Ürək
dediyimiz bəlkə başqadır,
Özü
gizli qalan can içindədir.
Gah bahar gətirir,
gah da bir xəzan,
Arxayın bir ömür sürə bilməyib.
Yüz il ürəyilə yaşayan insan,
Bir yol ürəyini görə bilməyib.
O,
haçan qəfəsdən çıxmaq istədi?
Səməndər quşudur, yurdu od-ocaq.
Deyirik əlimiz
ürək üstədir,
Ürəyin
yerini kim bilir, ancaq?
Min il də çırpınsa, ürək ürəkdir,
Bircə yol dincəlib yatırmı ancaq?
Deyirlər
ki, ürək - yüyrək deməkdir,
Yüyürüb arzuya çatırmı ancaq.
Yumruq
boydasa da, Günəştək yanar,
Qanı qaynasa da, qazanı yoxdur.
Onun
çox deyəni, çox yazanı var,
Onu doğru-dürüst yozanı yoxdur.
Tənhalağı
üçün elə yanıb ki,
Yanıb ki, bir yanı niyə boş olsun.
İnsanın
ürəyi tək yaranıb ki,
Bir sevən ürək də ona qoşulsun.
Niyə
can yaranıb, bir daş olaq biz,
Ürək daşa dönüb qoy daş qalmasın.
Tənha
ürəklərə sirdaş olaq biz,
Ürəklərin
yanı qoy boş qalmasın!
GƏTİRMƏ
Sənindir,
əzizim, bu ömür, bu baxt,
Bu ömrə, bu baxta tufan gətirmə.
Könlümün
qapısı açıqdır hər vaxt,
Nə gətirsən gətir, hicran gətirmə.
Dərdinlə
dərdləri hürküdərəm mən,
Dərdinlə canımı bərkidərəm mən.
Dərdinlə
düşünüb dərk edirəm mən,
Qəlbimə dərd gətir, dərman gətirmə.
BU QƏDƏR ÖZÜNÜ UCUZ
EYLƏMƏ!
Vecsiz
müğənnilərə
Demə,
qorxu keçər, qorxu kəsilər,
Gün keçər, fələyin çarxı kəsilər.
Üzdən
gələn suyun arxı kəsilər,
Amandır, bostanı susuz eyləmə.
Güc gəlmə
səsinə, sən içi boşsan,
Sən hansı yoldasan, sən hara-tuşsan.
İşığın
zərrədir, işılda quşsan,
Özünü
zor ilə ulduz eyləmə!
Səsinin
nə karı, nə nəvası var,
Səsində bir xəstə quş avazı var.
Sənin
nəfəsində qar havası var,
Bizim ruhumuzu sən buz eyləmə.
Bülbül
oxuyanda oddan don geyər,
Nə səsdir, elə bil daşa daş dəyər.
Bu səs
ahunu da quduz eyləyər,
Sakit könlümüzü quduz eyləmə.
O surahi
baha, o mey bahadır,
O saz, o
tar-kaman, o ney bahadır.
Görürsən,
bazarda hər şey bahadır,
Sən də
matahını ucuz eyləmə!
DAĞLAR
(dodaqdəyməz)
Yandı
xatirələr, qatışdı dərdə,
Yatan qayğılar da ayıldı, dağlar.
Dərin
dərələrin durduğu yerdə,
Kəkliyin
harayı yayıldı, dağlar!
Həsrət
nələr çəkir gör can içində,
Atəş necə qalar kətan içində?
Yaz da yer
axtarır xəzan içində,
İllər
də zay ildi, vay ildi, dağlar!
Qayadan
daş uçar, qovuşar çaya,
Dağlara sığınır, yaşayır qaya.
İnsandır
qəsd edən yenə dünyaya,
Hələ
insan ağlı zaildi, dağlar!
Gedən
nəsli görür gələn nəsil də,
Dənizə tələsir yağış da, sel də.
Zərə
qərq olsa da, insan yad eldə,
Şirin
el sözüyçün saildi, dağlar!
Qalalar,
talalar söykənir sənə,
Daşın, kəsəyin də şirindir yenə.
Alqış
dağ eşqinə, dağlar əhdinə,
Könüllər əhdinə qaildi, dağlar.
Yandırır
ürəyi hey xatiratlar,
Dağlar
Çənlibeldir, hanı Qıratlar?
Könül
sarayında yaralı çatlar,
Çarəsi çiçəkdi, çayırdı,
dağlar.
Üyütdük,
ələkdən, ələyə düşdük,
Tufandan uzaşıb, küləyə düşdük.
Kələyə
inandıq, tələyə düşdük,
Fələk
gözü gözdən ayırdı, dağlar!
Hanı dərdinizi yada salanlar?
Sizdən yaylaq kimi ləzzət alanlar?
Vəhyi
sizdən alır şair olanlar,
Axı Ağasən də şairdi, dağlar.
ÖMRÜN AXIRINDA
Ömrümün
ot basmış cığırlarıyla,
Xəyalda geriyə qayıdıram mən.
Ömrün
kəsirləri, uğurlarıyla,
Yolları mürgüdən ayıldıram mən.
Bir yanda
kol-tikan, bir yanda otdur,
Yolçular dəyişib, yolda mən təkəm.
Uşaqlıq
özü də bir köhnə yurddur,
Hərdənbir qayıdam, gərək baş çəkəm.
Heç
dəymir gözümə tanışlarımdan,
Nə ellilər qalıb, nə də qəriblər.
Görmürəm
yollarda tay-tuşlarımdan,
Keçmişdən inciyib, üz döndəriblər.
Baxmıram
o gündən uzaqlığıma,
Baxıb yan-yörəmə yumşaqlaşıram.
Fikirlə
dönürəm uşaqlığıma,
Özüm də elə bil uşaqlaşıram.
Xatirə
başa-baş fikir yığını,
Gedəni qalana tanıdıram mən.
Ömrün
parçasıtək uşaqlığımın,
Ömrümə calayıb, qayıdıram mən.
Mən
indi oğullu, qızlı, nəvəli,
Yollar var arada, gözdən itirlər.
Ömrün
sonu ilə ömrün əvvəli,
Axırda birləşib, bir yol gedirlər.
BİR DAMCI GÖZ YAŞI SAXLA
MƏNİMÇÜN
Ötdüm
uşaqlığı, keçdim gəncliyə,
Gənclik həsrət qoydu məni dincliyə.
Yollar
aparırsa məni heçliyə,
Ləngit bu yolları, bağla mənimçün.
Səndən
min dərd gəlir, heç qaçmıram mən,
Dərdim oda dönsə, dərd saçmıram mən.
Vallah,
ürəyimdən baş açmıram mən,
Gəl gör nə dərdi var, yoxla mənimçün.
Göz
yaşıdır gözə zinət verən də,
Haqdır göz yaşıtək nemət verən də.
Mənəm
göz yaşına qiymət verən də,
Min dərd ver, özün də ağla mənimçün.
Sevənə
sevəndən bir başqa kim var?
Odla bəslədiyim bir ümidim var.
Bir
gün gərək olar, ölüm-itim var,
Bir
damcı göz yaşı saxla mənimçün!
BİR HƏZİN ETİRAF
(75
yaşıma)
Gəl
baxaq bir ömrün xatiratına,
Gün keçir, vaxt ötür, qocalırıq biz.
İlləri
üst-üstə ayaq altına,
Yığıb, pillə-pillə ucalırıq biz.
Ömür
bir ocaqdır, sönmək üçün yox,
Ölümü yandırıb-yaxmaq
üçündür.
Qocalıq
zirvədir, enmək üçün yox,
Dünyaya ucadan baxmaq üçündür.
Qayğısız
bir ömür boş tərəzidir,
Ucuz yük çəkməyə kaş
aşağıya.
Bizim
ömrümüz də daş-tərəzidir,
Yaş yuxarıya qalxır, daş aşağıya.
Sonum
torpaqdırsa, yaşım boş rəqəm,
Sən torpaq olana demə qonaqdır.
Saçımız
ağarır, qorxmayaq, nə qəm,
Belə ki, qaranın axırı ağdır.
Ömür
bir zəmidir, yağır göz yaşı,
Yağış çilənməsə, zəmi dirilməz.
Suvaqsız
bərkiməz divarın daşı,
Suvaq su çəkməsə, divar hörülməz.
Doyduqmu
ömürdən, tövbə, a tövbə,
Min zərbə
dəysə də, hey ömrümüzə,
Axı,
hansı qanun, hansı kitabə,
Ömrün son həddini göstərib bizə?
Nə
olsun ki, yaşım yetmiş beş ildi,
Sonuncu rəqəmi
kim yazıb qoyub?
Yolumda nə
qədər daşlar deşildi,
Daş öz daşlığıyla yaşdan
doymayıb.
Hər gərəksiz
dərdi dərd etməsəydik,
Ömür gülü solub, mücəlməzdi də.
"Qocalıq"
sözünü vird etməsəydik,
Qocalıq eşidib, heç gəlməzdi də.
Daşdan-daşa
dəyir hey sellər, sular,
Şahlar da taxtında düşübdü bərkə.
Gəlib
çin olsaydı bütün arzular,
Yaşamaq eşqi də olmazdı bəlkə.
Haqqın
divanında kim dindirilib,
Biz haqqı-hesabı haçan bitirdik.
Bizə bəlkə
min il ömür verilib,
Arzudan məst olub, çoxun itirdik.
Vaxtın
nə vecinə günü gün qovar,
Bəs niyə gün gündən ülfət
götürmür?
Həyatın
tək bircə ibrət dərsi var,
Heç kim bu həyatdan ibrət götürmür.
Qocalıq
yükdüsə, xoşdur bu yük də,
Həsrətsiz bir ömür yavan görünür.
Qoy gənclik
var olsun, quru kötük də,
Pöhrələr içində cavan görünür.
Bir zəhərli
dillə acılanmasa,
Bəlkə
itirməzdi əslini söz də,
Nadanlar
sözüylə qayçılanmasa,
Gödəlməzdi vallah, heç ömrümüz də.
Gəlin
illər ilə biz əylənməyək,
Hələ ki, bir azca dincliyimiz var.
Gəlin
qocalıqdan gileylənməyək,
Qocalıq
içində gəncliyimiz var!
Qoy təmiz
bir sevgi yandırsın bizi,
Ürəklər soyuyub, qoy buzlaşmasın.
Sevgiylə
yaşadaq biz ömrümüzü,
Dünya gözümüzdə ucuzlaşmasın.
Ağasən
BƏDƏLZADƏ
525-ci qəzet.- 2019.- 21 fevral.- S.7.